Əsas Səhifə > Araşdırma > Milyonları talayan Fuad Axundov kimdir?

Milyonları talayan Fuad Axundov kimdir?


6-01-2017, 11:41
Milyonları talayan Fuad Axundov kimdir?

“Almalı” marketləri və bu marketlər zənciri adı altında baş verən iri miqyaslı fırıldaqlardan yazmışdıq. Reaksiyamıza yazılı müraciət edən Həsənov Elmar bəyin ailəsi də bu marketlər şəbəkəsini "fırladan" adamların toruna düşmüş və başına gələnlər haqda yazılı surətdə bizə müraciət edib.Müraciəti sizə teref.info olaraq təqdim edirik:
Hörmətli Redaksiya,
Bir müddət öncə müraciətimə əsasən “Almalı” marketlərin əsl simasını və hansı niyyətlə açılıb bağlanması ilə bağlı faktları dərc etmişdiniz. Bu məsələdə obyektiv mövqe tutaraq məqaləni dərc etdiyiniz üçün və eyni zamanda qarşı tərəf üçündə “mövqelərini” ifadə etmək üçün şərait yaratdığınız üçün dərin təşəkkürümü bildirirəm. Mütəşəkkil formada irimiqyaslı dələduzluq faktının açılması və hüquqi qiymət verilməsi istiqamətində müvafiq tədbirlərin görülməsi tərəfimdən davam etdirilir!!!
Mən, Həsənov Elmar Səməd oğlu, Bakı şəhərində anadan olmuşam. Moskvanin MQU-ni (МГУ) bitirdikdən sonra bir müddət ÇİN-də işlədikdən sonra hal hazırda Rusiya vətəndaşı olmaqla iri ÇİN şirkətlərindən birinin MDB dövlətlərində və bir sıra Şərqi Avropa ölkələri nümayəndəliklərinin Baş direktoru vəzifəsində çalışıram. “Almalı” marketlərinin Bizim ailənin başına gətirdiyi müsübətlər haqda faktları məlumat üçün Sizinlə bölüşürəm!!! Atam Həsənov Səməd-Ağa Sovetlər dövründə uzun müddət Çörək zavodunun ekspeditoru işləyib. İşlədiyi dövrdə ticarət aləmində haqq-hesabda düzlüyünə görə xüsusi hörmət qazanıb. Sovetlər birliyi dağıldıqdanda sonra, iri özəl ticarət obyektlərinin topdan və pərakəndə satış mərkəzlərinin ekspeditoru kimi işləyib! Atam fəhləliklə 3 övladınada Ali Təhsil verməyi özünə borc bilirdi!!
Bir çox orta və kiçik sahibkarlıqla məşğul olan obyektləri ərzaq və qeyri ərzaq məhsulları ilə nisyə təmin edən ekspeditorlardan biri olub. Və nahayət 2006-cı ildə Respublikamızda ilk dəfə iri miqyaslı və misli görünməyən ticarət şəbəkəsi olan “Almalı” marketləri ilə əməkdaşlığa başlamışdır. Atamın “Almalı” marketləri ilə aylıq ticarət dövrüyyəsi qısa zamanda 100 000 manatı ötmüşdür. Əmtəə sırasında çörək çeşidləri, dondurulmuş toyuq, ət, təmizləyici və sanitariya vasitələri və s. xırdavatlarla zəngin idi. Heç bir il keçməmiş satılmış malların pullarının verilməsində kəsirlər əmələ gəlməyə başladı. Hər ay kəsirlər böyüyürdü. Atama bildirirdilər ki, dövrüyyəndə onsuzda bilinmir, narahat olma “Sən bizim topdan təminatçımızsan. Bizimlə əməkdaşlıq etmək istəyənlər növbəyə düzülüb. Bilirsən haralardan zənglər olur. Ancaq biz səninlə işləyirik” Bir il ərzində satılmış mallardan 100 000 manata qədər kəsir əmələ gəlmişdir. Bu isə o dövrün məzənnəsi ilə 125 000$ dollar təşkil edirdi. Atam iri topdan satış mərkəzləri ilə hər ay balanslaşdırılmış hesabat apardıqdan bir müddət kəsirlə işləmək mümkün oldu. “Almalı” rəhbərliyi isə müxtəlif bəhanələr gətirilərək hər dəfə borcu böyüdürdülər.(teref.info)Atama söz verirdilər ki, sən yaxşı ticarədçisən narahat olma, səni təzə açılacaq mağazalardan birinə direktor təyin edəcəyik. Bu minvanla atam yaranan kəsiri gözləyirdi, halbu ki, atam tərəfindən verilmış mallar çoxdan satılmışdır. Ancaq yaşamaq üçün yegənə bacardığı iş olduğu üçün əməkdaşlığı davam etdirirdi. Atamın işlədiyi şirkətlər bir gün başladılar pullarını tələb etməyə. Atam “Almalı” mağazalarının müdürlərinə sonra isə ümumi rəislərin yanına getməyə başladı. Hər dəfə “narahat olma ağsaqqal.. yaxın günlərdə pul olacaq”,”xaricdən kredit gəlir” və s. boş boş vədlərlə atamı yola salırdılar. Hətta elə vəziyyət yaranmışdır ki, verdiyimiz malların geri qaytarılmasına və yaxud əvəzində digər mallar götürməyədə razı idi. Atamı Təxminən 1.5 (il yarım) vədlərlə aparıb gətirdilər. Son üzləşmə aktına əsasən 105 000 manat (134 000 dollar) mənimsənilmişdir.
