• Səlim Müslümov Kürdəmir rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzinin direktoru Asif Abdullayev və “onun ordusu”nun əməllərinə niyə SUSUR?

    Səlim Müslümov Kürdəmir rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzinin direktoru Asif Abdullayev və “onun ordusu”nun əməllərinə niyə SUSUR?

    Redaksiyamıza Kürdəmir rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzi ilə Namiq Abdullayev tərəfindən müraciət daxil olmuşdur. Müraciəti olduğu kimi diqqətinizə çatdırırıq:

    Ölkə prezidentinin məlum fərmanı ilə sosial yardım avtomatlaşdırıldı. Təbii ki rüşvətin qarşısını almaq məqsədilə. Əslində heç nə dəyişmədi. Görün Kürdəmir ƏSMM-də nələr baş verir.? Sanki bu idarə bir iynə olub itibdi, heç bir aidiyyəti qrumlar bu idarə barəsində tədbirlər görmürlər.

    Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Naziri Səlim Müslümova

    Azərbaycan Respublikasının Daxili İşlər Naziri Ramil Usubova

    Kürdəmir rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzi, bura bir dövlət idarəsidirmi yoxsa bazar???
    Xidməti kabinetində vətəndaşlarla təhqiramiz ifadələrlə, söyüşlə danışan və özünü Səlim Müslümovun kadrı kimi təqdim edən heç kim və heç nədən qorxmayan Asif Abdullayev və “onun ordusu”


    Mən bir vətəndaş olaraq Kürdəmir rayon Əhalinin Sosial Müdafiəsi Mərəzində gördüklərimi, müşahidə etdiklərimi media və aidiyyatı dövlət oraqanlarına – həmin idarə barəsində müvafiq tədbirlərin görülməsi məqsədilə göndərirəm.
    Mən müxtəlif müraciətlə r və eləcə də Sosial yardım almaq üçün dəfələrlə Kürdəmir rayon ƏSMM-də olmuşam. Zahirdən bu idarəyə baxanda hər şeyin normal getdiyini görürsən amma idarəyə daxil olduqda burda hər şeyin tamamən başqa cür cərayan etdiyinin şahidi olursan. Asif Abdullayev bu idarəni öz şəxsi obyekti kimi – bazar qanunarı ilə idarə edir. Bu mərkəzdə Asif Abdullayevin kabinetinə daxil olduqda çox iyrənc bir situatsiya ilə qarşılaşırsan. Asif Abdullayev öz otağında qəbul etdiyi vətənadaşlara yuxarıdan aşağı baxır və söyüşlə ədəbsiz ifadələrlə danışır. Bu şəxs yerli Kürdəmirliləri saymır və yuxardan aşağı baxır. Hər kəs Asif Abdullayevin o cür iyrənc hərəkətlərinə görə idarəyə müraciət etməyə utanc duyurlar. Və burda məndə olan digər məumatları da sizə çatdırıram. Asif Abdullayev necə deyərlər bu idarəni bir növ əxlaqsızlıq yuvasına çevirib. Bu insan yanına gələn qadınlara onunla yaxın münasibətdə olacağı təqdirdə onlara sosial yardım təyin edəcəyini vəd edir. Və həmin xanımlara öz telefon nömrəsini verərək onunla əlaqə saxlamasını tələb edərək daha sonra rayonun düz mərkəzində kirayə qaldığı evə dəvət edir. Və lazım gələrsə bunları sübut etmək üçün əlimizdə video görüntülər və audio yazılar da var. (etikanı gözləyərək həmin materialları təqdim etmirik hələ ki)
    Bu idarədə işləyən hər bir kəs necə deyərlər sözün əs l mənasında iş başındadırlar. Harınlaşmış, əxalaqdan mənəviyyatdan uzaq ünvanlı sosial yardıma baxan işçilər – Nemət İsmayılov, Ramin Mürsəlov , Arzum Həmidov, Hamil Hidayətov və həmçinin idarənin sürücüsü işləyən İmaməddin İbrahimov ( bu şəxsin nazirə yaxın şəxs olduğu bildirilir və idarə daxilində necə deyərlər at oynadır) necə deyərlər hərəsi öz işində dırnaqarası qəhrəmandırlar. Sosial yardımın avtomatlaşdırılmasına baxmayaraq yuxarıda adları sadalanan şəxslər yenə də “köhnə üsul” ilə işləməkdədirlər amma bir az fərqli formada. Burada idarəyə sosial yardım üçün müraciət edən “münasib vətəndaşlardan” “işiniz keçəcəyi” təqdirdə 500-1000 manat rüşvət tələb edilir. Həmin şəxslər direktorun vuran əlləri hesab olunur. Ümumiyyətlə, bu idarəni vəzifəli şəxsləri barədə nazir Səlim Müslümova dəfələrlə məlumat verilsə də heç bir tədbir görülməyib. Görünür bu şəxsləri himayədarı Səlim Müslümov özü nazirliyin aparatının yüksək vəzifəli şəxsləridir.
    Mərkəzin direktoru Asif Abdullayev başda olmaqla yuxarıda adları sadalanan şəxslər xüsusən Nemət İsmayılov, Ramin Mürsəlov və İmaməddin İbrahimov haqda nazirliyə dəfələrlə müraciət edilməsinə baxmayaraq müraciətlər cavabsız qoyulur. Və belə görünür ki, nazir Səlim Müslümov ölkə başçısı cənab İlham Əliyevin vətəndaşların sosial – iqtisadi rifahı üçün verdiyi fərman və sərəncamlardan ya xəbərsizdi ya qulaq ardına vurur. Elə olmasaydı barələrində ittihamlar səsləndirilən şəxsləri vəzifə başında saxlamazdı.
    Lazım olan tədbirləri sizdən görülməsini sizdn tələb edirik.

    RUBRİKA.AZ


    Facebook-da paylaş