• Kərimovların “Baku Bus”da şok ailə biznesi

    Kərimovların “Baku Bus”da şok ailə biznesi

    Bakının Hövsan qəsəbəsi sakini Namiq Bəşirov prezidentə müraciət edib.

    Qəsəbə sakini "Baku-Bus” MMC-də qanunsuzluqlardan yazıb.

    Onun sözlərinə görə, şirkət Kərimovlar ailəsinin şəxsi obyektinə çevrilib: "Çünki şirkətin direktor müavini Vüsal Kərimli Lənkaran-Masallı zonasında qohum-əqrəba qoymayıb, hamısını gətirib doldurub bu şirkətə. Hərəsinə də bir vəzifə verib.(təzadlar.az)

    Düzdür, şirkətin direktoru Nəcəf Məlikovdur. Allah xatirinə desək, pis adam deyil. Ancaq şirkətə faktiki rəhbərliyi demək olar Vüsal Kərimli həyata keçirir. O, kimi istəsə işdən çıxara bilər, kimi istəsə işə götürə bilər.

    Ümumiyyətlə, Kərimovlar bu şirkətdə hegemonluq edirlər. Əmisi oğlu Amil Kərimov şirkətin Mühafizə və Nəzarət Departamentinin koordinatorudur. Kərimov Camal Ziyad oğlu yaxın qohumu sayılır. Onun əvvəlki vəzifəsi Qaraj və Təsərrüfatı İdarəetmə şöbəsinin rəisi olub.

    V.Kərimli əmisi qızı olduğu üçün Məhərrəmova Zəminə Naib qızının İnsan Resursları üzrə şöbə müdiri təyin edilməsinə nail olub. V.Kərimlinin sinif yoldaşı Fərid Əsədli şirkətdə "İTT” adlanan şöbənin müdiridir.

    V.Kərimlinin əmisi oğlu Amil Kərimovun qaynı Röyal Hüseynov mühafizə xidmətində işləyir. Vüsal Kərimlinin qohumu və ən yaxın adamı olan Anar Abdullayev heç bir bacarığı olmadan dispetçer şöbəsində oturub əmək haqqı alır. Bacısı qızı Amaliya xanım V.Kərimlinin katibəsi işləyir.
    Mətbuat xidmətinin rəhbəri Nuridə Allahyarova V.Kərimlinin yerlisi və qohumudur”.

    Müəllif qeyd edib: "Kərimlinin şirkətdə belə qohumları çoxdur, lakin hamısını hələ dəqiqləşdirə bilməmişik. "Korrupsiyaya Qarşı Mübarizə Haqqında” qanunun 7-ci maddəsinə görə rəhbər şəxsin tabeliyində qohumları rəhbər vəzifələrdə işləyə bilməz.

    Ancaq görünür bu qanun "Baku-Bus” MMC-nin direktor müavini Vüsal Kərimli üçün keçərli deyil. Ona görə də müxtəlif vəzifələrə qohumlarını təyin etdirib, bizim kimi mütəxəsissləri və digər peşə işçilərini kənarlaşdırıb.

    Mən 5 aydır bu şirkətdə mühafizə xidmətində işləyirdim. Ancaq neçə vaxtdır şirkətin yaranmasına baxmayaraq, hələ də mühafizəçilər üçün xidməti təlimat hazırlanmayıb. Ona görə də, mühafizəçi bu şirkətdə həm mühafizə, həm dispetçer, həm mexanik və digər özünə aid olmayan funksiyalar yerinə yetirməyə məcburdur.

    Avtobuslar axşam parka qayıdarkən gün ərzində onların maşının nə vəziyyətdə olduğunu, əzilib-əzilməməsini, nasazlığın olub-olmamasını, səhərlər isə marşuruta çıxarkən sürücülərin sənədlərinin yoxlanılması xidmətlərini mütəxxəssislər deyil, mühafizəçilər yerinə yetirir.

    Bu gün də işçilər heç bir sərəncamsız, əmrsiz işləyirlər. Yəni onlarla müvəqqəti müqavilə bağlanıb. Bu müqavilələri isə hərbi sirr kimi bizdən qoruyurlar. Heç bir işçiyə müqavilənin bir nüsxəsi verilmir”.

    Şikayətçi deyib: "Əmək haqqı bizə 420 manat nəzərdə tutulub. Buna baxmayaraq, biz yalnız mühafizə üçün nəzərdə tutulan 350 manat məbləğində əmək haqqı alırıq. Qalan pulların hara getdiyini heç kəs bilmir. Oktyarbın 24-də şirkət işçilərinin hər birinə maaşın 150 faizi həcmində (1,5 dəfə) bayram hədiyyəsi pulu verildi.

    Bizim maaşımız 350 manat olduğuna görə bayram pulu 525 manat edirdi. Ancaq bəzi mühafizəçilərin pulu V.Kərimlinin əmisi oğlu Amil Kərimov tərəfindən kəsilərək, bir "oklad” səviyyəsində qaldı.
    Mühafizəçilər 525 manatın əvəzinə 325 manat aldılar. Daha doğrusu onlar 3 gün 350 manatı götürmədilər ki, pulun hamısı verilsin. Ancaq A.Kərimov birmənalı olaraq bildirdi ki, alsanız da budur, almasanız da”.

    Şikayətçi yazıb: "Vüsal Kərimlidən soruşmaq lazımdır ki, dövlət müəssisəsində direktor müavini olan bir adamın əmək haqqına aşağıdakı maşınları almaq olarmı? Deməli, "Porşe” markalı, "Audi A-8” markalı bahalı maşınlar hansı pullarla alınıb?

    Həm xidməti maşını olan "Hondo” markalı, həm də yuxarıda göstərdiyimiz maşınların hamısının dövlət nömrə nişanı 111-dir. Bu nömrələrin də qiyməti yəqin ki, hamıya məlumdur. Əlbəttə, Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin əməkdaşları maraqlansalar, bu pulların mənbəyini taparlar”.

    RUBLİKA.AZ


    Facebook-da paylaş