Əsas Səhifə > Təhsil > Təhsil naziri Mikayıl Cabbarovun qoyduğu qadağalara niyə məhəl qoyulmur? - 26 saylı orta məktəbdə rekord məbləğdə rüşvət tüğyan edir...

Təhsil naziri Mikayıl Cabbarovun qoyduğu qadağalara niyə məhəl qoyulmur? - 26 saylı orta məktəbdə rekord məbləğdə rüşvət tüğyan edir...


7-01-2017, 14:55
Təhsil naziri Mikayıl Cabbarovun qoyduğu qadağalara niyə məhəl qoyulmur? - 26 saylı orta məktəbdə rekord məbləğdə rüşvət tüğyan edir...

Müəllimin tərbiyəvi fəaliyyətinin tərkib hissələrindən biri də şagirdlərdə hüquq tərbiyəsini inkişaf etdirməsidir. Belə ki, ümummilli liderimiz Heydər Əliyev hələ 24 avqust 1998-ci il tarixli «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikasının qanununun tətbiq edilməsi barədə fərman imzalamışdı. Qanunun həm müəllim, həm də şagird tərəfindən düzgün öyrənilməsi məqsədi qarşıya qoyulmalıdır.

"Hamımıza məlumdur ki, istər təhsil naziri Mikayıl Cabbarov, istərsə də Xəzər rayon icra hakimiyyətinin başçısı Gülağa İslamov məktəblərimizdə rüşvətxorluqla mübarizə tədbirlərini hər zaman diqqət mərkəzində saxlayıblar. Amma görünür "işinin peşəkarları" hələ də öz fəaliyyətlərinə davam etməkdədirlər. Təhsil naziir Mikayıl Cabbarovun qoyduğu qadağalara baxmayaraq orta məktəblərdə pul yığımı davam edir. İlin bütün aylarında müxtəlif tədbirlər adı altında (fond pulu, xadimə pulu, süpürgə pulu, direktor pulu və zavuç pulu) direktorların öz əlalatıları sayılan müavinləri vasitəsilə külli miqdarda pul yığımları baş verir.
Xəzər rayonu Buzovna qəsəbəsində fəaliyyət göstərən İftixar Tağıyev adına 26№-li orta məktəbin Azərbaycan dili-Ədəbiyyat müəlliməsi Rzayeva Bənövşədən şikayət var. Müraciət edən valideyin iddia edir ki, həmin məktəbin müəlliməsi özbaşınalıqla məşğuldur. Bu məktəbdə rüşvətin qəbulu çox peşakar və adi hal alıb. Məktəbdə müəllimə pul yığmaqda o qədər "peşəkar"dır ki, bayramlarda özünü belə unutmur və şagirdlərin nəzərinə çatdırır ki, mənə hamınız bir nəfər kimi hədiyyəmi gətirməlisiniz sanki bir öhdəlik kimi deyir. Digər tərəfdəndə Məktəbdə fond puluda yığılır. Hər ay hər bir şagirddən1 manat civarında fond pulu yığılmalıdır.(Realnewsinfo.com)Bu azmış kimi ilin əvvəlində hamısını 20 manat Fond pulunu öncədən hər şagirdin valideyni ödəməlidir. Maraqlıdır, bəs yığılan fond pulu hara sərf olunur?! Şikayyətçi Abdullayeva Günelin sözlərinə görə müəllimə şagirdlərlə normal ünsiyyət qurmamaqdansa, onlara qarşı kobud davranışları ilə seçilir.
Müraciət göndərən valideyn Abdullayeva Günel daha sonra iddia edir ki, Rzayeva Bənövşə məktəbi rüşvət və korrupsiya bataqlığına çevirib. Məktəbdə hər şey rüşvətlə həll edilir. Hətda adı çəkilən müəllimə Rzayeva Bənövşə dəfələrlə şagirdlərin içində övladımı nalaiq sözlərlə təhqir edərək bildirib ki, sən niyə vaxtı-vaxtında pul ödəmirsən? Belədə ki, mən hər ay bu məktəbdən maaşımdan əlavə 1000 (min) manat pul gəlirim olur. sənin valideyninin puluna heç qalmamışam.
26 № məktəbin haqqında yazan şikayətçi vurğulayır ki, bütün bayramlar öz yerində olmaqla, Rzayeva Bənövşə müəllimə qarşıdan gələn bütün bayramlarda şagirdlərdən özü üçün hədiyyə mənə verməlisiniz deyərək sanki bir şərt qoyur.
Beləliklə redaksiya heyyətimizin əməkaşları məsələ aydınlıq gətirmək üçün sözügedən məktəbə yollandılar. Həmin məktəbdə məktəbin Direktoru iləə görüşmək istəsələrdə Direktor görüşmək istəmədi. Soruşduqda ki, məktəbin direktoru məktəbdədirmi? Jurnalisti qarşılayan qapıçı cavab verdi ki bəli məktəbdədir. Sizin gəlişinizi və gəlişinizin səbəbini belə izah etdim bildirdi ki, mən bu məsələ ilə əlaqədar olaraq heç bir musahibə verə bilmərəm. Belə ki, Direktor məktəbdə olsa belə hansısa özünün bildiyi özünə sərf etdiyi maraqlar dairəsinə görə bizi qəbul etməkdən imtina etdi..
Beləliklə biz öz jurnalist araşdırmalarımıza başladıq. Nəticədə adı çəkilən məktəbin daxilində nələrin gizli şəkildə baş verdiyini əldə etdiyimiz faktları sizə təqdim edirik...
Bakı şəhərində belə məktəblərdən biri və ən babırçısı Buzovadaı İftixar Tağıyev adına 26 saylı tam orta məktəbdir. Məkətbin direktoru Natiq Səmədov nə prezident İlham Əliyevin , nə də nazir Mikayıl Cabbarovun tapşırıq və fərmanlarına əməl etmir. Əsasən ibtidai siniflərdə pul yığımının biabırçı hal aldığını qeyd edən narazı valideynlər bildirib ki, Natiq Səmədov bu işləri müavini Esmira Əliyeva vasitəsi ilə həyata keçirir.

