• Tikinti maqnatı “Evrascon”: Azərbaycandan yığılan sərvət və İŞİD-ə uzanan yol..

    Tikinti maqnatı “Evrascon”: Azərbaycandan yığılan sərvət və İŞİD-ə uzanan yol..

    Bu günlərdə elektron informasiya vasitələrində rastlaşdığım bir məlumat sözün düzü məni heç də təəccübləndirmədi. Mən belə şeylərə hazıram. Sanki bu günləri gözləyirmiş kimi hazıram. Amma tanışlardan çoxu daşınmaz əmlak üzrə beynəlxalq təşkilatlardan birinin açıqlamalarını oxuyub heyrətlərini gizlədə bilmirlər. Həmin beynəlxalq təşkilatn açıqlamalarına görə 2005-ci ildə Azərbaycanda sərvəti 30 milyon dolları keçmiş 1000 nəfər olubsa 2015-ci ildə bu rəqəm 5600 nəfərə çatıb. Bu o deməkdir ki, Azərbaycan respublikasının 8 illik dövlət büdcəsi bu 5600 nəfərin əlində cəmləşib. Onlar isə heç Azərbaycan əhalisinin 0,1 faizini təşkil etmir. Qeyri adi heç nə yoxdu. Gözlənilən bir informasiyadır. Hesab edirik ki, hələ bundan daha betər informasiyalarla qarşılaşacağımız günlər qabaqdadır. 2005-2015-ci illər Azərbaycana neft pullarının sel kimi gəldiyi vaxtlar idi. Onda Allahın bir fağır fəhləsi belə tikintidə qazandığ 800-1000 manat sevindiyindən bilmirdi hara xərcləsin. O ki qala milyonlar ola… "Evrascon”u Əfəndi İsmiyevin oğlu necə yıxdı?… Sözügedən illərdə Azərbaycandakı tikinti bumuna, daha çox infrastruktur layihələrin həyata keçirilməsində öncül rol oynayan şirkətlərdən biri "Azərkörpü” Açıq Səhmdar Cəmiyyəti idi. Bu cəmiyyət Azərbaycanda ən iri layihələrin qalibi olaraq çox yerlərdə görsənirdi. İndi onun arxasnda kimlərin durduğu o qədər də önəmli deyil. Əsas odur ki, şirkət Bakı şəhərində "Koroğlu” metrostansiyasının yaxınlığında yerləşən iki iri nəqliyyat qovşağınn tikintisini, Hacqabul-Horadiz yolunda Kür çayı üzərində körpü tikintisini çoxdan başa vurub. Ələt-Astara magistral yolu üzərində körpünün tikintisini, Yeni Bakı Beynəlxalq Dəniz Ticarəti Limanı, "Cimish Residence” çoxmərtəbəli yaşayış kompleksə. "Taxtakörpü” Su Anbarının və HES Tikintisi, Vəlvələçay-Taxtakörpü kanalının tikintisi, 20 yanvar dairəsində yol ötürücüsü, Xanarx kanalnın tikintisi Astara rayonunda dəniz limanın tikintisi və onlarca bilmədiyimiz daha iri layihələrin həyata keçirilməsinə nail olub. "Azərkörpü”nün bu müddət ərzində Rusiyada, Qazaxıstanda, Ukraynada, Moldovada gördüyü işləri hələ vurğulamırıq. Azərbaycanda əsasən Nəqliyyat nazirliyinin və Meliorasiya və Su təsərrüfat Açıq Səhmdar Cəmiyyətin sifarişlərini yerinə yetirən bu qurum demək olar ki, tamamilə korrupsiyalaşmış bir orqana çevrilib. Biz istəsək də, istəməsək də "Azərkörpü” gördüyü bu işlərin məbləğini heç zaman geniş ictimaiyyətə açqlamayıb və açqlamayacaq da. Amma sözügedən layihələrin reallaşmasında külli miqdarda dövlət vəsaitinin ölkədən çıxarlması heç şübhəsizdir. Bu quruma rəhbərlik edən Əfəndi İsmiyev isə hazırda