Əsas Səhifə > Səhiyyə > Baytarlıq bataqlığında Azər Süleymanov kabusu: qadını udub, naziri aldadan məmur

Baytarlıq bataqlığında Azər Süleymanov kabusu: qadını udub, naziri aldadan məmur


3-11-2016, 13:57
Baytarlıq bataqlığında Azər Süleymanov kabusu: qadını udub, naziri aldadan məmur

Bir neçə gün öncə Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti (DBNX) haqda yazılar dərc etmişdik.

Mövzu ilə bağlı apardığımız araşdırmalar ilginc faktları üzə çıxarıb. Belə ki, mediada yer alan və rəzmən təkzib olunmayan məlumatlarda Heydər Əsədovun rəhbərlik etdiyi nazirliyin bir qurumunda çoxkambinasiyalı oyunlar qurulduğu, korrupsiya və maliyyə maxinasiyalarının tüğyan etdiyi görülür. Bütün bu prosesə isə Dövlət Baytarlıq Nəzarəti Xidmətinin rəisi Azər Süleymanov rəhbərlik edir. Azər Süleymanov Baytarlıq Xidmətini necə ələ keçirdi: Nazir üçün qurulan məzhəkə tamaşa Bir neçə il əvvəl, hələ İsmət Abbasov dönəmində Dövlət Baytarlıq Xidmətinin o zamankı rəisi İsmayıl Həsənov vəzifəsindən uzaqlaşdırılandan sonra hamı düşünürdü ki, nəhayət, bu sistemdə işlər qaydasına düşəcək. Amma gözləntilər özünü doğrultmadı. Bununla bağlı bildirək ki, İ.Həsənovun yerinə Xanlar rayonunun Zurnabad kəndində Biokombinatın mudiri isləyən Siyalə Rustəmova DBNX-inə rəis gətirildi.(gundelik-baku)Ancaq yenə də DBNX-də milyonluq yeyintilər və böyük mübarizələr davam etdi. Ona görə ki, həm Dövlət Xidmətində, həm də paytaxt Bakıda kifayət qədər savadlı, təcrübəli mütəxəssislər və alimlər ola-ola nə üçün ucqar rayonda kombinat müdiri işləyən xanıma belə yüksək vəzifə verilməsi çoxlarında qıcıq yaratdı. Heydər Əsədov Kənd Təsərrüfatı naziri vəzifəsinə gətirildikdən sonra, o da DBNX-də qayda yaratmağa qalxdı. Amma Heydər Əsədovun da təyinatı hamını təəssüö içində buraxdı. Ucqar Zurnabad kəndində kiçik bir idarənin müdiri olaraq çalışan Siyalə Rüstəmovanı vəzifədən alan Heydər Əsədov onun yerinə yenə Xanlar rayonundan yeni kadr seçdi. Belə ki, nazir Xanlar rayn Baytarlıq İdarəsinin rəisi Azər Süleymanovu DBNX-inə müvəqqəti rəis təyin etdi.

Rublika.az
Geri qayıt