Əsas Səhifə > Dünya > Türkiyədə yenə terror — Qaziantep polis idarəsində atışma + SON DƏQİQƏ

Türkiyədə yenə terror — Qaziantep polis idarəsində atışma + SON DƏQİQƏ


10-01-2017, 18:47
Türkiyədə yenə terror — Qaziantep polis idarəsində atışma + SON DƏQİQƏ


Verilən yeni məlumata əsasən, polis idarəsinə girməyə çalışan terrorçu öldürülüb.

Terrorçunun üzərində bomba olub. Hadisə yerində digər terrorçularla silahlı qarşıdurma başlayıb.

2 və ya 3 terrorçu üzərində bomba jileti ilə idarəyə girməyə çalışıb.

Terrorçuları həbs etmək üçün polis əməliyyat tədbirləri keçirir.

Qaçan terrorçulardan biri polis idarəsinin avtomobil dayanacağındadır.

Atışma davam edir.

***

Türkiyədə yeni terror hadisəsi baş verib.

Qaziantep baş polis idarəsinin qarşısında atışma olub. Əraziyə çoxlu təcili tibbi yardım maşınları cəlb edilib.

Rubrik.az Ölkə.az-a istinadən bildirir ki, Qaziantepin İncilipınar məhləsində yerləşən baş polis idarəsinin qarşısında Türkiyə vaxtı ilə 15:15 radələrində silah səsləri eşidilib. İki dəqiqə davam edən atışmadan sonra əraziyə təcili tibbi yardım maşınları cəlb edilib.

Polis idarəsinin qarşısındakı küçədə bir nəfərin yerə uzandığı bildirilir. Ərazidə təhlükəsizlik tədbirləri alınıb. Polis heç kəsi əraziyə buraxmır. Yerdə uzanan şəxsin üzərində bomba ola bilmə ehtimalına görə mütəxəssislər dəvət edilib. Bir polis əməkdaşı yaralanıb.

RUBRİKA.AZ
Geri qayıt