• İcra başçısına korrupsiya ittihamı - şok faktlar

     İcra başçısına korrupsiya ittihamı - şok faktlar

    Ağcabədidəki büdcə talanının xəritəsi dövlət orqanlarına göndərildi; rayon sakininin yolladığı məktubda milyonların necə ələ keçirilməsi öz əksini tapıb...

    Ağcabədi Rayon İcra Hakimiyyətinə ayrılan milyonlarla manatın mənimsənilməsinin sxemi Prezident yanında Apelyasiya Şurasının sədri və Dövlət Nəzarəti şöbəsinin müdiri Eldar Nuriyevə, Milli Məclisin üzvü Vahid Əhmədova, maliyyə naziri Samir Şərifova və baş prokuror Zakir Qaralova göndərilib. Bu haqda “Yeni Müsavat”a rayonun Avşar kənd sakini Elqayıt Kərimov məlumat verib.

    Başçı 12 min hektar torpağı satmaq istəyir!

    O, readaksiyamıza Ağcabədidəki talanla bağlı dövlət orqanlarına yolladığı məktubun surətini də təqdim edib. Həmin məktubda deyilir: “Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov 13 aprel 2015-ci il tarixdə 120 sahibkarın qarşısında çıxışında deyib ki, 2008-ci ildə ona 5 diplomat pul təklif olunub. Başçı deyib ki, ona həmin pul qarşılığında Haramı və Ergi torpaqlarını satması təklif olunub. Lakin başçı bundan imtina etmədiyini söyləyib. Belə görünür ki, indi artıq pulu veriblər. Ona görə Şahin Məmmədov 12 min hektar torpağı satmaq istəyir.

    “Araşdırılsın görək, 5 diplomat pulu verən kimdir?”

    Şikayətçı yazır: “Şahin Məmmədov Kür qırağında Ağcabədi rayonunun Sarcalı kəndinə məxsus olan 3 min hektar qış-otlaq sahəsinin təyinatını dəyişdirərək camaatdan alıb və hansısa şirkətə satıb. Başçı belə hesab edir ki, o, bütün Ağcabədini sata bilər. Rayonun Kəbirli kəndindən də 2800 hektar torpağı satıb. Xahiş edirik ki, araşdırılsın görək, 5 diplomat pulu verən kimdir?(musavat)
    Şahin Məmmədov prezidentin abadlıq üçün ayırdığı pulları mənimsəyib. O, abadlıq işlərini sahibkarlara, mağaza sahiblərinə, idarə və təşkilatlara, məktəblərə, xəstəxanalara və s. gördürərək prezidentin rayona ayırdığı milyonları mənimsədi. 2013-cü ildə Ağcabədi Rayon İcra Hakimiyyətinin fondundan tender yolu ilə külli miqdarda vəsait mənimsənilib və ayrı-ayrı kənd icra nümayəndələrinə saxta sənədlər tərtib edilib.

    Büdcə talanının siyahısı

    E.Kərimov həmin yerli icra hakimiyyəti qurumlarının adlarını və ayrılaraq mənimsənilən vəsaitləri də konkret olaraq göstərir:

