Əsas Səhifə > Təhsil > Texniki Universitetdə Havar Məmmədovun RÜŞVƏT havası - Bu universitetdə rüşvətin alınmasının öz texnikası var

Texniki Universitetdə Havar Məmmədovun RÜŞVƏT havası - Bu universitetdə rüşvətin alınmasının öz texnikası var


9-01-2017, 09:44
Texniki Universitetdə Havar Məmmədovun RÜŞVƏT havası - Bu universitetdə rüşvətin alınmasının öz texnikası var

Azərbaycan Texniki Universitetində rüşvətin alınmasının öz texnikası var

Bu haqda yazan tələbələrin sözlərinə görə, qış semestrində qiymətlər yay semestrindən fərqlənir.

Yayda tariflərin daha yüksək olduğunu deyən tələbələr bildirirlər ki, yanvar imtahanlarında endirim olunur. Hazırda qış imtahanı olduğuna görə sevinən tələbələr deyirlər ki, daha az pul verəcəklər.

ATU-nun keçmiş rektoru Havar Məmmədovun hələ də havasının, atmosferinin hökm sürdüyünü bildirən tələbələr sistemin dəyişməməsindən narazılıq edirlər.

"3” qiymətinin 60, "4” qiymətinin 80, "5”in isə 100 manata yazıldığı bu təhsil məbədində yayda tariflər 20-30 manat bahalaşır.

Dövlət imtahanlarının 700 manata yazıldığı Texniki Universitetdə rüşvət demək olar ki, rəsmiləşdirilib.

Mətbuatda da gedən xəbərlərdə ATU ən çox rüşvətin bulaşdığı təhsil ocaqlarından biri kimi təqdim olunur.

Universitet rəhbərliyi universitetin təsərrüfat sahəsində də ciddi maxinasiyalara yol verməkdə ittiham olunur.

Məlumata görə, dəftərxana ləvazimatları, təsərrüfat malları, inventar və avadanlıqlara xəclənən pullar əslində rəsmi sənədlərdə göstərilən kimi deyil. Bu sənədlərdə göstərilən qiymətlər real bazar qiymətlərindən qat-qat bahadır.

Bundan başqa ləvazimat və materiallardan asılı olaraq rüblük və illik hesabat sənədlərində də maxinasiyalar edilir. Rəsmi hesabat sənədlərində göstərilən yeni avadanlıqlar əslində bir neçə il əvvəl alınmış və istifadə olunmuş avadanlıqlardır.

İdarəçilik mexanizmini dəyişməyib. Prorektor İlham Pirməmmədovun da rolu və iştirakı az deyil.

İlham Pirməmmədova ən yaxın dekanlar Həsənov Fazil Abdüləzim oğlu,Aslanzadə İlham Alıcı oğlu və İbrahimov Bayram Qənimət oğlunun olduğu bildirilir.

Bu adları çəkilən dekanlardan Mühəndiz Biznesi və Menecment fakültəsinin dekanı,texnika elmləri namizədi İlham Aslanzadə və Radiotexnika və rabitə fakültəsinin dekanı,texnika elmləri doktoru professor Bayram İbrahimovun İlham Pirmməmədovla daha sıx əlaqədə olduğu bildirilir.

Onu da deyək ki, bu universitetin Azərbaycan Texnologiyalar Universiteti ilə birləşdirilməsi, izafi xərclərin azaldılması təklif olunur.

Ümumiyyətlə, ali məktəblərdə qış semestr imtahanları başlayıb. Universitetlərin əksəriyyətində imtahanlar test üsulu ilə götürülsə də, rüşvət yenə də əvvəlki qaydadadır. Hələ desək, qiymətlər bir az da artıb. Bir sözlə, Azərbaycan təhsilində Bolonya sistemindən leqal rüşvət mənbəyi kimi istifadə edilir.(xalqxeber.az)Hələ bir müddət əvvəl Media Təqib Mərkəzi apardığı monitorinqin nəticələrini açıqlayarkən məlum olmuşdu ki, Texniki Universitet haqqında ən çox neqativ yazılan universitetlərdəndir.
Mediada yayılan xəbərlərə istinadə bildiririk ki, Texniki Universitetdə tələbələrdən yığılan rüşvətlər hər ayın axırı rəhbərlik tərəfindən "maddi yardım” adı ilə paketlərdə "fəal” müəllimlərə paylanılır.

Rüşvətə qarşı amansız olduğunu deyən Qafqaz universitetinin yeni rektoru Havar Məmmədov ATU-da bazar açmışdı.

Araşdırmalar zamanı Havar Məmmədovun zavodlarından biri aşkarlanıb. Binəqədi rayonu, Xocahəsən qəsəbəsində fəaliyyət göstərən dəmir zavodunda armatur və digər məhsullar istehsal edilir.

İllik dövriyyəsi orta səviyyədə olan, lakin tikinti bazarında tanınmış olan bu zavodun illik bir neçə milyon manat gəlir gətirdiyi deyilir. Həmin zavodda hər şey normal olsa da, təhlükəsizlik qaydalarına riyayət edilmədiyindən tez-tez qəzalar baş verir.

Rektor Havar Məmmədovun "Saba Gars” avtomobil mərkəzinə və "MakroMarket” mağazalar şəbəkəsinə şərik olduğu xəbəri də var. Onu da deyək ki, universitetin təmirinə ayrılmış pulların bir qismi Novxanıda bahalı villanın inşa edilməsinə sərf olunub.

Havar Məmmədovun daha bir villasını aşkarlamaq mümkün olub. Belə ki, bu dəfə Heydər məscidinin yaxınlığında, «milyonçular məhəlləsi» deyilən ərazidə rektorun 3 mərtəbəli villası var.

Xatırladaq ki, bir müddət əvvəl Havar Məmmədovun adı MTN işində keçmişdi. Saytlar yazmışdı ki, rektor Çovdarova 3 milyon dollar ödəmək məcburiyyətində qalmışdı.

Rubrika.az
Geri qayıt