Kimdir Esmira "müəllimə"? Təhsil sisteminə necə düşüb? Direktorun təlim-tərbiyə işləri üzrə müavini, yoxsa müəllim və valideynlərin pul qənimi?

Esmira Əliyeva barəsində olan rəsmi dosyedə yazılır...

Fənn: Ana dili, Fiziki tərbiyə, Həyat bilgisi, İnformatika, Musiqi, Riyaziyyat, Təsviri incəsənət, Texnologiya, Şahmat
Bitirdiyi təhsil müəssisəsi: Sabir adına Pedaqoji TexnikomTəvəllüd: 02.11.1958
İlk fəaliyyət ili: 01.09.2001

Əliyeva Esmira Əbdüləli qizi 1958-ci ildə Qazax rayonunda anadan olmuşdur. 1978-ci ildə M.Ə.Sabir adina Bakı Pedaqoji məktəbini əmək və rəsmxət fakultəsini bitirmişdir.1995-ci ildən 26№li məktəbdə ibtidai sinif müəllimi işləyib, 2001-ci ildən etibarən təlim tərbiyə işləri üzrə direktor müavini vəzifəsində işləyir. 2010-cu ildə Təhsil nazirliyi tərəfindən təşkil olunmuş "Öyrədənlərin öyrədəni” kursundan keçərək "Təlimçi” adını almışdır.

Fikir verdiyiniz kimi Esmira Əliyevanın iş fəaliyyəti ilə bağlı yazılmış məlumatlarda ciddi şəkildə şişirtmələr və yalanlar var.

Qeyd olunur ki, 1978-ci ildə Pedoqoji məktəbi (indi bu peşə məktəbi sayılır) bitirən direktor müavinin ilk fəaliyyət ili 2001-ci il göstərilir. Bu barədə geniş araşdırma yazımız hazırlanmaqdadır.
Bizimesr.az-ın əldə etdiyi məlumata görə Esmira Buzovnadakı fabriklərin birində tikişçi işləyib...

İndi isə , daha doğrusu uzun illərdir bu məktəbdə valideynlərin müəllimlər vasitəsilə tora salıb pul yığımaqla məşğuldur. Əldə etdiyimiz məlumata görə Esmira Əliyeva ibtidai siniflərdən yığdığı pulun 30 faizini Natiq Səmədova verir. Nəzərə alsaq ki, ibtidai siniflərin təhsil aldığı korpusda azı 500 şagird təhsil alır yığılan məbləğin nə qədər olduğunu təsəvvür etmək çətin deyil. Məsələn (yazı hazırlanarkən 26 saylı orta məktəbdə yeni il şənliyi keçirilir) bu gün 26 saylı orta məktəbdə məhz Esmira xanımın nəzarəti və məcburiyyəti ilə ibtidi siniflər üçün yeni il şənliyi təşkil olunub. Bütün ibtidai sinif şagirdlərinin valideynlərindən 15-20 AZN pul yığılıb. Bir neçə ibtidai sinif müəlliməsi buna etiraz etsə də Esmira xanım ciddi təpki göstərərək həmin müəllimləri razı salıb.

Belə ki, 2 və 3-cü sinif şagirdlərini Buzovnadakı R Studio rəhbərliyi ilə danışaraq tədbirə hazırlıq rəqslərini öyrətmək üçün 2 günlük "məşqlər" keçiirlib. Buna görə hər valideyndən 10 AZN pul istənilib. ART klub-a isə hər sinif üçün cəmi 100 AZN pul ödənilib. Bütün bunların başında təbii ki, həmişə olduğu kimi Esmira dayanır.

