• Ağcabədidə məmur və prokurorun RÜŞVƏT ORTAQLIĞI

    Ağcabədidə məmur və prokurorun RÜŞVƏT ORTAQLIĞI

    “Ağcabədi prokuroru məndən yuxarı ötürmək üçün rüşvət istədi. Prokuror və idarə rəisi Əli Əliyev əlbirdir”

    Ağcabədi rayonundan şikayətçi Eldar Əhmədov yenidən redaksiyamıza həm yazılı, həm də video müraciət formasında müraciət ünvanlayıb. Həmin müraciəti olduğu kimi diqqətinizə çatdırırıq:
    “Ağcabədi rayonunda problemlər bitib-tükənmək bilmir. Baş verən problemlərin cox cüzi hissəsi obyektiv səbəblərdən olsa da əksər problemləri rayonda vəzifə başında əyləşmiş acgöz məmurlar yaradırlar. Bütün qanunsuzluqların, bürokratik əngəllərin başında rayon icra hakimiyyətinin başçısı Şahin Məmmədovun dayandığını sübut edən kifayət qədər yazılı və video müraciətli materiallarla əlaqədar qurumlara təqdim edərək çözülməsini kiv olaraq tövsiyyə etmişik. Ancaq baş verənlər isə başqa məqamlardan xəbər verir. Şahin Məmmədovun üzərində olan güclü əl kimindir? Bu sual bizi əsla maraqlandırmır. Çünki ölkədə baş verən qanunsuzluqların aradan qaldırılması işinə cavabdeh instansiyalar var. Zəhmət çəkib onlar bu özbaşınalıqların önünə sədd çəksinlər. Biz isə KİV olaraq onlardan fərqli yöndə, öz işimizə vicdanla və operativ yanaşıb baş verənləri ictimailəşdirməklə məşğuluq. Eldar Əhmədovun müraciətini dəyərli oxucularımızın diqqətinə təqdim edirik. Mən Əhmədov Eldar Əli oğlu. Ağcabədi şəhəri Hüsü Hacıyev küçəsi 118-nömrəli evdə yaşayıram. Əvvəllər partiya, həmkərlar ittifaqı, komsomol, təsərrüfat təşkilatlarında çalışmışam. Qarabağ müharibəsində gedən döyüşlərdə iştirak etmişəm. Mən ölkəmizdə gedən müəyyən tədbirləri bəyənirəm. Mən Heydər Əliyevin fanatikiyəm, onun fanatı olmuşam, həmişə də onun ruhu qarşısında baş əymişəm. Ancaq mən bu gün istəyirəm ki, mənim səsim İlham Əliyevə və ölkənin baş prokuroru hörmətli Zakir Qaralova çatsın. Mən 27 noyabr 2014-cü ildə Tərtər rayonunda oldum. Burada mən baş prokurora Ağcabədi rayonunun su idarəsinin rəisi Əliyev Əli Qaryağdı oğlunun qanunsuz əməlləri və vəzifəsindən sui-istifadə etməsi, eyni zamanda dövlət büdcəsindən 5 milyon manatdan artıq büdcə vəsaitinin mənimsənilməsi barəsində məlumat verdim. Baş prokuror mənə tapşırıq verdi ki, əlavə məlumat və faktlar varsa toplayarsan və rayon prokurorluğuna təqdim edərsən. Mən də əlavə olaraq faktları toplayaraq Ağcabədi rayon prokurorluğuna təqdim etdim. Mənim bu hərəkətim onlara xoş getmədi. Əsas da bu əməlim haqqında söz açılan Əli Əliyevə xoş təsir bağışlamadı. Ona görə də Əli Əliyev rayon prokurorunu ələ alaraq, 26 mart 2015-ci il tarixində, iş günü olmamasına baxmayaraq mənə qarşı cimayət işi açdılar və üzümə durdurmaq üçün 5 nəfər adamı öyrədərək təlimatlandırdılar. Bu işə Ağcabədi rayon polis şöbəsi baxdı və 30 iyun 2015-ci il tarixində işə xitam qərarı verdi. Həmin qərarda polis göstərmişdir ki, həmin şəxslər uydurmadır. Həmin şəxslər Sahibə Cəfərova, bu qadını