Əsas Səhifə > Aktual > Britaniyalılar koronavirusun Uhandakı laboratoriyadan çıxdığına inanırlar

Britaniyalılar koronavirusun Uhandakı laboratoriyadan çıxdığına inanırlar


7-04-2020, 17:32
Britaniyalılar koronavirusun Uhandakı laboratoriyadan çıxdığına inanırlar


“Britaniyalı siyasətçilər koronavirus pandemiyasının Çinin məxfi laboratoriyalarından sızma nəticəsində törəməsindən şübhələnirlər”.

Rubrika.Az xəbər verir ki, bu barədə ölkənin “Daily Mail” qəzetinə məlumat yayılıb.

“Britaniya hökumətindəki yüksək rütbəli qaynaqlardan verilən xəbərlərə görə, “ölümcül virusun Uhan şhərindəki bazardan insanlara keçməsi versiyası elm əsaslarla sübut edilsə də, “laboratoriya versiyası” gündəmdən düşmür”,-deyə məqalədə bildirilir.

Baş nazir Boris Consonun fövqəladə situasiyalar üzrə komitəsinin üzvlərindən birinin sözlərinə əsasən, virusun “zoodaşıyıcılığı”, yəni heyvanlarda olması barədə kəşfiyyatın məlumatları mübahisə edilməsə də, hökumət içində bədnam mikroorqanizmin məhz ilk dəfə Uhandakı laboratiyalarda insanlar arasında yayılmasını istisna olunmur.

“Bizim əlimizdə virusun təbiəti haqqında alternativ, lakin kifayət qədər əsaslı elmi faktar var. Çinin gizli laboratoriyasının Uhanda yerləşməsi faktını bir kənara atmaq olmaz”,-deyə “Cobra” adlanan həmin komitənin üzvü qeyd edib.

Məqalədə Uhanda Çinin ən yeni texnologiyalarla təchiz olunan Virusologiya instituunun yerləşdiyi xatırladılır. 36 milyon dollarlıq büdcəyə malik həmin institut vəhşi heyvanların satıldığı “məşhur” bazardan cəmi 10 km aralıda yelrəşir və dünyanın ən təhlükəsiz virusolojik məkanlarından sayılır. Hələ 2018-ci ildə dövlətə məxsus “People's Daily” qəzeti institutun “yüksək patogen mikroorqanizmlər üzərində eksperimentlər aparmağa qadir olduğunu” bəyan etmişdi. İnstitut ekspertləri ilk dəfə Ebola virusunun genetik tərkibinin yarasalarda rast gəlinən viruslarla 96% eyni olduğunu ortaya çıxarmışdılar.

“Lakin “yüksək təhlükəsiz obyekt” reputasiyasına rəğmən yerl əhali məhz institutun əməkdaşlarının insanları yoluxdurduğunu bildirir”,-deyə məqalədə yazılıb.

Uhanda viruslarla bağlı ikinci institut “Xəstəliklərə nəzarət və profilaktikası mərkəzi” hesab olunur. Bu mərkəz isə bazardan cəmi 3 km. aralıda yerləşir.

“Daily Mail” ABŞ-ın biotəhlükəsizlik üzrə tanınmış ekspertlərindən, Ratgers universitetinin (Nyu-Cersi) Vaksman mikrobiologiya institutunun professoru Riçard Ebraytın da fikirlərinə müraciət edib. Onun sözlərinə görə, ehtimal ki, Çindəki “Xəstəliklərə nəzarət və proflaktikası mərkəzi”, habelə Virusologiya institutunun alimləri virusları tədqiq edərkən təhükəli hallarda tövsiyə edilən “4-cü səviyyə” yerinə “2-ci səviyyəli” müdafiə vasitələrindən istifadə ediblər. 2-ci səviyyə isə laboratoriya işçilərinə yalnız minimal şəkildə müdafiə edə bilir.

“Cənubi-Çin texnologiya universiteti tərəfindən aparılan tədqiqatlar, COVİD-19-un “Xəstəliklərə nəzarət və proflaktikası mərkəzi”ndən çıxdığı nəticəsinə gəlib. Lakin bu məqalə də mərkəzi hökumət tərəfindən tez bir zamanda və araşdırmaçılar üçün nəzərdə tutulan sosial şəbəkəp latformalarından yığışdırılıb.

Maraqlıdır ki, hələ bu ilin yanvar ayında vəhşi heyvanlar bazarı bağlanarkən “Beijing News” qəzetində “sıfır xəstə”nin Huan Yanlin adlı bir şəxs olduğu göstərilmişdi. Həmin adam isə Virusologiya institutunun əməkdaşıdır. Lakin institut tezliklə bu xəbəri təkzib edərək Huan Yanlinin hələ 2015-ci ildən burada çalışmadığını və onda heç bir koronavirus tapılmadığını bldirib.//musavat.com


Britaniyalılar koronavirusun Uhandakı laboratoriyadan çıxdığına inanırlar

Britaniyalılar koronavirusun Uhandakı laboratoriyadan çıxdığına inanırlar

Britaniyalılar koronavirusun Uhandakı laboratoriyadan çıxdığına inanırlar


Rubrika.Az
Geri qayıt