Əsas Səhifə > Gündəm > Cahangir Hacıyevin kadrı “Azər-Türk Bank”a gətirilir - Müəmma

Cahangir Hacıyevin kadrı “Azər-Türk Bank”a gətirilir - Müəmma


9-01-2017, 17:05
Cahangir Hacıyevin kadrı “Azər-Türk Bank”a gətirilir - Müəmma


“Azər-Türk Bank”ın mətbuat katibi işdən çıxıb və onun yerinə ABB-nin keçmiş mətbuat katibinin təyin ediləcəyi gözlənilir

Bankın mətbuat katibi Nəsimi Cəfərli öz istəyi ilə vəzifəsindən azad edilib.

Məlumata görə, onun yerinə “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin (ABB) keçmiş mətbuat katibi Rauf Ağayevin təyin ediləcəyi gözlənilir.

Qeyd edək ki, "Azər-Türk Bank" ASC 1995-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 50 mln. manatdır. Səhmlərin 75%-i Azərbaycan hökuməti adından çıxış edən Əmlak Məsələləri Dövlət Komitəsinə, 12,37%-i Türkiyənin "Zıraat Bank"ına, 1,08%-i "Zıraat Bank İnternational"a, 6,55%-i "AzRe Təkrarsığorta" ASC-yə, 5%-i isə "Qala Həyat Sığorta" ASC-yə məxsusdur.(report)

Politika.Az ölkə.az-a istinadən xatırladır ki, Rauf Ağayev “Azərbaycan Beynəlxalq Bankı” ASC-də Cahangir Hacıyevin rəhbərliyi müddətində çalışıb.

rubrika.az
Geri qayıt