Əsas Səhifə > Müsahibə > Vahid Əhmədovdan şok - “Martın sonuna kimi vitse-prezidentlərin təyin olunacaq”

Vahid Əhmədovdan şok - “Martın sonuna kimi vitse-prezidentlərin təyin olunacaq”


11-01-2017, 11:30
Vahid Əhmədovdan şok - “Martın sonuna kimi vitse-prezidentlərin təyin olunacaq”

“Martın sonuna kimi vitse-prezidentlərin təyinatı baş tutacaq”

Bu sözləri parlamentin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov deyib.

Deputatın sözlərinə görə, prezidentin müvafiq hüquqi aktların layihələrinin hazırlanması barədə Nazirlər Kabinetinə verdiyi vaxt martın sonunda başa çatır: “Vitse-prezidentlərin təyinatı prezidentin səlahiyyəti daxilində olan bir məsələdir.

Bunun nə vaxt baş verəcəyini də yalnız prezident müəyyən edir. Ancaq bilirsiniz ki, sentyabrda ölkədə referendum yüksək səviyyədə keçirildi.

Nəticələr məlum olduqdan sonra oktyabrda prezident Referendum Aktının qüvvəyə minməsi ilə əlaqədar müvafiq hüquqi aktların layihələrinin hazırlanması barədə Nazirlər Kabinetinə 6 ay vaxt verib.(politika.az)
Səhv eləmirəmsə, bu vaxt martın axırı sona çatacaq. Yəqin ki, təyinatlar da o vaxta qədər müəyyən olunacaq. Ancaq bu səlahiyyət yenə də prezidentin səlahiyyətində olan bir məslədir”.

Xatırladaq ki, mətbuatda bu ayın sonuna kimi Azərbaycanda vitse-prezidentlərin təyinatının olacağı barədə xəbərlər yayılıb.

Qeyd olunur ki, artıq son Konstitusiya dəyişikliyindən sonra Nazilər Kabineti və Prezident Administrasiyasında müvafiq hüquqi sənədlərin hazırlanması prosesi artıq başa çatıb.

Vitse-prezidentlərin kimliyinə gəlincə, ortada bir neçə şəxsin namizədliyinin olduğu deyilir.

Rubrika.az
Geri qayıt