Bakıda hüquq məsləhətxanasında faciə: ölən var
Bakıda yerləşən hüquq məsləhətxanalarından birində bədbəxt hadisə baş verib.
Rublika.az-ın məlumatına görə, dünən axşam saatlarında Bayıl qəsəbəsi Neftçi Qurban küçəsi 74 ünvanında yerləşən məsləhətxanada 1962-ci il təvəllüdlü Məmmədov Bəxtiyar Heydər oğlunu elektrik cərəyanı vurub. 54 yaşlı kişi hadisə yerindəcə keçinib. Faktla bağlı araşdırma aparılır.
Rublika.az
Facebook-da paylaş