Əsas Səhifə > Dünya > Türkiyə-Rusiya əməkdaşlığının güclənməsi İranı kənarda qoyub

Türkiyə-Rusiya əməkdaşlığının güclənməsi İranı kənarda qoyub


11-01-2017, 12:23
Türkiyə-Rusiya əməkdaşlığının güclənməsi İranı kənarda qoyub

Suriya ilə bağlı Türkiyə-Rusiya əməkdaşlığının güclənməsi İranı kənarda dayanan oyunçuya çevirib.

Rubrika.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə İran Siyasi Məşvərət Şurasına aid nəşrdə yayımlanan analitik yazıda qeyd edilib.

Məqalədə Türkiyə-Rusiya-İranın yaratdığı üçlükdə Ankaranın daha aktiv iştirakçıya çevrildiyi də vurğulanıb:

“Suriyada təhlükəsizlik məsələsi artıq Moskva ilə Ankaraya həvalə edilib. Atəşkəs razılaşmasında bu iki tərəfin qurucu və qarant ölkə rolunu oynadığını gördük. Kreml hər nə qədər İranın atəşkəs razılaşmasına xüsusi təsirini olduğunu desə də, Tehranın qarant ölkə olmaması onun başlıca problemidir”.

Bundan əlavə yazıda qeyd edilib ki, Suriyada şərtlər gələcəkdə Türkiyənin lehinə dəyişə bilər və Moskvanın Ankara ilə əməkdaşlığı Kreml üçün olduqca önəmlidir.

Rubrika.az
Geri qayıt