Əsas Səhifə > Hadisə > Ötən ilin ən yaxşı və ən biədəb danışan 8 deputatı kimdir? - Bu ildən hansı deputatların susması tələb olunacaq?

Ötən ilin ən yaxşı və ən biədəb danışan 8 deputatı kimdir? - Bu ildən hansı deputatların susması tələb olunacaq?


11-01-2017, 10:50
Ötən ilin ən yaxşı və ən biədəb danışan 8 deputatı kimdir? - Bu ildən hansı deputatların susması tələb olunacaq?

2016-ci il parlament üçün maraqlı keçdi. Bəzi deputatların çıxışları cəmiyyətdə sərt təpki ilə qarşılandı.

Onların artıq-əskik, yersiz sözləri, xalqa təhqiramiz ifadələri millət vəkili cərgəsindən qeyri-rəsmi silinməsi ilə nəticələndi.

Monitorinq Qrupumuz ilin 4 ən yaxşı millət vəkili və özünü pis aparan 4 deputatının siyahısını tərtib edib.

Siyahı deputatların reputasiyası, biznes fəaliyyətinin olub-olmaması, ictimai fəallığı, seçicilərə münasibəti və bütövlükdə fəallığı üzərində qurulub.

Araşdırma zamanı məlum olub ki, ötən ilin ən fəal deputatları - Zahid Oruc, Vahid Əhmədov, Fazil Mustafa və Əli Məsimlidir.

Onlara antoqonist olan 4 deputat isə - Astan Şahverdiyev, Hüseynbala Mirələmov, Hadı Rəcəbli və Mirzəcan Xəlilovdur.

Monitorinq Qrupu belə qənaətə gəlib ki, ilin ən fəal deputatları hər zaman cəmiyyəti narahat edən problemləri dilə gətirib, iqtisadi-sosial məsələlərin müzakirəsinə qoşulub.(politika.az)

Eyni zamanda vətəndaşların müraciətlərinə həssaslıq nümayiş etdiriblər. Onların fəaliyyətindəki üstünlük mediaya açıq olması, jurnalistlərin suallarına hər zaman hörmətlə cavab verməsidir.

Həqiqətən Zahid Oruc, Vahid Əhmədov, Fazil Mustafa və Əli Məsimli cəmiyyətdə və mətbuatda hörmətlə qəbul olunan millət vəkilləridir.

Astan Şahverdiyev, Hüseynbala Mirələmov, Hadı Rəcəbli və Mirzəcan Xəlilova gəlincə, onlar ən populyar “ifadələri” ilə xalqın yaddaşına silinməz izlər buraxıblar.

Biri xalqa “otxod” deyib, digəri “az ye” məsləhət edib, o biri şəhid ailəsinin müavinətini çöx görüb, digəri isə villa tikdirib, ustanın pulunu verməyib və imarəti görüntülənib ki, buyurun, xalqın millət vəkili belə yaşayır.

Siyahını uzada bilərdik. Lakin ən məşhur 4 deputat kimi onlar siyahıda yer alıb.

Xalqın, cəmiyyətin qarşısında çıxan 4 deputatla xalqı aşağılamış, sonra fikirlərindən imtina etmiş digər deputatların fərqi göz qabağındadır. 2016-cı ilin dekabr ayında elektron mətbuatda, yəni sayt və portallarda deputatlarla əlaqəli 24888 xəbər yerləşdirilib.

Bunlardan 621 xəbər mənfi, 454 xəbər müsbət və 23813 xəbər isə neytraldır. Mənfi xəbərlər arasında liderlər: Astan Şahverdiyev (299 xəbər – deputat haqqında sərt fikirlər), Hüseynbala Mirələmov (60 xəbər – deputat haqqında sərt fikirlər), Mirzəcan Xəlilov (41 xəbər – deputat fəhlənin haqqını yeməsi iddiası – şikayət) var.

Bu şəxslərin yalnız işi biznes fəaiyyətinə yönəlib və seçiciləri saymırlar. Üstəgəl, il ərzində skandalla diqqət mərkəzində olublar.

Özünü yaxşı aparmayan və hakimiyyətə problem yaradan millət vəkillərinin üstündən xətt çəkilir. Onların növbəti seçkilərdə iştirakı belə yasaqlanacaq.

Həmçinin, qarşıdakı dövrdə dilindən qeyri-rəsmi iltizam alınaraq susması tələbi qoyulacaq. Yəni, sözügedən deputatlar 2020-dək ağzını açıb danışmasınlar.

Onların əksəriyyətinin həqiqətən də mandatı ləğv olunacaq həddə çatmış deputatlardı. Bu şəxslərin yalnız işi biznes fəaliyyətinə yönəlib və seçiciləri saymırlar.

Rubrika.az
Geri qayıt