• Təhsil Nazirliyinin Akif Çovdarovu Gəncədə “at oynadır”

    Təhsil Nazirliyinin Akif Çovdarovu Gəncədə “at oynadır”

    Son günlər Təhsil nazirliyində yaradılmış və Daxili Nəzarət Şöbəsi adlanan qurumun gizli fəaliyyəti diqqətdən yayınmır. Əslində gizliliyini qismən saxlayan şöbənin bölgələrdəki fəaliyyəti cəmiyyətə qaranlıq qalsada dövlət təşkilatları üçün aşkardır. Qanunsuz tələblər, qaydalara əsaslanmayan kadr dəyişiklikləri, şəhər rəhbərlərinə qarşı böyük şantaj oyunu, daxili çəkişmələr Təhsil nazirliyinin Daxili Nəzarət Şöbəsinin iş prinsipininn əsasını təşkil edir.
    Apardığımız araşdırmalar Təhsil nazirliyinin Daxili Nəzarət Şöbəsinin Qərb bölgəsi üzrə nümayəndəliyinin fəaliyyətindəki dəhşətli faktların açığa çıxmasına səbəb oldu. Həmin faktları təqdim etməmişdən öncə şöbənin Qərb bölgəsi üzrə nümayəndəliyinin rəhbəri Ceyhun Mirzənin keçdiyi həyat yoluna qısa nəzər salaq.
    3 iyun 1979-cu ildə Gəncə şəhəriində anadan olub. 1996-cı illərdə 4 saylı orta məktəbin rus bölməsini bitirib. 1996-2000-ci illərdə GDU-nun Fizika fakültəsində təhsil alıb. 2009-cu ildə İKT-ni bitirmişdir. 2003-cü ildən YAP-ın üzvüdür. 2004-2009-cu illərdə “Gənc Vətənpərvərlər” Birliyinin ərazi təşkilatının sədri seçilmişdir.
    2009-cu ildən “Gənc Vətənpərvərlər” Birliyinin Gəncə regional bölməsi üzrə sədr müavinidir. 37-39 saylı seçki dairələrində müşahidəçi, təhkimçi kimi iştirak edib. 2003-2005-ci illərdə Gəncə şəhər 4 saylı STİ məktəbinin müəllimi işləyib. 2005-2008-ci illərdə Gəncə şəhər 4 saylı STİ məktəbinin direktor müavini vəzifəsində çalışıb. 2008-ci ildən Gəncə şəhər Təhsil İdarəsinin məsləhətçisi, eyni zamanda FTG-da müəllim işləyir. 2011-ci ildən YAP-nın Gəncə şəhər Təhsil İdarəsi üzrə idarə heyyətinin üzvüdür.
    Ceyhun Mirzə Təhsil Nazirliyinin Daxili Nəzarət Şöbəsinin Qərb bölgəsi üzrə nümayəndəsi təyin olunandan sonra şəhərin və bölgəninn təhsil sistemində acı mənzərənin şahidi olduq. Ceyhun Mirzənin Gəncənin təhsil müəssisələrində tətbiq etdiyi qaydalar şəhər İcra Başçısı Elmar Vəliyevin də ciddi narazılığına səbəb olub. Təsadüfi deyil ki, təhsil ocaqlarının rəhbərləri Ceyhun Mirzənin özbaşınalığından dəfələrlə şəhər rəhbərliyinə müraciət edərək özlərini qorumağa və qanunsuz tələblərin qarşısının alınmasına yardımçı olmağı xahiş ediblər.
    Lakin Gəncənin icra başçısının narazılıqlara reaksiya verərək Mirzəyə etdiyi xəbərdarlıqlar nəticə verməmiş və ikincinin daha çirkin yollara əl atmasına şərait yaratmışdır. Belə ki, Təhsil nazirliyi daxili nəzarət şöbəsinin razılığı ilə Qərb bölgəsi nümayəndəlliyinin rəhbəri özünün məqsədlərini həyata keçirmək uçun Gəncənin bir sıra təhsil ocaqlarının rəhbərlərini hədələyərək onlardan icra başçısına qarşı ərizə tələb edib. Hətta bu şantajdan kənar qalmaq istəyənləri işdən çıxartmaqla hədələyən Ceyhun Mirzə bəzilərini cəzalandıra bilib.
    Təhsil naziri Mikayıl Cabbarovun dəstəyi ilə cəzalandırılan təhsil işçilərindən fərqli olaraq digərləri Ceyhun Mirzənin istəklərini həyata keçiriblər. Hətta onlar icra başçısının məktəblərdən haqq aldığını yazaraq Təhsil nazirliyinin qəzəbli Mirzəsindən canlarını qurtarmış olublar. Ceyhun Mirzənin haqlı narazılıq və iradlara bu cür çirkin yollarla cavab verməsi İcra başçısını qıcıqlandırsa da nəticədə birincinin toxunulmazlığı davam edir.
    Mikayıl Cabbarov tərəfindən qorunan Ceyhun Mirzənin Gəncənin təhsil ocaqlarının rəhbərlərindən küllü miqdarda rüşvət tələb etməsi kimi faktlar daha geniş yayılmaqdadır. Nəticədə ağır proseslərin baş verdiyi Təhsil nazirliyinin Daxili Nəzarət şöbəsinə Gəncədən daha çox “yardım” və ya “hörmət”lərin gəldiyi diqqətdən yayınmır. Bu bir növ keçmiş MTN-də rəhbər vəzifə tutan Akif Çovdarovun əməllərini xatırladır. Bunu təsadüfi qeyd etmədim. Nazirliyin Daxili Nəzarət Şəbəsinin rəisi Kənan Quliyev sabiq MTN naziri Eldar Mahmudovun yaxın qohumudur.
