• Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin rəisi 6 il ərzində nə ilə yadda qalıb?..

    Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin rəisi 6 il ərzində nə ilə yadda qalıb?..

    Polkovnik paytaxtın yol polisinin fəaliyyətini tamamilə bərbad hala salıb

    Yol polisi əməkdaşları faiz naminə sürücüləri qaydanı pozdu-pozmadı cərimələyirlər

    Yol polisi bütün hallarda reallığı, konkret vəziyyəti nəzərə almadan, standart yanaşma ilə qayda pozuntusuna görə sürücünü günahlandırır. Bütün texniki imkanlardan, radar, kamera və digər müasir avadanlıq və vasitələrdən istifadə etməklə sürücüdən standartlara uygun hərəkət tələb olunur. Ancaq düşünülmür ki, standarta uygun hərəkət tələbi üçün standarta uygun da hərəkət şəraiti yaratmaq lazımdır. Yoxsa bu hal, polislə sürücü arasında, "bir qapıya oyun” kimi olur. Qeyd edək ki, çox vaxt şərait özü yəni işarələr, işıqforların və xəttlərin qanunla tələb olunan standarta uygun olmaması vətəndaşı qayda pozuntusu etməyə vadar edir. Bu fürsətdən məharətlə istifadə edən Bakı Şəhər Döylət Yol Polisi İdarəsinin (BŞDYPİ) əməkdaşları sürücüləri cərimələyirlər. Paytaxtın yol polisləri yazılan cərimələrdən ay ərzində faiz aldıqları üçün cərimə protokollarının sayına üstünlük verirlər. Başqa sözlə desək, sürücü qaydanı pozdu-pozmadı cərimələnir. Halbuki, dünyanın heç bir ölkəsində bu cür təcrübə yoxdur. Başqa ölkələrdə yol polisi işçilərinə yazılan cərimələrdən faiz verilmir. Hörmətli polkovnik Nuşirəvan Səfərovun tabeliyində olan yol polisi əməkdaşları özlərini külli-ixtiyar sahibi hesab edərək sürücülərə qənim kəsilirlər. Bu barədə indiyədək aparıcı KİV-lərin bir çoxunda tənqidi materiallar dərc olunub, Nuşirəvan Səfərovun düzgün işləmədiyi vurğulanıb. Yazılanlarda böyük həqiqət var.(gundelik-baku)Çünki Nuşirəvan müəllim bu vəzifəyə təyin olunduğu 6 il ərzində aktivinə müsbət işlər yaza bilməyib. Əksinə, o rəis təyin olunandan sonra BŞDYPİ-nin fəaliyyəti tamamilə bərbad vəziyyətə düşüb. Yol polislərinin hər gün sürücülərə yaratdığı əlavə problemlər buna əyani sübutdur. Sürücüləri səbəbsiz yerə cərimələyən yol polislərinin çoxu «rəhbərlik belə tapşırıb» deməklə hörmətli polkovniki işarə edirlər. Araşdırmalar göstərir ki, 2010-cu ildən bəri BŞDYPİ-də qanunsuz yolla külli miqdarda vəsait toplanır. Özbaşınalıq bu sistemdə o qədər dərin kök salıb ki, onu durdurmaq, az qala qeyri-mümkün bir iş kimi görünür. Pul “iyi” gələn yerdə yol polisinin əməkdaşı sanki nə qanun tanıyır, nə də nazirin, ölkə rəhbərliyinin tapşırığını saya salır. Nuşirəvan Səfərovun rəis təyin olunması o dövrə təsadüf etdi ki, ölkədə yol hərəkəti qaydalarının pozulmasına görə cərimələr kəskin şəkildə artırıldı və yol polisi əməkdaşları da əvvəlki dövrlərdə olduğu kimi, “qəpik-quruşa” baxmaqdan imtina etdilər. “Daha böyük pullar” prinsipi işə düşdü. Təbii ki, daha böyük pulların toplanması da daha böyük rüsvayçılıqlardan, cinayətlərdən keçirdi. Dərin təəssüf hissi ilə vurğulamaq istəyirik ki, BŞDYPİ-nin rəisinin kəskin şəkildə varlanmaq istəyi sürücülərin çətin problemlərlə üzləşməsinə gətirib çıxarır. Araşdırmalar nəticəsində məlum olur ki, rəisin tabeliyindəki şəxslər gün ərzində yüzlərlə avtomobili evakuator, yaxud digər vasitə ilə cərimə dayanacağına aparırlar. Sürücülərin avtomobilini duracaqdan çıxarması üçün ödədikləri «rüsumlar» ay ərzində on milyonlar edir. Ümumiyyətlə, paytaxtın yol polisi işçiləri il ərzində sürücülərə milyonlarla cərimə yazırlar ki, burdan əldə olunan vəsaitin bir hissəsi hörmətli polkovnikin sərəncamına keçir. Məhz elə buna görədir ki, şəxsiyyətinə böyük hörmət bəslədiyimiz, amma iş üslubunu bəyənmədiyimiz Nuşirəvan Səfərov Səbail rayonu Badamdar qəsəbəsində az qala buludlara dəyən malikanələr inşa etdirir. Belə ki, polkovnikin Badamdar qəsəbəsində 1 hektar ərazidə inşa edilmiş böyük villası var. Hələ bu azmış kimi, hörmətli rəis həmin villanın qarşısında daha iri imarət tikdirir. Maraqlıdır, BŞDYPİ-nin rəisi bu villaları hansı pulla tikdirir, yaxud Badamdar kimi bahalı yerdə 1 hektar ərazini necə alıb? Qeyd etmək istəyirik ki, bizim yoldaş Səfərovla heç bir ədavətimiz filan yoxdur. Sadəcə o və işçiləri sürücülərin hesabına varlanmaq istəyirlər deyə biz bu tip nöqsanları ictimailəşdiririk. Növbəti yazımız BŞDYPİ-nin 3-cü tağımının əməkdaşlarının özbaşınalıqları və Nəqliyyat Nazirliyinin yaxınlığındakı cərimə dayanacağında cərəyan edən qanunsuzluqlar haqda olacaq. Bizi izləyin.

    rublika.az


    Facebook-da paylaş