Azərbaycanda işsizlərə verilən pul artırıldı
Nazirlər Kabineti Azərbaycanda işsizlərə verilən müavinəti artırıb.
Nazirlər Kabineti “İşsizlik müavinətinin və peşə hazırlığı, yenidən hazırlıq və ixtisasartırma dövründə vətəndaşlara verilən təqaüdün minimum məbləğinin təsdiq edilməsi haqqında” qərarında dəyişikliklər edib.
Bu barədə Baş naziri Artur Rasi-zadə qərar imzalayıb.
Məbləğ 20 manat artırılıb. Qərarda deyilir:
""İşsizlik müavinətinin və peşə hazırlığı, yenidən hazırlıq və ixtisasartırma dövründə vətəndaşlara verilən təqaüdün minimum məbləğinin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 23 iyun tarixli 86 nömrəli qərarının 1-ci hissəsində hər iki halda "55 (əlli beş)" sözləri "75 (yetmiş beş)" sözləri ilə əvəz edilsin".(ans)
Bu qərar 2016-cı il fevralın 1-dən qüvvəyə minir.
rublika.az
Facebook-da paylaş