Azərbaycanda ən böyük kapitala sahib barmaqla sayılacaq insanlardan biridir. Onun oğlanları da hazırda ölkənin hüdudlarından kənarda böyük işlərlə məşğul olurlar. Oğlanlarından biri Rusiyada "Enerqomost qrup” Qapalı Səhmdar Cəmiyyətinə sahib, digəri isə Türkiyədə fəaliyyət göstərən "Effendi internatonal qroup” şirkətinə sahibdirlər. Türkiyədə gizli işlər, ölkədən çıxarılan pillar… Həmzət İsmiyev isə hal-hazırda "Evrascon” şirkəti direktorlar şurasının istehsalat üzrə müavini vəsifəsini daşıyır. 2013-cü ildə "Evrascon” adını daşıyan "Azərkörpü” səhmdar cəmiyyətinin hazırkı durumu heç də ürək açan deyil. Buna səbəb neftin qiymətinin aşağ düşməsi, dollarn bahalaşması kimi amillər deyil. Dünyanı çoxdan bürümüş bu iqtisadi böhran Azərbaycanda öz simptomlarnı hələ təzə-təzə göstərməkdədir. Lakin Əfəndi İsmiyevin rəhbərlik etdiyi qurum 2014-cü ildə fəhlələrin maaşlarını aylarla verə bilmirdi, Narazı fəhlələrin, sürücülərin etirazları gizlindən aşkara çıxana qədər, yəni ötən il Salyan şossesinin fəhlələr tərəfindən bağlanldığna qədər heç kimin xəbəri yox idi. Bəs Azərbaycanda ən böyük layihələrin qalibi olan "Evrascon” maaşlar verməməkdə niyə aciz idi? Axı dövlət sifarişləri vaxtı-vaxtında həyata keçirmək üçün vəsaiti daim vaxtında ayırır? Yayılan ilginc məlumatlarda "Evrascon”un fiaskoya uğramasına səbəb sən demə başqa amillər olub. Bizə verilən məlumatlara da Əfəndi İsmiyevin oğlunun Türkiyəyə külli miqdarda vəsait keçirdiyi vaxt yaxalandığı bildirilir. Türkiyədə Əfəndi İsmiyevin oğlunun şirkəti fəaliyyət göstərməkdədir. Lakin şirkətin orada nə kimi gizli işlər gördüyünü heç kim bilə bilməz. Onların Suriya ilə bağlı nə kimi işləri var? Üzərinə aydınlıq salmaq istədiyimiz qaranlıq məqamlar da məhz elə bundan ibarətdir. Nə dərəcədə həqiqətə uyğun olan bir informasiyadr deyə bilmərik. Amma onu deməyə əsas verir ki, bu hadisədən sonra Əfəndi İsmiyev kifayət qədər ciddi məbləğdə pullarından keçməli olub. Odur ki, "Evraskon”da yaranmış maliyyə qıtlığını başqa yerlərə yozmağa zənnimizcə ehtiyac qalmır. Bəs həmin pulları Əfəndi İsmiyevin oğlu hara və nə üçün aparırmış? Əsas məsələ də bundan ibarətdir. İsmiyevin oğlunun Azərbaycandan şıxarmaq istədiyi milyonlar "Evrascon” şirkətinin Moldovada iri yol-nəqliyyat infrastruktur layihəsinə cəlb edilməsi kimlərinsə vasitəçiliyi ilə baş tutmasına baxmayaraq hər şey aydın göstərilib. 2014-cü ilin iyul ayında imzalanmış müqavilənin şərtlərinə əsasən "Evrascon” 25 milyon avro dəyərində işi bir il müddətində təhvil vermək öhdəliyi götürüb. Lakin şirkət üzərinə düşən öhdəliyi yerinə yetirmədiyinə görə, layihədən kənarlaşdırılıb. Və günə 23 min avro cərimə ödəməli olub. Nə qədər cərimə ödəyib, bəlli deyil. Ortaya maraqlı bir sual çıxır: Görəsən Azərbaycanda "Evrascon” müddəti və dəyəri bilinməyən layihələrdə