• "Qarabağın "müstəqilliyi" faciəvi nəticələrə gətirə bilər"

    "Qarabağın "müstəqilliyi" faciəvi nəticələrə gətirə bilər"

    “Ermənistan qondarma Dağlıq Qarabağ Respublikasının “müstəqilliyini” birtərəfli qaydada tanımaqdan çəkinməlidir”.

    Bu sözləri “RİA Novosti” agentliyinə müsahibəsində Ermənistanın keçmiş prezidenti Levon Ter-Petrosyan deyib.

    "Beynəlxalq ictimaiyyət gec-tez “DQR”in "müstəqilliyini" tanıyacaq".

    O deyib ki, Ermənistan öz hərəkətləri ilə (söhbət Qarabağın “müstəqilliyinin” birtərəfli qaydada tanınmasından gedir) danışıq prosesindən yayınmamalıdır. Əksinə, ATƏT-in Minsk qrupunun danışıq prosesinə tamamilə qoşulmalı və öz hədəfinə çatmaq üçün çalışmalıdır. "Müzakirə olunan “müstəqillik” sənədi üçün heç bir hüquqi əsas yoxdur", - deyə sabiq prezident bildirib.

    Ter-Petrosyan deyib ki, beynəlxalq təşkilatların və heç olmasa, bir-iki fövqəldövlətin dəstəyi olmadan təktərəfli tanıma çətin proqnozlaşdırılan və faciəvi nəticələrə gətirib çıxara bilər.

    “Madrid prinsiplərində sözügedən referendumdan başqa, erməni diplomatiyası “remedial secession” ("qurtuluş olmaq naminə ayrılma") doktrinasından da istifadə etməlidir. Həmin doktrinanın məğzi hər hansı bir ölkənin öz ərazisində yerləşən etno-ərazi azlığın hüquqlarını tapdaması halında meydana çıxır və belə olan təqdirdə beynəlxalq ictimaiyyət icbari şəkildə həmin ərazini sözügedən dövlətdən ayırmalıdır”.(ans)
    Sabiq prezident bildirib ki, beynəlxalq ictimaiyyət gec-tez “DQR”in "müstəqilliyini" tanıyacaq.

    Levon Ter-Petrosyan cəbhə xəttində baş verən gərginliklərdən sonra münaqişənin həllində fəallaşmağa başlayıb. O, bir neçə gün əvvəl Dağlıq Qarabağa səfər etmişdi.

    Ermənistanın ilk prezidenti Levon Ter-Petrosyan Qarabağdakı qondarma rejimin “rəhbəri” Bako Saakyan arasında görüş
    Ermənistan aprel ayında cəbhə xəttində baş verən son hadisələrdən sonra Dağlıq Qarabağın "müstəqilliyini" tanımağa cəhd edib. Amma daha sonra dünya birliyinin və Azərbaycanın təsirləri nəticəsində niyyətində geri çəkilib.

    Ermənistanın baş nazirinin sözçüsü Qoar Poqosyan öz "Facebook" səhifəsində "Ermənistanın Dağlıq Qarabağ Respublikasının müstəqilliyinin tanınması barədə qanun layihəsini" Ermənistan hökumətinin bəyəndiyi barədə məlumatı təkzib edib. "Biz Qarabağın müstəqilliyini dəstəkləmirik".


    Ermənilər Qarabağla bağlı geri addım atdılar

    Hökumətin yekun rəyində qeyd olunur ki, icra orqanı qanun layihəsinin qəbulunu Ermənistanla Dağlıq Qarabağ arasında hadisələrin sonrakı inkişafı, o cümlədən xarici amillər nəzərə alınmaqla müzakirələrin nəticəsi ilə şərtləndirəcək. Başqa sözlə, indiki mərhələdə hökumət Qondarma Dağlıq Qarabağın müstəqilliyinin tanınması barədə qanun layihəsini bəyənməyib”.

    "Ermənistan Qarabağın "müstəqilik" layihəsini Moskva ilə müzakirə etməyib"

    Ermənistan parlamenti də müstəqilliklə bağlı qanun layihəsini mayın 10-na nəzərdə tutulan iclasın gündəliyinə salmayıb.

    Məsələ ilə bağlı ABŞ və Moskvanın da bəyanatları özünü çox gözlətməyib. İlk gün açıqlama verən rəsmi Kreml bu məsələnin Rusiya ilə müzakirə edilmədiyini deyib. Son bir ayda Qarabağ münaqişəsi ilə bağlı dəfələrlə açıqlama verən Dövlət Departamentinin rəsmi nümayəndəsi Mark Toner Vaşinqtonun beynəlxalq ictimaiyyətlə bərabər Dağlıq Qarabağı tanımadığını bəyan edib. ABŞ-ın bu qərarı isə erməniləri olduqca məyus edib.

    Separatçı rejimin tanınması barədə qanun layihəsi “İrs” partiyasından olan deputat Zarui Postancyan və eks-baş nazir, hazırda müxalif “Erməni Milli Konqresi”ndən seçilən deputat Hrant Baqratyan tərəfindən irəli sürülüb.

    Adıçəkilən şəxslər bundan öncə də bir neçə dəfə eyni məsələni qaldırıblar. Lakin hər dəfə uğursuzluğa düçar olaraq geri çəkilməli olublar.

    rublika.az


    Facebook-da paylaş