• Alimpaşa Məmmədovun gəlişindən sonra Şəmkirdə geriləmə müşahidə olunur

    Alimpaşa Məmmədovun gəlişindən sonra Şəmkirdə geriləmə müşahidə olunur

    Rayon xəstəxanasının baş həkimi icra başçısı və Səhiyyə Nazirliyinin Aparat rəhbəri Zəkiyyə Mustafayevaya arxalanır

    Nurəddin Əhmədov rəhbərlik etdiyi tibb müəssisəsinin hesabına özünə nəhəng kapital qurub

    Alimpaşa Adil oğlu Məmmədovun Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə gəldiyi gündən, yəni 2014-cü ilin oktyabr ayının 8-dən bir qədər sonra adıçəkilən rayonun səhiyyə, təhsil, mədəniyyət və turizm, gənclər və idman, həmçinin digər sahələrində ciddi geriləmə müşahidə olundu. Alimpaşa Məmmədovun bu təyinata qədər Vergilər Nazirliyinin Bakı şəhər Vergilər Departamentinin rəisi vəzifəsində çalışdığını vurğulayan mənbənin paylaşdığı informasiyada deyilir ki, onun icra başçısı postuna gətirilməsi üçün nüfuzlu şəxslərdən biri olan himayədarı gərgin mübarizə aparıb və sonda istəyini reallaşdırmağı bacarıb.(gundelik-baku)Beləliklə, Şəmkirin hazırkı icra başçısının uzun illər vergi sistemində işlədiyini deyən məlumatlı şəxs qeyd edir ki, o, Bakı şəhər Vergilər Departamentinin rəisi vəzifəsində çalışmazdən öncə Salyan şəhərinin və hazırda icra başçısı olduğu Şəmkirin Vergilər İdarəsinin rəisi vəzifələrində çalışıb: «Alimpaşa Məmmədov daha sonra Vergilər Nazirliyin Operativ Nəzarət İdarəsinə rəis təyin edilib. Bir müddət burada işlədikdən sonra o, Səbail Vergi İdarəsində rəis olub. Uzun illər vergi sistemində işləyən Alimpaşa Məmmədov nazirin əmri ilə Sumqayıt şəhəri, Abşeron, Siyəzən, Xızı rayonlarını əhatə edən 2 saylı Ərazi Vergilər İdarəsinə rəis təyin edilib. Daha sonra onun vəzifəsi bir qədər qaldırılaraq Bakı şəhər Vergilər Departamentinin rəisi postu ona həvalə edilib. Artıq iki ilə yaxındır ki, Alimpaşa Məmmədov Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində təmsil olunur. Deyilənlərə görə, geri qoyduğumuz bu iki il şəmkirlilər üçün ən ağır illərdən biri kimi yadda qalıb. Çünki onun gəlişindən sonra rayonun səhiyyə, təhsil, mədəniyyət və digər mühüm sahələri nəzərəçarpacaq dərəcədə geriləyib. Səhiyyədən söz düşmüşkən, qeyd edim ki, Nurəddin Əhmədovun baş həkimi olduğu Şəmkir Rayon Mərkəzi Xəstəxanasında yazılmamış qanunlar mövcuddur. Belə ki, deyilənlərə görə, Şəmkir səhiyyəsində ən çox saxtakarlığa yol verilən sahələrdən biri yalançı xəstəliklər səbəbindən vətəndaşlara əlillik dərəcəsi verilməsi və bunun əsasında həmin şəxslərin qeyri-qanuni etirazına səbəb olan digər məqam isə Şəmkir Rayon Mərkəzi Xəstəxanasının dərman təminatı ilə bağlıdır. Qeyd olunur ki, Səhiyyə Nazirliyi tərəfindən Nurəddin Əhmədovun rəhbərlik etdiyi tibb müəssisəsinə verilən dərman pereparatları baş həkimə, eləcə də onun yaxın adamlarına məxsus olan apteklərdə satışa çıxarılır. Halbuki həmin dərmanlar dövlət tərəfindən şəmkirlilər üçün tam təmənnasız verilib». Bundan başqa, Şəmkir Rayon Mərkəzi Xəstəxanasında «ölü can»ların mövcud olduğunu iddia edən mənbənin sözlərinə görə, adıçəkilən tibb ocağında saxta «xəstəlik tarixləri» açılır, bu yolla da xəstələr üçün ayrılmış ərzaq və dərmanlar mənimsənilir: «Əgər bu gün rayon səhiyyəsinə alınan dərmanların silinmə sənədləri araşdırılsa məlum olar ki, kənd xəstəxana və məntəqələrində dərmanlardan əldə olunan qazanc mərkəzi xəstəxanadan əldə olunandan daha çoxdur. Hamıya məlumdur ki, hələ bir neçə il öncə dövlət xəstəxanalarının, eləcə də poliklinikaların pulsuz tibbi xidmətə keçilməsi haqqında qanun qəbul olunub. Lakin hazırda bu qanun Şəmkir rayonunda yalnız kağız üzərində qaldığından, həmin qanunun tələblərinə əməl olunmur. Nəticədə əhali Nurəddin Əhmədovun rəhbərlik etdiyi tibb ocağına müraciət edərkən göstərilən qeyri-kafi xidmətin müqabilində xeyli pul ödəmək məcburiyyətində qalır». Alimpaşa Məmmədovun Şəmkir Rayon Mərkəzi Xəstəxanasında yaşanan neqativ hallara göz yumduğunu, Nurəddin Əhmədovun yol verdiyi nöqsanları görməzdən gəldiyini bildirən məlumatlı şəxs qeyd edir ki, baş həkim icra başçısı ilə dil tapmağı bacardığından özünü tam təhlükəsiz hiss edir: «Deyilənlərə görə, məhz Alimpaşa Məmmədov və Səhiyyə Nazirliyinin Aparat rəhbəri Zəkiyyə Mustafayevanın himayəsinə arxalanan baş həkim heç kimdən, heç nədən çəkinmədəq əməllərinə davam edir və bu yolla külli miqdarda gəlir götürür. Əgər müvafiq qurumlar Şəmkir Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Nurəddin Əhmədovun fəaliyyətini obyektiv şəkildə araşdırsalar, o zaman onun rəhbərlik etdiyi tibb müəssisəsinin hesabına özünə nəhəng kapital qurduğunun şahidi ola bilərlər».

    rublika.az


    Facebook-da paylaş