• "Azərbaycanı böhrandan yalnız azad sahibkar çıxara bilər" - Qubad İbadoğlu

     "Azərbaycanı böhrandan yalnız azad sahibkar çıxara bilər" - Qubad İbadoğlu

    İqtisadçı-alim Qubad İbadoğlu özünün facebook səhifəsində yeni məqalə ilə çıxış edib.

    Həmin məqaləni təqdim edirik:

    Hökümətin qarşısında duran əsas və həlli vacib olan vəzifə biznesə dəstək olmaqdır. Azərbaycanı böhrandan yalnız azad sahibkar çıxara bilər.

    Bü gün Azərbaycan iqtisadiyyatında böhranı xarakterizə edən ən başlıca tendensiya ölkədə işgüzar fəallığın aşağı düşməsi, iş yerlərinin bağlanması və istehlak qiymətlərin bahalaşmasıdır. Azad sahibkarlıq fəaliyyətinə tənzimləyici və nəzarətedici dövlət orqanlarının haqsız və yersiz müdaxilələrinin davam etməsi, onlara səmərəli maliyyə-kredit xidmətlərinin göstərilməməsi və ədalətli rəqabət mühitinin olmaması səbəbindən ölkədə biznesin cari fəaliyyəti pisləşir və perspektivləri tutqun görsənir. Bu ərəfədə hökümətin qarşısında duran və həlli vacib olan əsas vəzifə hədəfi yeni iş sahibkarlıq islahatlarına başlanılmalıdır. Sahibkar üçün lazım olan ən başlıca şərt öz malına sərbəst qiymət qoyub, onu azad şəkildə satmaqdır.(musavat)

    Dövlət idarəetməsində struktur dəyişiklikləri, bəzi qurumların ləğvi və yenidən təşkili dövlət vəsasitlərindən qənaətlə istifadəyə və səmərəli tənzimləmə mexanizmlərinin yaradılmasına xidmət etsə də, bu gözlənilən böhranı qabaqlamaq üçün kifayət etmir. Çünki yalnız bunlarla gündən-günə azalan biznes subyektlərinin, bağlanan iş yerlərinin, artan qiymətlərin qarşısını almaq mümkün olmayacaq, ən yaxşı halda bu, vaxtilə şişirdilmiş dövlət xərclərinin və şişman dövlət aparatının saxlanmasına yönələn vəsaitlərin optimallaşdırlmasına gətirib çıxaracaq. Bu da əhəmiyyətlidir. Lakin bununla yanaşı hökümət təcili olaraq Azərbaycan Demokratiya və Rifah Hərəkatının hazırladığı Tədbirlər Paketində nəzədə tutulan aşağıdakı istiqamətlərdə sahibkarla dəstək verməlidir:

    - İdxalı əvəz edən yerli istehsal sahələrinin və onların ixrac potensialının müəyyənləşdirilməsi üçün klaster yanaşması üzrə dəstək proqramları hazırlanmalı;

    - Sahibkarları müasir bazar konyukturasında rəqabət aparmasına yardım etmək üçün biznes inkişaf xidmətlərini genişləndirməli;

    -Xarici bazarlara mal və xidmət çıxaran sahibkarlar üçün stimullaşdırıci ixracat paketləri hazırlanmalı və onların xaricdəki tanıtım fəaliyyətlərinə, yatırımlarına dövlət dəstəyi göstərilməli;

    - Yeni yaranan və ya mövcud olan sahibkarlıq subyektlərinin əlavə yatırdığı sərmayələr üçün təşviq planları hazırlanmalı;

    - Xarici investisiyaların cəlbi məqsədilə milliləşdirmə, özgəninkiləşdirmə və oxşar nəticələrə gətirib çıxaran hər hansı digər tədbirlərin görülməyəcəyinə və bu cür şəraitin yalnız milli təhlükəsizlik səbəblərindən zəruri olduğu hallarda ədalətli kompensasiyanın təmin ediləcəyinə zəmanətlər verilməli;

    - Viza və miqrasiya siyasətinə yenidən baxılmalı və viza rejimi, xüsusilə də iş vizası liberallaşdırılmalı;

    - Qanunla tələb olunan vergilərin və rüsumların ödənilməsindən sonra sərəncamda qalan mənfəətin xarici valyutada sərbəst və maneəsiz köçürmək üçün məhdudiyyətlər aradan qaldırılmalı;

    -İstehsalçının buraxdığı məhsullara dair beynəlxalq standartlara uyğun keyfiyyət və mənşə sertifikatlarının mərkəzləşdirilmiş şəkildə gömrük orqanlarına təqdim olunması, eləcə də ölkələr arasında standartların qarşılıqlı formada tanınması ilə həmin məhsulların idxalını həyata keçirən şirkətlər müvafiq sənədləri təqdim etmək tələbindən azad edilməli;

    -Yerli məhsulların ixracı zamanı mənşə, keyfiyyət sertifikatlarının və təsdiqedici kod nömrəsinin verilməsi asanlaşdırılmalı;

    -Sahibkarlara uzunmüddətli və güzəştli kreditlərin verilməsi sadələşidirlməsi və bu sahədə şəffaflıq artırılmalıdır.

    rublika.az


    Facebook-da paylaş