Əsas Səhifə > İdman > “Qarabağ”ın Polşa çempionu ilə oyununun başlanma saatı və hakimləri bilindi

“Qarabağ”ın Polşa çempionu ilə oyununun başlanma saatı və hakimləri bilindi


25-09-2020, 11:47
“Qarabağ”ın Polşa çempionu ilə oyununun başlanma saatı və hakimləri bilindi

UEFA Avropa Liqasının pley-off mərhələsində keçiriləcək “Leqiya” – “Qarabağ” oyununun başlama vaxtı və məkanı açıqlanıb.

UEFA-nın saytı xəbər verir ki, matç Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.

Qeyd edək ki, qarşılaşma oktyabrın 1-də Varşavadakı Polşa Ordu Stadionunda keçiriləcək.

Görüşün baş hakimi almaniyalı Tobias Ştiler olacaq. Ona Kristian Qitelman, Rafael Foltin və Daniel Şlaqer kömək edəcək.

Rubrika.Az
Geri qayıt