Əsas Səhifə > Aktual > Daha bir ölkə gözünü Xəzərə dikdi

Daha bir ölkə gözünü Xəzərə dikdi


5-01-2016, 13:43
Daha bir ölkə gözünü Xəzərə dikdi

Bolqarıstan “Balkan” qaz anbarı layihəsi sayəsində Cənub-şərqi və Mərkəzi Avropa üçün əsas qaz tranzit edən ölkə olmaq istəyir.


Bunu jurnalistlərə açıqlamasında Bolqarıstanın Baş naziri Boyko Borisov söyləyib. Onun sözlərinə görə, hökumət bu istiqamətdə bütün gücü ilə çalışır. O, bu layihənin maliyyə planının Avrokomissiya ilə birgə həyata keçiriləcəyini bildirib.(axar)

Layihəyə əsasən, anbara Rusiya, Azərbaycan və Türkmənistandan gələn qaz vurulmalıdır. Bunlarla bərabər, Rumıniya və Bolqarıstandan çıxan qaz da anbara yerləşdiriləcək. Bu anbardan Bolqarıstan, Rumıniya və Serbiyaya qaz veriləcək. Təxminən 43 milyard kub metr qaz isə Mərkəzi Avropaya tədarük ediləcək.

RUBLİKA.AZ
Geri qayıt