• "Kristal Abşeron" müştəriləri necə aldadır və soyur?

    "Kristal Abşeron" müştəriləri necə aldadır və soyur?

    Tovuz rayon sakini Samir Eldar oğlu Verdiyev “Kristal Abşeron” şirkətinin onu aldadaraq, gərəkdiyindən çox pul ödətdiyini yazıb. 2014-cü ildə bu şirkətin Xırdalanda tikdiyi binalarda kreditə ev satışı ilə bağlı reklamını televiziya ekranlarından izləyən S.Verdiyev mənzil üçün “Kristal Abşeron”a müracət etdiyini, 62 kvadrat metrlik ikiotaqlı mənzilin 53 min manata alqı-satqısını razılaşdırdıqlarını bildirir.

    Ünvanlanan məktubda qeyd edilir: "“Kristal Abşeron”la müqavilə bağlayarkən, alıcı qismində həyat yoldaşım Türkan Elman qızı Müseyibovanın adı qeyd olunub. Razılaşmışdıq ki, 15 min manatı ilkin ödəniş olaraq keçirəcəm, qalan 38 min manatı isə 12 ay ərzində Azərbaycan Beynəlxalq Bankına kredit kimi ödəyəcəm. Müqavilə bağlandıqda mənə bildirdilər ki, banka gərək yoxdur və pulu aybaay onların ofisində ödəməliyəm. Bundan başqa, mənim sadəlövhlüyümdən istifadə edərək inandırdılar ki, müqavilədə məbləği 72 min dollar göstərəcəyik, amma sən manatla ödəyəcəksən. Beləliklə, “Kristal Abşeron” qanunsuz olduğu halda, mənə dollarla alqı-satqı müqaviləsi imzalatdırmış, borcumu tam ödədiyim halda isə yeni məzənnə ilə daha çox pul ödəməyi tələb edir”.i (qafqaznews.az)

    S.Verdiyev yazıb ki, müqavilə imzalandıqdan sonra 4 ay ərzində hər ay 3190 manat olmaqla, ödənişi vaxtlı-vaxtında şirkətin Xırdalandakı ofisinə keçirib: “2015-ci ilin fevral ayındakı birinci devalvasiyadan sonra mənə dedilər ki, artıq hər ay 3190 yox, 4290 AZN kredit ödəməliyəm. Həmin vaxtdan sonra, mən 7 ay ərzində hər ay 4290 AZN dəyərində ödəniş etdim, lakin bir neçə gün gecikmələri bəhanə edərək, məndən bir dəfə 177 AZN, bir dəfə də 100 AZN dəyərində “gecikmə” cəriməsi aldılar. Halbuki, aldığım qəbzləri bank vermirdi. Bundan əlavə, şirkət özünün mənzili gec təhvil verməsini də nəzərə almır, amma vətəndaşla hər günün hesabatını aparır”. Vətəndaşın sözlərinə görə, növbəti devalvasiyadan sonra isə “Kristal Abşeron” ondan soununcu ayın ödənişini 6378 AZN həcmində keçirməyi tələb edib. S.Verdiyev bu məbləği ödəməkdən imtina etdikdə isə ona deyiblər ki, “borcunu tam ödəməsə, mənzilini ala bilməyəcək”. S.Verdiyev vurğulayır ki, dövlət başçısı İlham Əliyevin göstərişinə baxmayaraq, sözügedən binaların inşaatında tezyanan materiallardan istifadə olunub və bununla da şirkət vətəndaşların nəinki artıq pulunu alır, həm də insanların həyatını təhlükəyə atır.

    "Kristal Abşeron" müştəriləri necə aldadır və soyur?

    "Kristal Abşeron" müştəriləri necə aldadır və soyur?

    Şikayətçi müqavilənin 2014-cü il may ayında bağlandığını və müqaviləyə görə, şirkətin mənzili ən gec 12 ay ərzində təhvil verməyi öhdəsinə götürdüyünü qeyd edib: “Öhdəlik müddətindən çoxdan keçib, mənzili hələ indi və səhlənkar şəkildə “təmir olunmuş” halda təhvil verirlər, ona görə də, devalvasiyanın “fəsadlar”ını mənim boynuma qoymağa çalışırlar. Satış müdiri Azər müəllimlə də görüşdüm, dedi ki, müqavilədə necə (xarici valyuta ilə) göstərilibsə, ödənişi də o cür, sona qədər ödəməliyəm. Şirkətin “Facebook” səhifəsində də reklamların manatla edildiyi halda, müştərilərə xarici valyuta ilə müqavilə imzalatdırmaq qanunsuzluqdur. Mən hüquqlarımı bilmədən o müqaviləni səhvən imzalaya bilərəm, amma dövlətin qanunlarından, imkanlarından yararlanan bir şirkətin vətəndaşları bu cür aldatması yolverilməzdir. Mən o şirkətə borcumu çoxdan ödəyib bitirmişəm. Sadəlövhlüyümdən istifadə edərək məni aldadıblar, indi isə artıq pul tələb edirlər. Həmçinin, Mərkəzi Kredit Reyestrində qeydiyyatı olmayan bir şirkətin vətəndaşlara kredit verməsi, mənzil satışını xarici valyuta ilə aparması, üstəlik də “gecikmə” faizləri tələb etməsi qanunsuzdur. Məndən daha 6378 manat pul tələb edirlər, yoxsa, mənzilimi verməyəcəklər. Sizdən xahiş edirəm, bu məsələni işıqlandırmaqda və hüquqlarımın qorunmasında mənə dəstək verəsiniz”.

    S.Verdiyev Fövqəladə Hallar Nazirliyinə də müraciət etdiyini, binanın təhlükəsizlik baxımından bir daha yoxlanılmasını tələb etdiyini bildirib.

    Mövzunu diqqətdə saxlayacağıq.
    P.S. Qarşı tərəfin də mövqeyini dinləməyə hazırıq.

    RUBLİKA.AZ


    Facebook-da paylaş