    1.Pərioğullar kənd icra nümayəndəliyinə 13 min 200 manat;
    2.Salmanbəyli kənd icra nümayəndəliyinə 9 min 400 manat;
    3.Şahsevən kənd icra nümayəndəliyinə 4 min 200 manat;
    4.Yeniqaradolaq kənd icra nümayəndəliyinə 13 min 200 manat;
    5.Hacıbədəlli kənd icra nümayəndəliyinə 29 min 200 manat;
    6.Hüsülü kənd icra nümayəndəliyinə 15 min 800 manat;
    7.Qaradolaq kənd icra nümayəndəliyinə 13 min 200 manat;
    8.Hacılar kənd icra nümayəndəliyinə 9 min 400 manat;
    9.Minəxorlu kənd icra nümayəndəliyinə 9 min 400 manat;
    10 Ağcabədi şəhər icra nümayəndəliyinə 85 min 500 manat;
    11 .Şərəfxanlı kənd icra nümayəndəliyinə 6 min 800 manat;
    12.Kəbirli kənd icra nümayəndəliyinə 8 min 400 manat;
    13.Boyad kənd icra nümayəndəliyinə 22 min 500 manat;
    14.Ağcabədi rayon təhsil şöbəsi 25 min 299 manat;
    15.Ağcabədi rayon Mədəniyyət Şöbəsi 102 min 624 manat;
    16.Ağcabədi rayon Təhsil Şöbəsi “Cavid Kİ” MMC 113 min 890 manat;
    17.Ağcabədi rayon Təhsil Şöbəsi “Əzim 3 M” MMC 112 min 910 manat;
    18.Ağcabədi rayon Mərkəzi Xəstəxanası “Tünzalə V” MMC 86 min 900 manat;
    19.Ağcabədi rayon Mədəniyyət və Turizm Şöbəsi “Ülkər H” MMC 4795 manat;
    20.“Rasmik” MMC 24 min 812 manat;
    21.Ağcabədi şəhər icra nümayəndəliyinə 650 min 462 manat;


    Sahibkarlar prezidentə müraciət etdikləri üçün təqib olunur

    Şikayətçi yazır ki, respublika rəhbərliyinə müraciət etdikləri üçün Şahin Məmmədov tərəfindən təqib olunurlar: “Bizə qarşı şantajlar olunur. İndi Şahin Məmmədov heç bir əsas olmadan bir qrup sahibkarı məhkəməyə verib və deyir ki, mənim imkanlarım sizinkindən çoxdur, məhkəməyə təsir edərək sizi torpaqlarınızdan çıxardacam və sizə məxsus olan torpaqları satacam.

    “Hansı qanunda var ki, Şahin Məmmədovdan şikayət onun özünə göndərilsin?”

    Şikayətçı yazır ki, yazdıqları ərizələr baş prokuror Zakir Qaralova çatdırılmır: “Bütün ərizələri ayrı-ayrı təşkilarlara, ya da Ağcabədi Rayon İcra hakimiyyətinə göndərirlər. Korrupsiya faktı olduğu halda məktublar Əmlak Məsələləri Dövlət Komitəsinə, Ağcabədi Rayon Prokurorluğuna və Ağcabədi Rayon İcra Hakimiyyətinə göndərilir. Bu hansı qanunda var ki, Şahin Məmmədovdan şikayət edilsin, ərizə və şikayət onun özünə göndərilsin?”

    “İcra başçısının Batumidə, Dubayda, Almaniyada villaları var”

    “Şahin Məmmədov vəzifəsindən istifadə edərək Ağcabədidə, Bərdədə və Gəncədə pay torpaqlarında böyük evlər tikdirib. Onun eyni zamanda, Daşkəsəndə Xoşbulaq yaylağında bir villası, Bakı şəhərində isə sayı məlum olmayan villa, ev obyektləri vardır. O, Batumidə, Dubayda, Almaniyada villalar alıb. Bütün bunlar üçün külli miqdarda vəsait xərclənib ki, Şahin Məmmədovun halal qazancı buna yetməz. Elə bunun özündə korrupsiya faktları görünür” deyə, yazıda bildirilir.

    Körpüyə ayrılmış pullar kim tərəfindən mənimsənilib?

    E.Kərimov yazır ki, Ağcabədi rayonunu içməli su ilə təmin etmək üçün Qarqar çayı sahilindən 3 ədəd artezian quyusundan 16 km uzunluğunda su kəməri çəkilib: “Şahin Məmmədov artezian quyularını çobanlara satıb və 16 km çuqun turbanı çıxartdıraraq 1 milyon manata satıb.

    Qaradolaq, Mehrablı, Yeniqradolaq və Aran kəndlərinin içməli su ilə təmini üçün külli miqdarda vəsait ayrıldı, iş isə görülmədi. Hüsülü-Qiyamadmlı yolun təmirinə 5 milyon manat pul ayrılıb, həmin işi Ağcabədi rayon yol tikinti idarəsi tərəfindən görüldüyü halda həmin yolunun tikintisini Şahin Məmmədova məxsus olan “Fərid MMC” tərəfindən sənədləşdirərək pullar mənimsənildi. Xahiş edirəm yoxlanılsın görək körpüyə ayrılmış pullar kim tərəfindən mənimsənilib?

