Əsas Səhifə > Mədəniyyət > “Jara” festivalında iştirak edən məşhur faciəvi şəkildə öldü

“Jara” festivalında iştirak edən məşhur faciəvi şəkildə öldü


7-08-2017, 12:14
“Jara” festivalında iştirak edən məşhur faciəvi şəkildə öldü

"Jara" festivalında iştirak edən ukraynalı sabiq millət vəkili İrina Berejnaya faciəvi şəkildə dünyasını dəyişib.

Rubrika.az milli.az-a istinadən məlumatına görə, Xorvatiya ilə İtaliya dağlıq yolunda dəhşətli qəza baş verib. Qəza nəticəsində məşhur müğənni Ani Lorakın rəfiqəsi İrina Berejnaya həyatını itirib.
Məlumata görə, sabiq millət vəkili 8 yaşlı qızı ilə olub. Onların sürücüsü idarəetməni itirərək qəza törədib. Sürücü ilə İ.Berejnaya yerindəcə ölüb.
Sabiq millət vəkili şou-biznes nümayəndələri ilə dostluq edib. O, mütəmadi olaraq yığıncaqlarda iştirak edib.

Rubrika.az
Geri qayıt