Əsas Səhifə > İdman > Azərbaycan FİFA-ya cavab verdi..

Azərbaycan FİFA-ya cavab verdi..


1-04-2016, 15:23
Azərbaycan FİFA-ya cavab verdi..

Gənclər və idman naziri Azad Rəhimov FİFA prezidenti Canni İnfantinonun açıqlamasını təkzib edib. Bu barədə nazirliyin mətbuat katibi Səmayə Məmmədova deyib. O bildirib ki, Gənclər və İdman nazirliyi ilə FİFA arasında bu haqda heç bir rəsmi danışıq aparılmayıb.

"Ola bilsin ki, assosiasiyalar arasında danışıqlar olub, lakin dövlət tərəfindən hazırda bu barədə heç nə düşünülməyib".
"Ola bilsin ki, assosiasiyalar arasında danışıqlar olub, lakin dövlət tərəfindən hazırda bu barədə heç nə düşünülməyib", - deyə Səmayə Məmmədova bildirdi.(ans)

Canni İnfantino DÇ-2026-ya Azərbaycan və Türkiyənin birgə ev sahibliyi etmək istədiyini bildirib.

O, siyahıda Kanada, Meksika, Mərakeş, İngiltərə, ABŞ, Kolumbiya, Qazaxıstan və Avstraliya - Yeni Zelandiyanın da olduğunu açıqlayıb. DÇ-2018 Rusiyada, DÇ-2022 Qətərdə keçiriləcək. Azərbaycan isə AVRO-2020-nin final mərhələsinin 4 oyununa ev sahibliyi edəcək.

26 fevralda UEFA-nın baş katibi Canni İnfantino FIFA-nın yeni prezidenti seçilib. Prezidentlik uğrunda UEFA-nın baş katibi Canni İnfantino, İordaniya şahzadəsi Əli bin əl-Hüseyn, Asiya Futbol Konfederasiyasının prezidenti Şeyx Salman ibn-İbrahim əl-Xəlifə və FIFA-nın sabiq baş katibinin köməkçisi Jerom Şampan mübarizə aparırdı.

rublika.az
Geri qayıt