Əsas Səhifə > Səhiyyə > Rusiyada COVID-19 ilə bağlı yeni rekord qeydə alındı
Rusiyada COVID-19 ilə bağlı yeni rekord qeydə alındı26-11-2020, 15:14 |
![]() Rusiyada COVID-19 xəstələrinin sayı son gündə rekord sayda - 25 487 nəfər artaraq ümumilikdə 2 187 990-a çatıb. Rubrika.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə koronavirusun yayılmasına qarşı mübarizə üzrə operativ qərargahdan məlumat veriblər. Gündəlik yoluxma sayında əvvəlki maksimum artım noyabrın 23-də qeydə alınmışdı; o zaman yoluxma sayı ilk dəfə 25 mini keçmişdi (25 173). Eyni zamanda, ölüm sayında da yeni gündəlik rekord qeydə alınıb: 524 COVID-19 xəstəsinin ölümü təsdiqlənib. Ümumilikdə isə Rusiyada 38 062 nəfər koronavirusun qurbanı olub. Son sutka ərzində Rusiyada 25 073 nəfər sağalıb. Ümumi sağalanların sayı isə 1 685 492 nəfərə çatıb. Rubrika.az Geri qayıt |