Əsas Səhifə > Hadisə > Bakıda və Gəncədə oğurluq edən şəxslər saxlanılıb

Bakıda və Gəncədə oğurluq edən şəxslər saxlanılıb


3-06-2017, 16:19
Bakıda və Gəncədə oğurluq edən şəxslər saxlanılıb


Bakıda və Gəncədə oğurluq edən şəxslər saxlanılıb.

APA-nın DİN-in saytına istinadən verdiyi məlumata görə, Xətai rayon 35-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyunun 1-də rayon ərazisindəki evlərdən birindən 3400 manat pul oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini Nadir Nağıyev tutulub.

Nizami (Gəncə) RPİ-nin əməkdaşları tərəfindən aprelin 24-də şəhər ərazisindəki evlərdən birindən 1000 manat və 200 ABŞ dolları pul, habelə qızıl əşyalar oğurlamaqda şübhəli bilinən Gəncə şəhər sakinləri Kənan Əliyev, Nizami Məmmədov və Nadir Rzayev saxlanılıb.

Rubrika.Az
Geri qayıt