gördüyü yarıtmaz işə görə cərimələnibmi? Dövrü mətbuatda dərc olunmuş məlumatlara görə, Əfəndi İsmiyevin rəhbəri olduöu şirkət Qazaxıstan və Özbəistanda da analoji problemlərlə üzləşib. Bu ölkələrdə adıçəkilən şirkətin nə qədər cərimələndiyi bəlli olmasa da çirkli yollarla kifayət qədər gəlir götürdüyü bildirilir. Bi sözlə şirkətin illik hesabatlarına nəzər saldıqda səhmdarların payına düşən gəlirlə, müəssisənin gördüyü işlər arasında çox gülünc bir vəziyyət yaranır. Bütün bunların araşdırılması isə aidiyyatı dövlət qurumlarının üzərinə düşən məsələlərdir. Biz isə qayıdaq ötən yazımızda toxunduğumuz digər qaranlıq məsələlərə. Məlum olduğu kimi Rusiya və Türkiyə də Əfəndi İsmiyevin ailə biznesi faəliyyət göstərməkdədir. Onların bu ölkələrdəki fəaliyyəti ilə bağlı aparmaq istədiyimiz araşdırmaların nəticəsiz qalmasına səbəb nə "Effendi İnternational Group” şirkətinin, nə də oğlarının adına olan başqa şirkətlərin rəsmi saytlarının olmaması idi. Belə çıxır ki, Əfəndi İsmiyevin oğlanları da Rusiya və Türkiyədə də Azərbaycansayağı işləməyi artıq öyrəniblər. Odur ki, onların adıçəkilən ölkələrdə nə kimi işlər gördükləri barədə konkret bilgimiz hələlik yoxdur. Lakin bizə verilən məlumatlarda iddia olunur ki, ötən il Əfəndi İsmiyevin oğlanlarından biri Türkiyə ilə Suriya sərhədi yaxınlığında, Suriyaya külli miqdarda pul keçirmək istəyərəkən yaxalanıb. Təbii ki, onlar pulu Suriya qaçqınlarına deyil, İŞİD terror qruplaşmasının döyüşçülərinə maddi yardım etmək üün aparırmışlar. Bəs bu haradan qaynaqlanır? … və nəhayət İŞİD izi… Bu günlərdə Türkiyə mətbuatı son 2 ildə İŞİD qruplaşmasına qoşulmaq istəyənlərin siyahisini açıqlayıb. Siyahiya Rusiya başçılıq edir.(aztoday)Belə ki, son iki ildə 519 nəfər Rusiya vətəndaşı İŞİD-ə qoşulmaq istəyərkən Türkiyə hüquq-mühafizə orqanları tərəfindən saxlanılaraq, ölkələrinə deportasiya edilib. Siyahıda Azərbayca 4-cü göstərilib. Son iki ildə 138 azərbaycan vətəndaşı Türkiyə – Suriya sərhədində saxlanılaraq, geri göndərilib. Həmin bu deportasiya olunanlar arasında İŞİD terror təşkilatına maddi dəstək məqsədi ilə külli miqdarda pul aparmaq istəyən şəxsin Əfəndi İsmiyevin oğlu olduğu bildirilir. Nə dərəcədə həqiqətə uyğun olan bir informasiyadır? Bunu Əfəndi İsmiyevdən soruşmaq cəhdlərimiz boşa çıxdı. Amma burada həqiqətləri nə qədər gizlədilməyə çalışsalar da, o özünü "Evrascon”un hazırkı durumunda gün kimi göstərməkdədir. "Evrascon”u nə beynəlxalq maliyyə böhranı, nə vaxtında təhvil verilməyən işlər çökdürdü. Şirkəti Əfəndi İsmiyevin oğlunun İŞİD-ə olan sevgisi çokdürdü. Çünki Əfəndi İsmiyev oğlunun adının İŞİD terror qruplaşmasını dəstəkləməkdə hallanmasın deyə qurbanlıq əvəzinə xərclədiyi pulların miqdarını ancaq özü bilər. Bu istiqamətdə araşdırmamızı davam etdiririk.

    rublika.az


    Facebook-da paylaş