Bu müddət ərzində atama etibar edən sahibkarlar borclarını tələb etməklə, müxtəlif hədə qorxu gəlməklə məcbur etdilər ki, yaşadığımız mənzili girov qoyub kredit alaq. Evimizi girov qoyub Bankdan kredit götürüb borcları əsas hissəsini bağladıq. Lakin “Almalıdan” pulumuzu ala bilmirdik. “Almalının” müxtəlif işçıləri ilə görüşürdük. Bizə demişdirlər ki, “Almalı”nın rəhbəri Araz Aqalarovdu. Mən Rusiyada MGU-nun tələbəsi olduğumdan Moskvada “Krokus” şrkətinə yollandım. “Krokus” şirkətinin administrasiyasından qətiyyətlə bildirdilər ki, CƏNAB AQALAROVUN Azərbaycanda heç bir “Almalı” marketlər biznesi yoxdur və olmayıb!!!. “Almalı” rəsmilərinin qəbuluna atam dəfələrlə getdi. Nəsimi Lətifov, Bəhruz Hüseynov və baş direktor Rafael Haciyev dəfələrlə və təkidlə bildirirdi ki, heç kim heç kimin pulunu yeyə bilməz!!!! Biraz səbr etmək lazımdır!!! Lakin bizim pulu yedilər. Bu müddətdə biz artıq Bank faizlərini ödəyə bilmədiyimiz üçün evimizi satmağa məcbur olduq. 3 otaqlı evimizi 7 Mikrorayonda satıb Yeni Günəşlidə 1 otaqlı evə köçdük. Bununla yanaşı atamın bütün işləri əlindən çıxdı. Heç bir sahibkar atamla işləmək istəmirdi. “Almalı”ilə əməkdaşlıq bizim ailəmizi məhv etdi. Atam insult oldu və 2014-cü ildə dünyasını dəyişdi. Mən təhsilimi Moskvada fərqlənmə diplomu ilə bitirərək Çin şirkətlərinin birində direktor işləyirəm ancaq Paralel olaraq “Almalı” rəhbərləri ilə maraqlanırdım. Axı onlar yeni investorlar vasitəsi ilə 5 il ərzində pulları qaytaracaqlarına vəd vermişdilər!!!! Heç demə bu mütəşəkkil formada afyorun bir hissəsi imiş!!!
Araşdırmalara başladım!!! Beləliklə əlaqələrimdən istifadə edərək keçmiş Baş direktor Mobil Şərifovu (Keçmiş Gəncə Beynəlxalq Bankın sədri) tapdım. Onun sözlərinə görə “Almalı” şirkəti tamamilə müflisləşdi. Sualıma “nəğd satılmış malımın pulu necə müflisləşə bilər?” dedi mənlik deyil dağıdanlar dağıtdı...Rafael Hacıyev (Keçmiş Sumqayıt Beynəlxalq Bankın sədri) bilir onunla danışın. Rafaeli tapa bilmədim. Dedilər köçüb Bakıdan.
