Əsas Səhifə > Din > Hüseyniyyə məscidi COVİD-19 virusuna görə bağlanıb - DİN-dən AÇIQLAMA

Hüseyniyyə məscidi COVİD-19 virusuna görə bağlanıb - DİN-dən AÇIQLAMA


5-10-2021, 15:46
Hüseyniyyə məscidi COVİD-19 virusuna görə bağlanıb - DİN-dən AÇIQLAMA

Bakıda fəaliyyət göstərən Hüseyniyyə məscidi bağlanıb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin rəhbəri polis polkovniki Ehsan Zahidov açıqlamasında bildirib ki, təhlillər nəticəsində müəyyən edilib ki, şəhərin bir neçə yerində son günlər COVID-19 virusuna yoluxanların sayı artıb:

“Həmin yerlərdən də birinin Hüseyniyyə məscidi olduğu məlum olub. Buna görə də həmin yerlər, o cümlədən də məscidin fəaliyyəti dayandırılıb. Hazırda orada epidemioloji xidmət tərəfindən müvafiq tədbirlər görülür”.

Rubrika.Az
Geri qayıt