Əsas Səhifə > Hadisə > Bakı zooparkı təmirə bağlandı

Bakı zooparkı təmirə bağlandı


1-02-2019, 20:39
Bakı zooparkı təmirə bağlandı

Bakı zooparkı bir neçə aylıq fəaliyyətini dayandırıb. Orada saxlanılan heyvanlar Qaradağ rayonuna köçürülür. Zooparkın bağlanması təmir, yenidənqurma işləri ilə əlaqədardır.

Hazırda zooparkın ərazisinin genişləndirilməsi ilə bağlı işlər görülür, heyvanların köçürülməsi həyata keçirilir.

İlk olaraq ayı, at, dəvə və şirlərin köçürülməsi nəzərdə tutulub. Bu heyvanlar artıq Qaradağ rayonunda yaradılmış müvəqqəti sığınacağa yerləşdiriliblər.

Zoopark işçiləri köçürülmə zamanı heyvanların stress yaşamamasına çalışr. Çünki bu heyvanlar yatılı vəziyyətdə, iynə vurulmaqla deyil, ayıq halda köçürülürlər.

Köçürülmə işləri təxminən 15-20 gün ərzində baş tutacaq. Nəticədə zooparkın ərazisi genişləndirilərək, heyvanların saxlanma şəraiti yaxşılaşdırılacaq. Yenidənqurmadan sonra zooparkın ərazisi 4.25 hektar olacaq.


Rubrika.Az
Geri qayıt