Sonra “Almalının” digər məhsul işçisi Elşad Şirinbəyovla (Keçmiş Yasamal Beynəlxalq Bankın sədri) görüşdüm. Nəhayət ki, “Almalının” əsl yiyəsi haqda məlumat aldım. Dedi bu işlərin arxasında Beynəlxalq Bankın keçmış sədri Fuad Axundov dayanırdı. Bütün bu problemləri yaradan o olub!!!! Dərhal əlaqə saxladım Mobil Şərifovla. Mobil müəllim dərhal təsdiqlədi və bu işin başında Fuad Axundovun olmağını təsdiqlədi. Daha sonra müəyyən etdim ki, Fuad Axundovun bacısı Nigar Axundovanın əri Asim Salamov “Almalı”marketlərinin təchizat və işlər Departamentinin rəhbəri, Fuad Axundovun həyat yoldaşı Fərəh Axundovanın qardaşı Ağası Hüseynov isə nəqliyyat və təminat Departamentinin rəhbəri kimi “Almalı” AİLƏ sindikatının üzvləridirlər. Bundan başqa onlarla tanışları və dostlarıda burada fəaliyyət göstərirdilər.
“Almalı” sindikatının Təhlükəsiszlik xidmətinin keşmiş işçisinin (rəsmi araşdırma başlayana qədər adlarının məxfi saxlanmasını xahiş etmişlər) bizimlə bölüşdüyü arxiv video materiallardan aydın görünür ki, Fuad Axundov xüsusi təm-tərahla “Almalı”nın Baş ofisinə, can güdənlərin muşayiəti ilə dəfələrlə 90 AA 632 dövlət nişanlı Mersedes S klass markalı avtomobillə şəxsən təklif buyurur. Bundan başqa digər arxiv video görüntülərdən müəyyən olunur kİ, Lerik rayonun “Relax” istirahət Mərkəzində Fuad Axundovun rəhbərliyi ilə “Almalı” sindikatının toplantısı keçirilir. Korporativ iclasın tərkibindən bəlli olunur ki, bu avantyuranı həyata keçirən qohum-işbazlar komandası iştırakçıdılar.
Daha sonra “Almalı”nın maliyyə idarəsinin keşmiş işçilərinin dediklərindən (rəsmi araşdırma başlayana qədər adlarının məxfi saxlanmasını xahiş etmişlər) müəyyən olundu ki, 2-3 il ərzində mütamadi olaraq hər gün iş günü bitdikdə bütün şəbəkələrdən gündəlik al-verdən əldə olunan nəğd pullar yığılaraq “Almalı”nın Babək prospektindəki Baş ofisində yığılırdı. Sonralar bu ünvan Nəsimi rayonu, Tibb Universitetinin yanında Nasib bəy Yusifbəyli küçəsindəki ofisə köçürülmüşdür. Sonra isə vəsaitlərin bir hissəsi söz söhbətlərin yaranmaması üçün sahibkarlara verilir, digər hissəsi isə Fuad Axundovun tapşırığına uyğun olaraq müəyyən olunmamamış istiqamətdə qeyb olurdu.
Mərhələli formada əmtəə təminatçılarına borclar yaranırdı. Bu borclar təminatçıları narahat etmirdi, çünkü sünü yaradılmış Almalı bazarına girmək problemi sahibkarları bu fikirdən uzaqlaşdırırdı. Afyorunda başlıca məqsədi bu idir!!! Maksimal borclanmaya getdikdən sonra son 6 ayı Almalı Ticarət şəbəkələrində işləyənlərində zəhmət haqqısı verilmədi.
