«Xəzər İnşaat XXI əsr» tikinti şirkətindən - ŞİKAYƏT
Bu şirkətə məxsus ağır tonnajlı yük maşınları Yeni Günəşli qəsəbəsinin yollarını dağıdır Paytaxt ərazisində hündürmərtədəli binaların tikintisi ilə məşğul olan «Xəzər İnşaat XXI əsr» şirkəti ilə bağlı şikayət daxil olub.
Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsinin bir qrup sakini saytımıza müraciətində bildiriblər ki, bu şirkətin yarıtmaz fəaliyyəti nəticəsində qəsəbənin daxili yolları bərbad hala düşüb:
«Məlumat üçün demək istəyirik ki, adıçəkilən şirkət artıq bir neçə ildir ki, «D» yaşayış sahəsində yaşayış komplekslərinin tikintisini həyata keçirir. Şirkət tikinti işlərinə başlayan gündən rahatlığın nə olduğunu bilmirik. Gecə demirlər, gündüz demirlər, günün bütün saatlarında texnika işlədirlər. Ağır tonnajlı yük maşınları ev 16, 17, 18 və 24-ün arxa tərəfindən keçən yolları bərbad hala salıb. Yağış yağanda dağılmış yollarda gölməçə əmələ gəlir və maşınlar ora düşür. Bu vəziyyətlə bağlı dəfələrlə şirkət rəsmilərinə müraciət etmişik. Hər dəfə bizi acılayıb, təhqir edib yola salıblar. Dərdimizi kimə deyəcəyimizi bilmirik. Sizin vasitənizlə Suraxanı Rayon İcra Hakimiyyətinin rəsmilərinə müraciət edib kömək istəyirik.(gundelik-baku)Əgər bu şirkətin rəhbər işçilərinin barəsində tədbir görülməsə, qəsəbəmizin yolları tamamilə dağılıb sıradan çıxacaq». Şikayətlə bağlı şirkət rəhbərliyindən münasibət öyrənməyə çalışsaq da, cəhdlərimiz uğursuz oldu.
Qeyd edək ki, qəsəbə sakinləri bizi sözügedən ərazidən reportaj hazırlamağa dəvət etdilər. Sakinlərin xahişini nəzərə alıb yaxın günlərdə tikinti gedən ünvandan reportaj hazırlayacağıq.
RUBLİKA.AZ
Facebook-da paylaş