Əsas Səhifə > Cəmiyyət > Hökumət yenidən BAHALAŞMA qərarı verdi - rəsmi

Hökumət yenidən BAHALAŞMA qərarı verdi - rəsmi


24-11-2016, 15:00
Hökumət yenidən BAHALAŞMA qərarı verdi - rəsmi

Nazirlər Kabineti “Qiymətləri (tarifləri) dövlət tərəfindən tənzimlənən malların (işlərin, xidmətlərin) Siyahısı”nda dəyişiklik edib.

Dəyişikliyə əsasən isti su qiymətləri dövlət tərəfindən tənzimlənən malların (işlərin, xidmətlərin) siyahısından çıxarılıb. Bu qərar 1 yanvar 2017-ci ildən qüvvəyə minəcək.

“Azəristiliktəchizat” ASC-nin Abonent və müştəri xidmətlərinin rəisi Rafiq Əliyev bildirib ki, isti suyun dövlət tərəfindən tənzimlənən xidmətlərin siyahısından çıxarılması onun qiymətinin yenidən formalaşdırılmasına imkan verəcək”.

R.Əliyevin sözlərinə görə, əvəllər1 kub metr isti su üçün 40 qəpik müəyyən edilmişdi: “May ayında soyuq suyun tarifləri müəyyənləşənə qədər biz soyuq suyu 1 manata alırdıq. May ayında isə “Azərsu” ASC-nin müraciəti əsasında 1 kubmetr su təchizatının tarifi ƏDV daxil olmaqla əhali üzrə Bakı, Sumqayıt, Xırdalan şəhərləri və Abşeron rayonu üçün 35 qəpik, digər inzibati ərazi vahidləri üzrə 30 qəpik müəyyənləşdi.

Biz soyuq suyun qiymətini və onu qızdırmaq üçün sərf olunan qaz, enerji xərclərini hesablayıb yeni qiymət müəyyənləşdirəcəyik. Yeni qiymət yaxın günlərdə müəyyənləşərək ictimaiyyətə açıqlanacaq.

Yeni qiymət istilik təhcizatının fəaliyyətinin sağlamlaşdırılmasına xidmət edəcək ki, idarə zərərlə işləməsin və tədricən gəlir gətirən təşkilata çevrilsin”.

Qeyd edək ki, hazırda Azərbaycanda 1 kvadratmetr yaşayış sahəsininin isidilməsinə görə əhali qrupu üçün aylıq 15 qəpik, qeyri-əhali qrupu üzrə isə 25 qəpik müəyyənləşdirlib. İsti suyun 1 kib metri isə əhali üçün 4 qəpik, qeyri-əhali üçün 1 manat 50 qəpikdir. ( Modern.az)

Bu kommunal sektorda cari ildə 4-cü bahalaşma qərarıdır.

Bu il mayın 13-də "Azərsu" ASC-nin müraciəti əsasında Tarif Şurası 1 kubmetr su təchizatının tarifi ƏDV daxil olmaqla əhali üzrə Bakı, Sumqayıt, Xırdalan şəhərləri və Abşeron rayonu üçün 35 qəpik (əvvəl - 30 qəpik/kubmetr), digər inzibati ərazi vahidləri üzrə 30 qəpik (əvvəl - 25 qəpik/kubmetr), qeyri-əhali üzrə əvvəlki səviyyədə - 1 manat/kubmetr, sudan xammal kimi istifadə edənlər üçün isə suyun istifadə təyinatından asılı olmayaraq (tullantı sularının axıdılması xidmətləri də daxil olmaqla) 8 manat/kubmetr olması barədə qərar qəbul edib.(istiqlal)

Tullantı sularının axıdılması xidmətlərinin tarifləri əhali üçün 15 qəpik/kubmetr (bundan əvvəl 6 qəpik/kubmetr), qeyri-əhali üzrə 1 manat səviyyəsində təsdiq olunub.

İyulun 14-də isə Tarif (qiymət) Şurası “Azərişıq” və “Azərenerji” ASC-lərin müraciətləri nəzərə alınaraq elektrik enerjisinin ölkədaxili tariflərinin tənzimlənməsi barədə qərar qəbul edilib.

Qərara əsasən, 1 kilovat-saat elektrik enerjisinin topdansatış tarifi 4,3 qəpik, pərakəndə satış tarifi isə 7 qəpik müəyyən edilib. Qeyd edək ki, bundan əvvəl elektrik enerjisinin pərakəndə satış tarifi 6 qəpik olub.

Böyük ehtimalla yaxın vaxtlarda qaz və benzinin bahalaşması ilə bağlı qərarlar da qəbul edilcək.

Rubrika.az
Geri qayıt