Əsas Səhifə > Gündəm > Zakir Fərəcov bacısı oğlunu Abşerona icra başçısı "təyin edib"..

Zakir Fərəcov bacısı oğlunu Abşerona icra başçısı "təyin edib"..


13-11-2015, 12:39
Zakir Fərəcov bacısı oğlunu Abşerona icra başçısı "təyin edib"..

Yaxud Zakir Fərəcovun kürəkəni MTN-nin Qaradağdakı təşkilatına niyə rəis göndərildi?

Bugünlərdə redaksiyamıza Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcovun Pərvin adlı kürəkəni ilə bağlı maraqlı informasiya daxil olub. Mənbə redaksiyamıza vaxtilə MTN-nin Monitorinq Mərkəzində çlaışan Pərvinin bir sıra iş adamları, eləcə də Xırdalandakı AAAF Park şirkətinin rəhbərlərindən Hacı Tofiq adlı iş adamının Eldar Mahmudov komandasının cənginə verilməsində “böyük əmək” sərf etdiyini bildirib: “Pərvin MTN-nin Monitorinq Mərkəzinin əməkdaşı kimi sabiq MTN rəhbəri Eldar Mahmudovun tapşırığına müvafiq olaraq bir neçə il iş adamları və dövlət məmurlarının telefon danışığının dinlənilməsini həyata keçirib. Pərvinin işi telefon danışıqları əsasında “pullu iş adamlarını” müəyyənləşdirmək, yeni layihələrin reallaşmasına başlayan, hansısa projenin gerçəkləşməsi üçün kapital qoyuluşuna hazırlaşan şəxsləri təsbir etmək və bu barədə rəhbərliyə məlumat vermək idi.
Məhz bu baxımdan bəzi iş adamları ilə yanaşı, həmin vaxt Abşeronda icra başçısı işləyən Zakir Fərəcovun da “sözünə baxmayan” AAAF Park şirkətinin rəhbəri Tofiq Heydərovu da diqqət mərkəzində saxlayan Pərvin, telefon danışıqlarına əsasən Hacı Tofiqdən milyonlarla manat pul almağın mümkünlüyünü müəyyənləşdirir.(cumhuriyyet)Bu barədə dərhal rəhbərliyi məlumatlandırır. Bundan sonra hərəkətə keçən əməliyyatçılar Hacı Tofiqi MTN zirzəmisinə gətirərək ona qarşı əsassız ittihamlar irəli sürür ki, bu ittihamlar arasında müxtəlif dini cərəyanlara maddi yardım göstərmək, silah qaçaqmalçılığı ilə məşğul olmaq və s. kimi ciddi suçlamalar yer alır. Sabiq MTN rəhbərliyinin şərindən qurtulmağın qeyri-mümkün olduğunu anlayan, pul verməyəcəyi təqdirdə azadlığından məhum olacağını başa düşən Hacı Tofiq, məcburiyyət qarşısında “qanun keşikçilərinin” qanunsuz tələbini qəbul etməyə məcbur olur. Heç bir qanunazidd əmələ yol vermədiyi halda, sabiq MTN rəhbərliyinə 3 milyon manat pul verən Hacı Tofiq, yalnız bundan sonra MTN zirzəmisindən gün işığına çıxa bilir”.
Mənbənin redaksiyamıza bildirdiyinə görə, Pərvin məhz E.Mahmudova şəxsi sədaqət hissinə görə, bəlli bir müddətdən sonra MTN-nin Qaradağ Rayon Təşkilatının rəhbəri vəzifəsinə gətirilir: “MTN-nin Monitorinq Mərkəzindəki “uğurları” ilə E.Mahmudovun rəğbətini qazanan Pərvin, sabiq nazirə sədaqətinə görə nazirliyin Qaradağ Rayon Təşkilatının rəisi vəzifəsinə təyin olunur. Yeni vəzifəsinə gəlişini buradakı daş karxanalarını ələ keçirməklə elan edən Pərvin, qısa müddətdən sonra əsl “karxanalar kralı”na çevrilir. Adi tikinti daşından tutmuş aqlay daşlarına qədər bir neçə daş karxanasına sahiblənən Zakir Fərəcovun kürəkəni, digər karxana sahiblərini də diqqətdən kənarda qoymur. MTN yetkilisi onlara başa salır ki, hər kimsə dinc və sakit yaşamaq, MTN zirzəmisində gecələmək istəyirsə, o zaman onu vaxtı-vaxtında “görməlidir”. Bir sözlə, bu gün Qaradağda E.Mahmudovun Pərvin adlı kadrının tam və şəriksiz ağalığı hökm sürür və çox güman ki, “MTN işi”ni araşdıran istintaq qrupu bu məsələni araşdıracağı təqdirdə məlum iddiaları təsdiq edəcək digər maraqlı faktlar da əldə edəcək”.

rublika.az
Geri qayıt