Bundan sonra isə XXI-əsrin ən peşəkar (Ostap Benderi –Fuad Axundov) aferisti və dələduzu kimi, miliyonlarla mənimsədiyi pulun cavabdehlindən Qərb ölkələrində müflisləşmə «dünyanın sonu» sayılmır metodunu rəhbər tutaraq “Almalı”nı müflis elan etdi. “Qəsdən müflisləşmə” və yaxud “Saxta müflisləçmə” məqsədli şəkildə müəssisənin rəhbəri və ya mülkiyyətçisi tərəfindən müəssisənin ödəniş qabiliyyətinin olmaması şəraitinin yaradılmasıdır. Fuad Axundov dələduzluq əməllərini həyata keçırməkdə ən xirda detalları nəzərə almışdır. Belə ki, o hətta özünə məxsus Rus Dram Teatrının (Molakan bağı) qarşısında, Xəqani küçəsi ilə Mərdanov qardaşları küçəsinin kəsişməsində yerləşən çox otaqlı mənzilini guya ki, “Almalı” şəbəkəsinin inkişafına yönəldiləcəyi niyyəti ilə “Əmrahbank”a girov qoymaqla, 700 000 (yeddiyüz min) manat götürmüşdür. Bunuda bilərəkdən ictimailəşdirmışdi. Sonda isə “Almalı” şəbəkəsini müflis elan edərkən, üzünündə müflis olmasını xüsusi qeyd etməklə hətta evinində bankda girov qalaraq əldən çıxmasını çox təəssüflə bildiirirmişdir!! Halbu ki, girovdan əldə edilmiş vəsaitin heç 1 manatı belə “Almalı” şəbəkəsinə yönəldilməmişdir. Bu vəsaitlə Fuad Axundov müddət gözləmədən Antaliyada igamətgah əldə etmişdir. Bu arada isə Rafael Hacıyev başda olmaqla, Fuad Axundovun bütün silahdaşları, o cümlədən Asim Salamov (Fuad Axundovun bacısı Nigar Axundovanın həyat yoldaşı), Ağası Hüseynov (Fuad Axundovun həyat yoldaşı Fərəh Axundovanın qardaşı) bir ağızdan “Almalı” şəbəkəsinin müflis olması və Fuad Axundov başda olmaqla hər birinin müflis olması və külli miqdarda pul itirmələrini bəyan etmişdilər(2 hissədə müflisləşmə məsələsinə qayıdacayıq).
Eyni zamanda Fuad Axundovun şəxsi göstərişi ilə, əlavə olaraq tanışlardan, sahibkarlardan və digər fiziki şəxslərdən İnvestisiya yatırımı və şəbəkələrin genişləndirilməsi adı altında illik 20-25-30% qeyri-qanuni vəsaitlər toplanmışdır. Məlumat üçün qeyd edək ki, bu tələyə Fuad Axundov bir çox tanışlarınıda salıb. Beləki Mobil Şərifovun yaxın adamı buraya 700 000 manat vəsait cəlb etmişdir və bu günə qədər bir qara qəpik qaytara bilməmişdir və s. Bu qanunsuz əməlləri həyata keçirən birbaşa Rafael Hacıyev olub. Beləliklə də dələduzluq piramidası nəticəsində 100-lə iş adamına küllü miqdarda ziyan vurulmuşdur. Ziyan çəkənlərin Siyahisı yığılır. Qeyd olunan faktarla bağlı konkret ziyan çəkmiş şəxslər var!!!
Bununla yanaşı işbazlar ustalıqla şikayət edənləri sakitləşdirirdilər. Vaxtı vaxtında sahibkarlarla görüş keçirirdilər. Dəfələrlə atamı tək və qrup şəkilində qəbul edərək qısa zamanda pulların qaytarılmasına vədlər verirdilər. Sonuncu dəfə Rafael Hacıyev 2010-cı ildə “müəllimlə” Fuad Axundovla Türkiyənin İstambul şəhərində görüşməsi və tam arxeyinliklə hamının pulunun qaytarılmasına şəxsən söz vermişdir!!! Ən sonuncu verdikləri vəd isə “5 ilə qədər bütün borclar bağlanacaq” olub!!!
Məlumat üçün qeyd edək kİ, Fuad Axundov Beynəlxalq Bankın sədirliyindən mərhum Prezident Heydər Əliyev tərəfindən məhz dələduzluq üstündə qovulmuşdur. Belə ki, o dövrlərdə Fuad Axundov Azərbaycan Beynəlxalq Bankının (bundan sonra ABB) səhmlərinin əsas hissəsinin özünün yaxın adamlarının vasitəsilə mənimsəməsi ilə yanaşı müvəqqəti olaraq ABB-də yerləşdirilən Dövlət Neft Fondunun küllü miqdarda ehtiyatlarından öz xeyrinə istifadə etməkdə təqsirləndirilmişdir.
Bununla yanaşı həmin dövrdə Fuad Axundov özünə “Arko” bank açmış və ora Nazim adlı dostunu rəhbər təyin etmişdir. Həmin bank vasitəsi ilə F.Axundov gizli bank əməliyyatları vasitəsi nəğdləşmə, Azərbaycan Beynəlxalq Bankına məxsus aktivlərin mənimsənilməsi və ölkədən qeyri qanuni pulların çıxarılması istiqamətində transzaksiya əməliyyatları keçirirdi. Sonda isə çoxsaylı iş adamlarının ziyanı ilə həmin bank müflis elan edilmişdir. Bircə Fuad Axundov İngiltərə Banklarına 15 milyon funt yatıraraq bu əməliyyatlardan ziyansız çıxmışdır. Gördüyünüz kimi Fuad Axundov dəstixətti o dövrdən məhşurdu!!!
