Əsas Səhifə > Din > Millət vəkilindən və Komitədən ehsan açıqlaması

Millət vəkilindən və Komitədən ehsan açıqlaması


12-08-2015, 21:45
Millət vəkilindən və Komitədən ehsan açıqlaması

Azərbaycansayağı dinlə həqiqi islam arasındakı fərqi insanlara dəfələrlə izah etmək lazımdır. Bunu bilmədikcə insanlar cahilliklə ehsanın qarın doldurmaqdan ibarət olduğunu düşünüb israfçılığa davam edəcəklər.

Bu sözləri deputat Fazil Mustafa bildirib. Yas mərasimlərində ehsan israfçılığının hələ də davam etməsinə münasibət bildirən F.Mustafa hesab edir ki, problem artıq dövlətlə bağlı deyil:
“Sırf vətəndaşların düşüncəsindən irəli gələn məsələdir”.(axar.az)
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Səyyad Aran isə Modern.az-a deyib ki, onlar cəmiyyətdən gələn sosial sifariş nəticəsində yas mərasimləri ilə bağlı tövsiyə vermişdilər. Buna bir müddət əməl olunduğunu diqqətə çatdıran S.Aran hazırda yenə əvvəlki kimi yas mərasimlərində isrfaçılığa yol verildiyini təsdiqləyib.
“Biz yenə də həmin tövsiyəmizdə qalırıq və yəqin ki, bunu tədricən həyata keçirməli olacağıq. Bir sıra insannın şöhrət və özünü göstərmək meyli təəssüf ki, hələ də davam edir. Amma bildiyiniz kimi, həm Quranda, həm də peyğəmbərin göstərişlərində dəfələrlə qeyd olunub ki, hüzr məclisi hər hansı adamın maddi baxımdan özünü göstərməsi, nümayiş etdirməsi, süfrəyə zəngin təamlar verməsi düzgün deyil, israfçılıqdır və bu israfçılığı Allah-təala da xoş qəbul etmir”, - deyə komitə sədrinin müavini bildirib.
S.Aran bildirib ki, yas mərasimləri ilə bağlı tövsiyənin məcburi həyata keçirilməsi ilə bağlı əmr və ya hər hansı bir göstəriş ola bilməz.

Geri qayıt