Əsas Səhifə > Qalmaqal > Baş bankir Elman Rüstəmovun Çovdarovla əlbir olan müavini Aftandil Babayev istintaqa aparılıb

Baş bankir Elman Rüstəmovun Çovdarovla əlbir olan müavini Aftandil Babayev istintaqa aparılıb


11-01-2017, 11:16
Baş bankir Elman Rüstəmovun Çovdarovla əlbir olan müavini Aftandil Babayev istintaqa aparılıb

Mərkəzi Bankın İdarə Heyətinin sədri Elman Rüstəmovun müavini Aftandil Babayev “MTN işi” üzrə istintaqda dindirilib

Aftandil Babayevin 012-493-11-96 şəhərdaxili telefon nömrəsi 2015-ci il sentyabrın 22-dən dinlənilib.

Onun dinlənilməsini sabiq nazir Eldar Mahmudovun şifahi tapşırığı ilə general Sübahir Qurbanovun müavini Fizuli Əliyev sifariş verib.

Dinlənilməyə əsas kimi Azad Səlimli və Əflatun Hacıyev ad-soyadlı şəxsin gümüş məmulatlarının Türkiyədən ölkə ərazisinə qaçaq yolla gətirilməsi ilə məşğul olmaları göstərilib.

Generalların işi üzrə zərərçəkmiş kimi tanınan Aftandil Babayev istintaqda dindirilib. Görünür ki, həmin şəxslər bankirin adamları olub və bu biznesdə iştirakı varmış.(politika.az)Özü isə bildirib ki, Mərkəzi Bankının idarə heyətinin sədr müavini vəzifəsində işləyir və istifadəsində 493-11-96 nömrəli xidməti telefon var: “Mən xidməti işlə əlaqədar həmin telefondan istifadə edib danışıqlar aparıram.
Heç vaxt hüquq-mühafizə orqanlarına, o cümlədən ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinə dəvət olunmamışam, ora aparılmamışam. Mənə qarşı həmin nazirliyin əməkdaşları tərəfindən hər-hansı qanunsuz tələblər irəli sürülməyib”.

A.Babayevin dinlənilməsinə başlanılandan 3 həftə sonra Eldar Mahmudov vəzifəsindən çıxarılıb və onun generallarının cinayətlərinin ifşasına başlanılıb

Adıçəkilən şəxslər barədə arxivdə rəsmi məlumat var. 2014-cü ildə yayılmış rəsmi xəbərdə deyilir:

Milli Təhlükəsizlik Nazirliyinin həyata keçirdiyi daha bir əməliyyat tədbiri nəticəsində, külli miqdarda dəyəri olan 48 kiloqram gümüş məmulatlarını qaçaqmalçılıq yolu ilə Azərbaycana gətirmiş şəxslər cinayət başında yaxalanıb.

Belə ki, Azərbaycan Respublikasının vətəndaşları Səlimli Azad Babahəsən oğlu, Hacıyev Əflatun Alimbaş oğlu və Hümbətəliyev Qadir Şahin oğlu cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında külli miqdarda gümüş məmulatlarının Türkiyənin İstanbul şəhərində alınmasını və qaçaq yolla, yəni gömrük sərhədindən gömrük nəzarətindən gizli keçirib Azərbaycana gətirilməsini təşkil ediblər.

Aftandil Babayevin MTN-lə sıx əlaqələri olub.

Belə ki, Aftandil Babayevin xahişini lazımi şəxslərdən də Elman Rüstəmov xahiş edibmiş. O, Dövlət Statistika Komitəsinin sədri olmaq arzusunda imiş.
Sonra məsələyə Aftandil Babayevin həmyerlisi və dostu olan MTN generalı Akif Çovdarov qoşulub.

Onun da çabalarına baxmayaraq, sonda ölkə başçısı Nizami RİH-nin başçısı Tahir Budaqovu Dövlət Statistika Komitəsinə sədri təyin edib.
Qeyd edək ki, Aftandil Babayev ölkənin bank sisteminin inkişafında xidmətlərinə görə “Tərəqqi” medalı ilə təltif olunub.

Tahir Budaqov isə xeyli müddət ARDNŞ-ın rəhbərliyində olan şəxslərdən birinin “kurasiya”sında olub. Məclislərin birində Tahir Budaqov “kurator”unu savadsız adlandırdığı üçün yolları ayrılıb.

Rubrika.az
Geri qayıt