Qeyd etmək lazımdır ki, Fuad Axundov ABBankında mərhum Prezident Heydər Əliyev tərəfindən uzaqlaşdırılarkən onun yerinə o dövrdə Bankın Kredit Departamentinin rəhbəri Cahangir Hacıyev təyin edilmişdir. Cahangır Hacıyevi ümumiyyətlə Bank sisteminə isə Fuad Axundov gətirmişdir. Belə ki, onlar hər ikisi ABŞ Texas Universitetində birgə MBA kursaları keçərkən tələbə dostları olmuşlar. Beləliklə bu günkü ABB-nin bəlalarının əsasınıda Fuad Axundov qoymuşdur.
Cahangir Hacıyevin təyinatından sonra dostların arası əsaslı şəkildə pozulmuşdur. Hətta Cahangir Hacıyevin həyat yoldaşı Zamira Hacıyevanın “Qara kəmər” əməliyyatı nəticəsində oğurlanması münasibəti ilə Fuad Axundovun həyat yoldaşı Fərəh Axundova (o dövrdə Moskva şəhərində yaşayırdılar) ziyafət təşkil etmiş və 30 yaxın Rus, Azərbaycalı və hətta Erməni milliyətindən olan iş adamlarının xanımlarıyla bu hadisəni qeyd etmişdir. Bu məclisdə Fərah xanımın məhşur kəlamı isə “Всем Сукам сучий конец” олмушдур. Maraqlısı odur ki, ziyafəti muşayət edən musiqiçilər erməni klarnet ifaçısı İqor Mirzoyanın dəstəsi olub.(Video)
Bu arada isə 2001-ci ildə bir təhər canını İngiltərəyə qaçmaqla qurtaran Fuad Axundov, 2003-cü ildə Prezident Heydər Əliyevin ölümündən sonra ilk növbədə Moskvada Uralsib İnvestisiya Bankına (sonralar investisiya şirkəti) işə düzəlir. Burada öz “bacarığını” işə salaraq irəlləməyi bacarır.Qısa zamanda Bakıdada Nikoyl Bankın açılmasını təşkil edir. Buradada öz qohumları və dostları Mobil Şərifov, yeznə Asim Salamov və qayın Ağası Hüseynovu və s. görmək olardı. Qısa zamanda Fuad Axundov buradada işbazlığını işə salır və bir neçə yəhudi milliyətindən olan iş adamlarının vəsaitlərini ustalıqla mənimsəyir.(teref)Maraqlısı budur ki, buradada eyni ssenari işlədilmişdir. “İş alınmadı bağışlayın!!”. Lakin yəhudi milliyətindən olan iş adamları rəsmi şikayətlə ayidiyyəti qurumlara müraciət etmişdir və Fuad Axundov 2005-ci il tarixdə Heydər Əliyev Hava limanının VİP zalından DİN əməkdaşları tərəfindən saxlanılaraq aidiyyəti üzrə aparılmışdır. Təbiətcən qorxaq Fuad Axundov dərhal şikayət edənlərin tələbini qarşılayaraq Azərbaycanı tərk etmişdir. Dərhal Moskvaya qayıdan kimi Fuad Axundov qəflətən Uralsib layıhəsindən naməlum səbəblərdən uzaqlaşdırılır. Halbu ki, uzaqlaşdırılma səbəblərinə açıq aşgar dəlalətlər var!!!
Və nəhayət 2006-2010- cu illərdə iş adamlarının və sahibkarların məlum “Almalı” soyqırımı ilə tarixə düşdü. Xatırlatdığımız kimi, Fuad Axundov maksimal borclanmaya getdikdən sonra bir vaxtlar qərb dünyasında ən geniş yayılmış dələduzluq formasından istıfadə edərək “Almalı” Ticarət şəbəkəsini süni müflis elan etmişdir. Beləliklə Fuad Axundov müflisləşmə yolu ilə qəsdən ödəmə qabiliyyətsizliyinin yaradılması nəticəsində ümümi dəyəri 70 milyon manata qədər vəsaiti mənimsəmişdir. Nəzərə almaq lazımdır ki, 70 milyon manat 2012-ci il tarix üçün 0.78 qəpik məzənnə ilə təxminən 89 745 000 (səksən doqquz milyon yeddiyuz qırx beş min) ABŞ dolları təşkil edirdi. Beləliklədə Fuad Axundov özünü və biznesini süni müflıs etməklə küllü miqdarda vəsaiti ölkədən çıxarmışdır.