Təəsüflər olsun ki, 26 sayl orta məktəbdə baş verən bu biabırçılıq illərdir davam edir. Misir Mərdanovun kadrı olan Natiq Səmədov Bakı Şəhər Təhsil idarəsindəki adamına hər ay yığılan rüşvətdən "xərac 2 verdiyi üçün bu əməllərini davam etdirir.

Tam əminliklə demək olar ki, Natiq Səmədovun bu əməlllərinin fonunda nazir Mikayıl Cabbarovun onu vəzifədən uzaqlaşdırmaq kimi imkanları sıfıra bərabərdir. Tərbiyəsizlik etdiyi üçün nazirin əmri ilə məktəbdən qovulan Lamiyə Babayeva yenidən məhz Mikayıl Cabbarovun əmri ilə 26 saylı orta məktəbə , məhz Natiq Səmədovun xahişi ilə işə götürülüb. Mikayıl Cabbarovun müavinlərindən biri ilə yaxın təmasda olan Lamiyə Babayeva hər gün 26 saylı məktəbin direktoru olmaq üçün irəliləyir. Yaxın günlərdə məktəbin direktor müavini təyin olunacağı gözlənilən Babayevanın qısa müddətdən sonra direktor olacağı istisna edilmir.

Mənbələr bildirir ki, Natiq Səmədovun məktəbdən yığılan pullarla hər gün güclənməsinin özəl səbəbləri var. Səmədov Xəzər rayon təhsil şöbəsinin müdiri olmaq üçün uzun illərdir çalışır. İşində yol verdiyi nöqsanlara görə Natiq Səmədov vəzifədən uzaqlaşdırılıb. Daha sonra isə 26 saylı məktəbə direktor təyin olunub.

Şikayətçi valideyin Abdullayeva Günel Nəzir qızı Xəzər rayon Buzovna qəsəbəsində şəhid İftixar Tağıyevin adını daşıyan 26 №-li məktəbdə Azərbaycan dili və Ədəbiyyat dərsini deyən muəllimə Bənövşə Rzayevanın özbaşınalıqları ilə bağlı tədbir görülməsi üçün müvafiq dövlət qurumlarından yardım istəyir.

P.S __ Ümummilli liderimiz Heydər Əliyev öz çıxışlarından birində demişdir: «Biz çalışmalıyıq ki, gənclərimiz Azərbaycan xalqına xas olan mənəvi, milli ənənələri əsasında tərbiyə edilsinlər». Milli adət və və ənənələrimizə hörmət etmək, onu qoruyub saxlamaq, milli musiqimizin, şifahi xalq ədəbiyyatımızın incilərini bilmək, Azərbaycanın görkəmli şəxsiyyətlərini tanımaq, qədim tarixi abidə və əraziləri öyrənmək ruhunda şagirdləri tərbiyə etmək müəllimin borcudur. Müəllim öz geyimi, davranışı, nəzakəti, yüksək intellekti ilə şagirdə şəxsi nümunə olmalıdır. Belə olduqda şagird müəlliminə oxşamağa çalışır, müəllimi ideallaşdırır. Müəllim etikası yüksəkdirsə, müəllimdə ətrafdakı əşyalara düzgün qiymət vermək, gözəllikləri görmək qabiliyyəti yüksəkdirsə, bu, mütləq şagirdə təsir edir, onun seçimi, etik və estetik tərbiyəsi inkişaf edir. Məktəbdə keçirilən sinifdənxaric tədbirlər şagirdlərin bu sahədə inkişafına çox təsir göstərir. Bütün bu yuxarıda göstərilənlər müasir müəllimdə cəmlənməli keyfiyyətlərdir. Müəllimə ən düzgün qiyməti şagird verir. Gəlin düşünək…
Mözu ilə bağlı ilginc məlumatların ortalıqa çıxarılması üçün ciddi şəkildə araşdırılma aparılır. Nəticələri irəliləyən araşdırmalarımızda təqdim edəcəyik. TƏHSİL NAZİRLİYİNDƏN, XƏZƏR RAYON İCRA HAKİMİYYƏTİNİN RƏHBƏRLİYİNDƏN və əlaqədar şəxslərdən isə araşdırmamıza yardımçı olmağı xahiş edirik. Məqalədə adı çəkilən şəxslərin də qarşı tərəf kimi münasibətini dinləməyə hazırıq....(təfərrüatı növbəti məqaləmizdə)

Mövzu ilə bağlı araşdırmalarımız davam edir.

Rubrika.az
Geri qayıt