Azərbaycan millisinin 2016-cı ildə ilk rəqibi müəyyənləşib
Azərbaycan millisinin növbəti rəqibi müəyyənləşib.
Məlumata görə, yığmamız 2016-cı ildəki ilk matçını Qazaxıstana qarşı keçirəcək.
Bu matç Türkiyənin Antalya şəhərində keçiriləcək təlim-məşq toplanışı çərçivəsində baş tutacaq. Robert Prosineçkinin yetirmələri Qazaxıstan millisi ilə martın 26-da qarşılaşacaq.(apasport)
Oyunun başlama vaxtı və matçın keçiriləcəyi stadion yaxın günlərdə müəyyənləşəcək.
Qeyd edək ki, millimiz martın 21-dən 27-dək Antalyada təlim-məşq toplanışında olacaq.
rublika.az
Facebook-da paylaş