Bu arada çoxlarının sualına tuş gələn bir məqamıda diqqətinizə çatdırıram. “Almalı” əməliyyatını başlayarkən F.Axundov MTN faktınıda unutmamışdır. Qeyd etmək lazımdır ki, buradada onun bəxti gətirmişdir. Fuad Axundovla sabiq MTN başçısı Milli Məclisin arxasındakı 9- mərtəbəli yaşayış kompleksində qonşu olublar və bir birlərini şox gözəl tanıyırdılar. Lakin bir fakt işləri korlamışdır. Fuad Axundovun yerinə 2001-ci ildə ABB-sədr seçilmiş Cahangir Hacıyev. Cahangir Hacıyevin sabiq MTN-lə quda olması işləri korlayırdı. Buradada Fuad Axundov Ostap Bendrliyini ustalıqla işə salır və “cavanlıq-qardaşlıq xatirəsi” mövzusunu ortalığa atmaqla C.Hacıyevin “uzaqgörənliyindən” istifadə edir. Bu barışığın eşqinə C.Hacıyev hətta Fuad Axundovun bacanağı İbrahim Cəfərovu ABB-na məhsul vəzifəyə təyin edir. Beləliklədə dələduzluq əməliyyatlarının həyata keçirilməsi üçün bütün münbüt şərait yaradılmışdir!!
Beləliklə Öncədən qeyd etdiyim kimi Dövlət Başçısına və Aidiyyəti Dövlət Nəzarət orqanlarına faktların araşdırılması və dövrün irimiqyaslı dələduzluq əməllərinə hüquqi qiymət verilməsi üçün layihə müraciət məktubları hazırdır.(Layihə əlavə olunur) Hazırda ziyançəkənlərin bir araya gəlməsi və ziyanların ümumi klassifikasiya olunması işləri tamamlanır.Bu arada “Almalı” marketlərinin dələduzluq əməllərindən hər hansı bir formada ziyan çəkmiş fiziki və hüquqi şəxslərdən (icarə haqqı borcları, əmək haqqı borcları, görülmüş işlərlə bağlı müqavilə üzrə boclar, satılmış mallar üzrə ödənilməmiş borclar, nəğd şəkildə qeyri qanuni yığılmış depozitlər üzrə borclar və s. yaranmış borclar) şəxsi e.meylimə müraciət etməyinizi xahiş edirəm. Hazırda 142 nəfər qeydiyyatdan keçməklə küllü miqdarda dələduzluq faktlarını bir araya gətirmişik. Saytınızda mənim e.meylimin gasanov-elmar@inbox.ru dərc olunmasını artıq dərəcədə Xahiş edirəm!!!
Onuda qeyd etmək istərdim ki, vəkil və digər hüquqi hərəkətlərlə bağlı bütün xərclər tərəfimdən qarşılanacaqdır. Hörmətli dostlar vətəndaş borcumuzu yerinə yetirək!! Dələduzlar cəzalandırılsın!! Bizdən sonra ziyan çəkən olmasın!!
P.S. Məlumat üçün qeyd etmək istərdik ki, Fuad Axundov hazırda Rusiyanın “Akkuyu” layihəsi çərçıvəsində İnvestisiyaların cəlb olunması Fonduna rəhbər təyin edilib. Bununla yanaşı Rosatom konserninin rəhbərliyində müəyyən dəyişiklik edilmişdir. Belə ki, Rosatomun əvvəlki rəhbəri cənab S.Kiriyenko Rusiya Prezidentinin administrasiyasına Başqa vəzifəyə keçirildiyi üçün və Rosatom Konserninə Aleksey Lixaçyovun təyin edilməsi ilə bağlı Moskva şəhərində keçiriləcək tədbrlərimizin qrafikində ləngimələr olmuşdur. Hazırda tədbirlərimizə start veririrk. (Rusiya rəsmilərinə müraciət əlavə olunur-Layihə) Həsənov Elmar
Geri qayıt