Əsas Səhifə > Dünya > Qərb Putinə qurduğu "tələyə" özü düşür

Qərb Putinə qurduğu "tələyə" özü düşür


23-11-2015, 13:21
Qərb Putinə qurduğu "tələyə" özü düşür

İran və “Altılıq” ölkələri arasında razılaşma Rusiya üçün yeni iqtisadi bazar yaradıb.

Rusiya və İran arasında sazişlərin həcmi üç il ərzində 3-4 milyard dollar arta bilər. Bu barədə Rusiya hökumətinin sədr müavini Dmitri Roqozin mətbuata açıqlamasıda deyib.

Roqozinin sözlərinə görə, bu artım ənənəvi olaraq energetika və nüvə enerjisi sahəsində deyil, digər sferalarda olacaq.

“Ən böyük layihələr isə aerokosmik sənaye sferasında həyata keçiriləcək. Misal olaraq kosmik aparatlar və sərnişin təyyarələrinin alınmasını göstərmək olar”.

Dmitri Roqozin bildirib ki, dekabr ayında böyük mütəxəssislər qrupu İranın aparıcı sənaye müəssisələrinə yollanacaq. Bundan sonra 2016-cı ildə Tehranla hansı sahələrdə əməkdaşlıq ediləcəyinə tam aydınlıq gətiriləcək.

Beynəlxalq sanksiyalara baxmayaraq, İran və Rusiya arasında siyasi və iqtisadi münasibətlər yüksək səviyyətdə inkişaf edib. Hətta ABŞ və Avropa Birliyinin narazılıqlarına baxmayaraq, Rusiya İran ərzisində nüvə obyektləri tikməkdən belə çəkinməyib.(ans)

Hazırda isə sanksiyaların ləğvi Rusiyanın Qərbdə bağlanan bazarının İranda yenidən canlanmasına şərait yaradır. Bir müddət əvvəl Rusiya və İran arasında mübahisə mövzusu olan С-300 Hava Hücumundan Müdafiə sistemlərinin satışı məsələsinə aydınlıq gətirildi. Razılaşmaya əsasən Rusiya İrana bu sistemlərin satışını həyata keçirə biləcək. Rusiya həmçinin İranda SSJ 100 sərnişin təyyarələrinin istehsalına başlayacaq.

Həmçinin Rusiya qazının İran ərazisinə ixracı məsələsi gündəmə gəlmişdi. Məlumatlara görə, Rusiya qazı Gürcüstan və Ermənistan ərazilərindən keçməklə İrana oradan isə Fars körfəzinə ixrac olunması nəzərdə tutulur.

“Altılıq” ölkələri ilə razılaşmadan sonra gündəmə gələn bu məsələ Qafqazda Azərbaycanı kənarda qoya biləcək “Siyasi İttifaq”ın (Rusiya, Gürcüstan, Ermənistan, İran) yaranması ilə nəticələnə bilər. Prezident İlham Əliyevin Gürcüstan səfərindən sonra “Siyasi İttifaq”ın yaranma prosesi zəifləsə də amma proses Putinin İran səfəri çərçivəsində yenidən aktivləşə bilər.

Bu gün Rusiya prezidenti Vladimir Putin Azərbaycanın da müşahidəçi kimi iştirak etdiyi qaz ixrac edən ölkələrin forumunda (QİÖF) iştirak edəcək. Sammit çərçivəsində Putinin İranın Ali dini lideri Ayatulah Əli Xameneyi və prezident Həsən Ruhani ilə görüşəcəyi gözlənilir.

Yəqin ki, Putin Ukrayna münaqişəsi nəticəsində itirdiyi pulları uzun illər xarici sərmayəyə həsrət qalan İranın hesabına kompenasiya edəcək. Qərbin Rusiyanı zəiflətmək üçün İranla razılaşmaya getməsindən Vladimir Putin məharətlə istifadə edərək, İranla iqtisadi əlaqələrini gücləndirir. Əlbəttə ki, bu Qərb dövlətlərinin heç də ürəyincə olmayacaq.

Rublika.az
Geri qayıt