Əsas Səhifə > Media > “Brain Ring” izlə, “Nar”-dan hədiyyə qazan” müsabiqəsi başa çatdı

“Brain Ring” izlə, “Nar”-dan hədiyyə qazan” müsabiqəsi başa çatdı


11-01-2017, 15:40
“Brain Ring” izlə, “Nar”-dan hədiyyə qazan”  müsabiqəsi başa çatdı

“Nar”-ın ənənəvi olaraq dəstək verdiyi “Brain Ring” intellektual bilik yarışlarının səkkizinci mövsümü başa çatdı. Yarışlarda respublikanın 16 bölgəsi və 8 ali məktəbini təmsil edən 34 komanda bilik mübarizəsi aparırdı.

“Brain Ring” intellektual yarışlarının yayımı zamanı televiziya tamaşaçıları üçün xüsusi bir müsabiqə keçirildi. Belə ki, verilişin yayımı zamanı “Nar”-ın “Twitter” hesabında qoyulan suala ən tez cavab verən izləyicilər xüsusi hədyyələr qazanırdılar. “Brain Ring” həvəskarları bu intellektual yarışı izləmək fürsəti ilə yanaşı, həm də “Nar”-dan hədiyyə qazanmaq şansı əldə etdilər.

Dekabr ayının qalibləri olan “Twitter” istifadəçiləri: Əhəd Əliyev (@ehed2pi), Mahir Əsgərov (@mahirasg).

Ətraflı məlumatı @salamnar “Twitter” hesabından əldə etmək mümkündür.

Rubrika.az
Geri qayıt