    2014-cü ildə Ağcabədi rayonunda Şahin Məmmədovun rəhbərliyi altında tikilən 4 məktəbin heç birində sığınacaq tikilməyib və pullar mənimsənilib. Tikilən binalar bərbad haldadır.
    Bildirirəm ki, Ağcabədi rayonunun Hüsülü, Muğanlı, Təzəkənd, Minaxorlu, Arasbar, Qiyamadmlı, Mirzaxverdili, Kürdlər, Kəhirli və Şərəfxanlı kəndlərinə 2014-cü ildə yolların əsaslı təmirinə 5 milyon manat pul ayrılmışdır. Həmin kəndlərə yol çəkilib və 2014-cü ildə yollar istifadəyə verilib, lakin Qarqar çayının üstündən körpü salınmamış, bildiriblər ki, verilən pullar qurtardı. Həmin pullar Şahin Məmmədov tərəfindən mənimsənilib. Dövlətə məxsus olan asfalt zavodu işləri gördüyü halda Ağcabədi rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədova məxsus “Fərid MMC” şirkəti tərəfindən işlərin görülməsi sənədləşdirilib və Prezident tərəfindən ayrılmış pullar mənimsənilib".

    Yolun pulunu kim yeyib?..

    Məktubdan daha bir sitat:

    “Şahin Məmmədov yenidən həmin yolların çəkilməsi üçün 2015-ci ildə 2 milyon 700 min manat pul ayrılmasına müvəffəq oldu. Xahiş edirəm gəlib yerində yoxlayın görək 2014-cü ildə istifadəyə verilmiş yola pul ayırmaq nə deməkdir? Rayonun Avşar, Salmanbəyli, Taymaq, Hacıbədəlli və Şənlik kəndlərinin yolları bərbad haldadır, deyəndəki bizim yolları təmir edin Şahın Məmmədov bildirir ki, vəsait yoxdur. Xahiş edirəm bu faktlar yerində yoxlanılsın və 2 milyon 700 min manat pulun verilməsi dayandırılsın və bu pullar təmir olunmamış yollara verilsin və Şahin Məmmədov haqqında ciddi tədbir görülsün”.

    “Bizi susdurmaq istəyirlər”

    Şikayətçı sonda yazır: “Ağcabədi rayonunun Təhsil və Mədəniyyət işçilərinin 2015-ci ilin noyabr və dekabr aylarının əmək haqlarını vermədən pulları mənimsənilib. Maaşların alınması üçün müəllim kollektivi yuxarı təşkilatlara yazandan sonra yanvar ayının axırında əmək haqları verildi. Lakin direktorların əmək haqları mənimsənildi. 16 yanvar 2016-cı ildə Ağcabədidə qaçqın şəhərciyində Hüsülü və Hindarx kəndlərində keçirilən aksiyada bildirib ki, ”avşarlara mən çox pisliklər etmişəm, lakin onlar sizin kimi yolu bağlayıb nümayiş etmirlər". Şahin Məmmədov istəyir ki, avşarlarlılar yolu bağlayıb nümayiş etsin. Biz dövlətimizi sevirik, qanuni haqqımızı tələb edərək Şahin Məmmədovun korrupsiya faktlarının bizim iştirakımızla yerində yoxlanılmasını xahiş edirik. Maliyə Nazirliyi, Hesablama Palatası və Korrupsiyaya Qarşı Mübarizə İdarəsi Şahin Məmmədovu müdafıyə edərək bildirirlər ki, “iş gedir, yoxlayacağıq”. Lakin 9 ayda heç bir iş görmədən bizi aldadaraq bizi məhkəməyə verməklə susdurmaq istəyirlər".

    gündəmşok


    Facebook-da paylaş