Əli Əliyevin iştirakı ilə polis mayoru təlimatlandırıb. Başqa birisi Əli Əliyevin işçisi olan Füzuli Cəfərovdur. Bu şəxsi də Əli Əliyev öyrədib. Başqa bir nəfər də Tapdıq İmanovdur. Bu Quliyev Qurbəndə Talış oğluna kəhrizdən pul verilib. Məhz onun əsasında öyrədilmiş şəxslərdir. Ona görə də işə 30- iyunda xitam qərarı verildi. Sübut olundu ki, bütün bunlar mənə qarşı böhtan, uydurma və qanunsuz əməllərdir. Bu böhtan kompaniyası bir müddət sonra yenidən üzərimə hücuma keçdi. Əli Əliyev rayon prokuroru ilə birlikdə, mənə yenidən ittiham elan etdilər. Həmin zamanda mənim yaxın qohumun rəhmətə getdiyi üçün mən uzun müddət ortalıqda deyil, yas mərasimində olmuşam. Prokuror və Əli Əliyev cütlüyü Noyabr ayının 10-dan sonra mənə qarşı qanunsuz, əsassız və uydurma ittiham aktı hazırlamışlar. Onların mənim barəmdə bir məqsədləri var. Məni həbs elətdirmək və Əli Əliyevin cinayət əməllərini bir daha yazmamağım üçün, məni həbsxanada fiziki cəhətdən məhv elətdirmək. Budur onların məqsədi. Əli Əliyev görünür prokurora əməlli-başlı rüşvət verib. Buna görə də mən ölkəmizin prezidenti cənab İlham Əliyevə, baş prokuror cənab Zakir Qaralova müraciət edirəm. Mən bu barədə cənab prezidentə yazılı müraciətdə dediyim bu faktları yazmışam. Mən cənab prezidentə yazaraq bildirmişəm ki, rayon prokuroru, iyul ayının əvvəlində günün ikici yarısında məni iş otağına çağıraraq dedi ki, bu işə xitam verilibsə də bunu yuxarıda bağlatdırmaq üçün müəyyən qədər vəsait lazımdır. Mən həmin vəsaiti tapıb prokurora verə bilmədiyimə görə, mənə qarşı yenidən əsassız, uydurma ittiham elan ediblər. Mən həmin işləri izah etmək üçün 25 vərəqdən ibarət iki üzlü qoşa vərəqlərdə baş verənləri detallı şəkildə yazaraq hörmətli Ramiz Mehdiyevə və hörmətli Zakir Qaralova ünvanlamışam. Mən bu faktları ədliyyə naziri cənab Fikrət Məmmədov Ağdam şəhərində vətəndaşları qəbul edəndə ona şəxsən təqdim etmişəm. Mən Fikrət müəllimin diqqətinə çatdırdım ki, idarə rəisi Əli Əliyev mənə yaşamağa imkan vermir, məni təqib edir. Mən əslində proseslərdən qaçmıram. Əgər mənə qarşı ittiham elan edilibsə bunu əsaslandırmaq lazımdır. Bununla məni 7-ci dəfədir ki, Ağcabədi rayon məhkəməsinə çağırırlar. Şahidlər, sübutlar qondarma, uydurma olduğu üçün heç bir iş görə bilmirlər. Bu yolla onlar məni susdurmaq istəyir, mənim şəxsiyyətimi alçaltmaq istəyirlər. Mən bir daha kiv-vasitəsi ilə xahiş edirəm ki, mənim bu məsələm bütün kiv-lərdə dərc edilsin və haqq səsimin ölkə prezidentinə çatdırılması təmin edilsin. Demək istəyirəm ki, hökumətimiz hazırda maliyyə çatışmamazlığı ilə bağlı xarici dövlətlərdən pul borca almaq istəyir. Əgər Ağcabədidə Əli Əliyevin əmlakı yoxlanarsa, onun uzun illər dövlətin on milyonlarla dövlət vəsaitlərini oğurlayaraq özününküləşdirməsi ortaya çıxar. Bu pullar geri dövlət büdcəsinə qaytarılarsa, bu vəsaitlərlə hökumətimiz böyük bir problemi həll etmiş olar”.

    rublika.az


    Facebook-da paylaş