• Lerikin “buxalter”, bankir, məscid sökən icra başçısının yeni bazarı: 1 ştat 500 manat

    Lerikin “buxalter”, bankir, məscid sökən icra başçısının yeni bazarı: 1 ştat 500 manat

    Son vaxtlar əksər icra hakimiyyətlərində sahibkarlara dəstək verilməsi, yeni iş yerlərinin açılması, bir sözlə mövcud iqtisadi çətinliklər şəraitində vətəndaşların sosial narazılıqlarının baş qaldırmaması üçün bir çox tədbirlər görülür.

    Belə bir şəraitdə Lerik rayonu ilə bağlı yayılan məlumatları təəccüb və təəssüflə qarlşıadıq. Məsələ burasındadır ki, Lerik rayonunda vətəndaşların iş yerləri ilə təmin olunması üçün rayonun elektirik, qaz, komoxoz və yaşillaşma idarələrinə əlavə 40-ə yaxın ştat göndərilib. Amma rayon rəhbərliyi yeni ştatlara işə qəbulu özü üçün əlavə qazanc mənbəyinə çevirib.
    Məsələ ilə bağlı yayılan məlumatlarda bildirilir ki, Lerikdə vətəndaşlar üçün nəzərdə tutulan iş yerləri satışa çıxarılıb. Bütün bunların təşkilatçısı kimi Lerik Rayon İcra Hakimiyyəti başçısı Rövşən Bağırovun göstərişi ilə icra başçısının birinci müavini Baxşiyev Cəlil Yüzbaşı oğlu olduğu bildirilən həmin məlumatı cumhuriyyet.az olaraq olduğu kimi diqqətinizə çatdırırıq: “Yeni açılan iş yerlərinə qiymət qoyulub. 40-a yaxın ştatın hər biri 500 manat civarında dəyərləndirilir. Onu da bildirək ki, yeni iş yerlərinin hər birinin əməkhaqqısı orta hesabla 300 manatdır”. İddialara görə, vətəndaşlardan tələb olunan rüşvət verilmədiyi halda məşqulluq və icra hakimiyyətinin yolunda gedib gəlməklə kifayətlənəcək.
    Onu da bildirək ki, Lerik rayon icra başçısı dəfələrlə qalmaqallı olaylarla bağlı medianın gündəminə gəlib. Lerikin icra başçısı Rövşən Bağırov haqqında cumhuriyyet.az olaraq topladığımız məlumatları da diqqətinizə çatdırırıq:
    Rövşən Bağırov 1966-cı ildə Bakı şəhərində anadan olub, 1983-1990-cı illərdə Azərbaycan Xalq Təsərrüfatı İnstitutunda qiyabi təhsil alıb. Hər halda, məntiqlə yanaşsaq, Bağırov ali məktəbin qiyabi şöbəsini bitirib. Çünki istər indi, istər sovet dövründə ali tibb təhsili istisna olmaqla, heç bir təhsil ocağında əyani təhsilin müddəti yeddi il deyil. Hətta qiyabi təhsil belə maksimum altı il olub.
    R.Bağırov 1983 – 1985 – ci illərdə Əzizbəyov adına Neft-Kimya İnstitutu, “Əməyin mühafizəsi” kafedrasında preparator, 1985 – 1987 – ci illərdə Sovet Ordusu sıralarında bölmə komandiri, 1987 – 1989 – cu illərdə Neft-Kimya İnstitutu, “Əməyin mühafizəsi” kafedrasında laborant, 1989 – 1990 – cı illərdə Neft-Kimya İnstitutunda mühasib, 1990 – 1991 – ci illərdə Azərbaycan LKGİ MK-nın Gənclərin və Tələbələrin Respublika Qərargahında təlimatçı, 1991 – ci ildə “Gənclik” Sovet Türkiyə müştərək müəssisəsində baş mühasib 1991 – 1992 – ci illərdə “Amal” kiçik müəssisəsində baş mühasib, 1992 – 1994 – cü illərdə Səbayıl Rayon Əhalinin Məşğulluq Mərkəzində baş mühasib, 1995 – 1996 – cı illərdə “Elmarbank” Səhmdar Kommersiya Bankında kredit şöbəsinin müdiri, 1994 – 2003 – cü illərdə “Debut” Səhmdar Kommersiya Bankının “Sahil” filialında şöbə müdirinin müavini, 2003 – 2006 – cı illərdə “Bakı yoltikintiservis” Açıq Tipli Səhmdar Cəmiyyətində baş mühasib, 2006 – 2007 – ci illərdə “Sənaye Tikinti Servis” Məhdud Məsuliyyətli Cəmiyyətinin sədri vəzifələrində çalışıb.
    Yəni icra başçısı olana kimi R.Bağırovun çalışdığı ən böyük vəzifə elə baş mühasiblik olub. Səkkiz ildən artıqdır ki, Lerikin icra başçısı olan Rövşən Bağırov bu müddət ərzində rayon ərazisində bir neçə istirahət mərkəzi, ticarət obyektləri tikdirib. İcra başçısına məxsus bu obyektlərin demək olar ki heç biri onun öz adına deyil. Bir sözlə, R.Bağırov Azərbaycanın maddi baxımdan ən imkanlı icra başçılarından hesab olunur. Belə ki, Bağırov Səbail rayonu “Dostluq” parkı ərazisinin bir hissəsində qanunsuz tikilən və ölkə prezidenti İlham Əliyevin göstərişi ilə sökülən villalardan birinin sahibiymiş. Hər halda belə bir yerdə yer almaq və üstəlik villa tikmək üçün ən azı milyonlara sahib olmaq lazımdır. Düzdür, icra başçısı belə bir villasının olduğunu təkzib edib. Ancaq icra başçısı savadlı olmasa da, ağıllı insandır və başa düşür ki, sözügedən xəbəri təsdiqləmək ona nəyin bahasına başa gələrdi.
    İcra başçısının Səbaildə iki milyonluq villasının olması ilə bağlı yazılanları inandırıcı edən başqa bir məqam ondan ibarətdir ki, R.Bağırov uzun müddət Səbail rayon ƏSSM-də baş mühasib işləyib. R.Bağırov İslami inanclara hörmətsizliyi ilə də Lerikdə ad çıxarıb. Belə ki, bir müddət öncə Peşkətürk kəndinin məscidini sökdürən icra başçısı Züvüç kənd sakini Şahbəyim Ağayevanın vəfat etməzdən öncə evinin məscid kimi istifadə edilməsi barədə vəsiyyətinə də məhəl qoymayıb və həmin ev müəmmalı şəkildə başqa bir şəxsə satılıb.

    Mövzunu diqqətdə saxlayacağıq.

    rublika.az


    Facebook-da paylaş