Ağstafanın İcra Hakimiyyəti Heydər Əliyev Mərkəzində işlədilən fəhlələrin pulunu vermir
Ağstafa rayon İcra Hakimiyyəti rayonda fəaliyyət göstərən Heydər Əliyev Mərkəzində fəhlə kimi işlətdiyi adamların zəhmət haqqını ödəmək istəmir.
Əldə etdiyimiz məlumata görə, işin aparılmasına dair sövdələşmə Rasim adlı şəxslə İcra Hakimiyyətinin müavinlərindən birinin arasında olub.
Rəsmi şəxslər “Sədərək” bazarından aldıqları “kovralitin” pulunu tam ödədikdən sonra, ortaya həmin “kovralit”in necə döşənməsinə dair problem çıxıb. Rasim bu işin pulla görüldüyünü bildirib. Hər kvadrat metr üçün ödənişin ediləcəyinə dair razılaşma əldə olunandan sonra, fəhlələr işə başlayıb. İş bitəndən sonra, icra hakimiyyəti rəsmiləri fəhlələrə ödəməli olduqları 2000 manatı vermək istəmirlər.(azinforum)İş icraçısı olan fəhlələr bildirir ki, məsələdən icra başçısının da tam məlumatlı olmasına əmindirlər. Azinforum.az-a müraciət edən fəhlələr bizdən bu məsələnin ictimailəşdirməsini xahiş ediblər ki, bəlkə problemlərinə əncam tapılar.
Mövzu ilə bağlı Ağstafa rayon İcra Hakimiyyətinə ünvanladığımız suallara cavab verən tapılmadı.
rublika.az
Facebook-da paylaş