    O, nazir olan vaxtda Kənan Quliyevi Təhsil nazirliyində bu vəzifəyə gətirilməsinə nail olub. İndi Təhsil nazirinin “vuran qolu” olan Kənan Quliyev Gəncədə də öz Akif Çovdarovunu yerləşdirib. Ceyhun Mirzənin təhsil ocaqlarının rəhbərlərini hədələməsi və onlardan pul tələb etməsi qaydaları Akif Çovdarovun qaydaları ilə oxşardır. Hətta Akif Çovdarovdan daha qəddar görünən bu şəxsin cinayət tərkibli əməlləri narazı kütlənin sayını artırsa da qanundan qoxmadığını açıq nümünə olaraq göstərir.
    Ceyhun Mirzənin məktəb direktorlarından aylıq alması, universitet rəhbərlərindən hər həftəlik tələblərdə bulunması, işçi kollektivlərində dəyişikliklər etməsi, istəmədiyi şəxsləri şantaj edərək vəzifələrində işləmələrinə mane olması kimi fakrlarla məşhurlaşdığının şahidiyik. Bu da adıçəkilən şəxsin qısa zamanda böyük var dövlət sahibinə çevrilməsinə səbəb olub. Gəlin diqqət edək:
    – Ceyhun Mirzə bu vəzifəyə gətiriləndən sonra 20 – 333 dövlət nömrə nişanlı son model Galenvagen markalı avtomobilin sahibinə çevrilib.
    – Şəhərin ən bahalı yerlərindən biri olan Mahrasa bağı qəsəbəsində Yeni tikilidə tam təmirli 4 otaqlı mənzil alıb.
    – Şəhərin mərkəzində 5 mərtəbəlidə ev alıb və hazırda həmin evi baha qiymətə kirayəyə verib.
    – Şəhərdə bir çox yerlərdə maşın alqı satqısı yerləri açıb. Və hazırda xaricdən yeni maşınlar gətirib satışını təşkil etməkdədir.
    – Göygöl rayonunun ən səfalı yerində, dağların ətəyində, Mizrik kəndində böyük villanın sahibidir. Villanın tikintisi və şəraiti üçün 200 mindən çox pulun xərclədiyini aşkar qeyd edir.
    Bu bizə görünən tərəfi. Ceyhun Mirzənin daha nələrə sahib olduğunu araşdırırıq. Amma daim qayda-qanundan danışan bizim hörmətli Təhsil nazirimiz Mikayıl Cabbarovun bu həqiqətləri bilərək susmasına görünür əsası var. Təbii ki, Daxili Nəzarət Şöbəsi adlı cinayət yuvasının Çovdarovları cənab naziri də razı salır.
    Yoxsa Mikayıl Cabbarovun baş verənlərə göstərdiyi münasibət gerçəkliklərin gizlədilməsi anlamına gəlmir. Bir tərəfdə Təhsil nazirliyinin Çovdarovları- Kənan Quliyev və Ceyhun Mirzə, digər tərəfdə qorxu içində müəllim və işçi kollektivinin maaşlarını kəsib onlara yedizdirən direktorlar.(dosye) Gəncədə dəhşət gəzdirən bu faktların qarşısını almaq üçün qarşı tərəfdə dayanan və bunlara hələ ki, gücü çatmayan Elmar Vəliyev.
    Haqlı tərəfin məğlubiyyəti üçün daim şantaj yolu ilə məqsədini ortaya qoyan Ceyhun Mirzənin xaricdə ən bahalı otellərdə dincəldiyi də diqqətlərdən yayınmır. Bu şəxsin aylıq gəlirinin böyük olduğunu söyləyən və təsdiq edən faktlar və təhsil işçiləri onun qanunsuz əməllərinin qarşısının alınacağına inanmırlar. Ən azından bu günə qədər bu şəxsdən olunan şikayətlərin cavabsız qalması bunu təsdiq edir.
    Digər tərəfdən Ceyhun Mirzənin qanunsuz fəaliyyətindən zərər çəkənlərin çarəsiz tədbirlərə əl ata bilməmələri də diqqətdən yayınmır. Bu şəxsin ”hara yazırsınız yazın. Mən Mikayıl Cabbarovun burda bir nömrəli adamıyam. Onun istəkləri və əmrlərini yerinə-yetirirəm”- deməklə özünün toxunulmaz olduğuna işarə etməsi acı bir həqiqətdir. Saysız narazılıqların baş ağrıtdığı Gəncənin təhsil sistemində yeni yaranan Çovdarovun dəhşət saçan və “baş kəsən” tələbləri təkcə bunlarla bitmir. Bu barədə növbəti sayımızda.

    Ardı var...

    rublika.az


    Facebook-da paylaş