• Beyləqan rayon İcra başçısı Vaqif Abdullayevin bitib-tükənməyən qanunsuz əməlləri

    Beyləqan rayon İcra başçısı Vaqif Abdullayevin bitib-tükənməyən qanunsuz əməlləri

    Beyləqan rayonunda məmur özbaşınalıqları dözülməz həddə çatıb. Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Abdullayevin bitib-tükənməyən qanundan kənar əməlləri yerli əhalini narazı salmaqla yanaşı, onların yaşayış səviyyəsinə də öz mənfi təsirini göstərib.

    Belə ki, bu gün rayonda yerli sakinlər normal iş tapa bilmirlər. Buna görə də əhalinin bir hissəsi iş ümidi ilə başqa rayonlara və paytaxta üz tuturlar. Az öncə qeyd etdiyimiz kimi, Beyləqanda sosial problemlərin özünü daha qabarıq şəkildə göstərməsi icra başçısının fəaliyyətindəki qüsurlarla birbaşa bağlıdır. Bu haqda mətbuat səhifələrində çox yazılıb. Araşdırmalarımız göstərir ki, Vaqif müəllim rayona icra başçısı keçdikdən sonra büdcədən ayrılan milyonlarla vəsaitin böyük hissəsini təyinatı üzrə xərcləməyib. Əldə etdiyimiz məlumatlara görə, Vaqif Abdullayev Beyləqan Kommunal Təsərrüfat Birliyinin keçmiş rəhbəri Azil Aslanov və Məhəmməd Həsənovla birlikdə saysız-hesabsız qanunsuzluqlara imza atıb% «Rayona ayrılan maliyyə vəsaitləri Həsənova məxsus MMC-lər vasitəsi ilə yuyulub. Başçı Beyləqana gəldikdən sonra Azil Aslanovu şəhər Ərazi İnzibati nümayəndəsi təyin edib. Beləcə adıçəkilən şəxslər rayonun mühüm postlarını ələ keçirərək icra başçısının himayəsi altında talan əməliyyatına start veriblər. Maliyyə maxinasiyalarının qanuniləşdirilməsini isə Məhəmməd Həsənov həyata keçirir.(gundelik-baku)Onun bir neçə MMC-si var. Maxinasiyaya cəlb olunan şirkətlərdən biri Atamoğlan Məmmədov adlı şəxsin adına qeydiyyatdan keçən "Mirdamət-2008” MMC-dir. 2013-cü ildə Beyləqan rayon Mədəniyyət və Türizm Şöbəsinin təmirini və şəhərin abadlaşdırılması üçün "Mirdamət-2008” MMC-yə üst-üsta 300 min manatdan çox vəsait ayrılıb. Deyilənə görə, icra başçısının göstərişi ilə "Mirdamət-2008” MMC şirkətinə ayrılan pul sadəcə hesabdan hesaba köçürülüb və bankdan çıxarılaraq nəqdləşdirilərək məlum şəxslərin arasında bölüşdürülüb. Bunun müqabilində isə icra başçısı köçürtmə əməliyyatında iştirak edən şirkətə 16 faiz «əməliyyat haqqı»verib. 2014-cü il üçün isə Beyləqan rayon büdcəsi üçün nəzərdə tutulan vəsaitdən Beyləqan şəhərinin daxilinin abadlaşdırılması, tikintisi və səkilərin yenilənməsi, işıq dirəklərinin dəyişdirilməsi və sair işlər üçün "Mirdamət-2008” MMC-yə 240 min manat ayrılıb. Bu vəsaitin də yarıdan çoxu mənimsənilib və ayrılan vəsaitin yalnız 13 faizi "Mirdamət-2008” MMC-nin gördüyü işlərə yönəlib. Məlumatda bildirilir ki, Mədəniyyət və Turizm şöbəsinin baş mühasibi işləyən Məhəmməd Həsənova məxsus "Elmir-Murad” MMC də bir sıra layihələrin icrasında iştirak edib: «Bu şirkət kənd klublarının, mədəniyyət evlərinin, kitabxana binalarının cari təmiri üçün ayrılan vəsaitlərin böyük qismini göyə sovurub. Məsələn, ötən il mədəniyyət və turizm şöbəsinə ayrılan 120 min manat Məhəmməd Həsənova məxsus "Elmir-Murad” müəsissəsinə verilib. Ayrılan vəsaitlər isə həmişəki kimi Təzəkənd, Bolsulu, Milabad, Kəbirli, Dünyamallar, Əlnəzərli, Qəhrəmanlı və digər kəndlərdə yerləşən kitabxanaların, mədəniyyət evlərinin, klubların "cari təmiri”nə, həmçinin digər avadanlıqların alınmasına "xərclənib»». Araşdırmalar göstərir ki, Beyləqan rayonunda təmir-tikinti layihələrinin bir çoxu tendersiz həyata keçirilir. Məsələn, Bir müddət əvvəl icra başçısı «İSPİK» şirkətinin sahibi Qabil Mustafayevi qəbul edib və Beyləqanda olanda stadionun bərpa işlərini onlara təklif edib. Qarşı tərəf bu təklifi qəbul edib. 2014-cü ilin aprel ayında bərpa işlərinə başlanıb. Məlumata görə, şirkət icra başçısına 895 min manatlıq smeta təklif edib və Vaqif Abdullayev bununla razılaşıb. Amma maraqlıdır ki, tərəflər arasında heç bir rəsmi müqavilə imzalanmayıb və şirkət 2014-cü ilin aprelində işə başlayaraq iyun ayında işi yekunlaşdırıb. Sonda isə icra hakimiyyəti tərəfindən şirkətə vəd edilən 895 min manatın əvəzində 632 min manat verilib. Satınalmalar üzrə Dövlət Agentliyinin rəsmi internet səhifəsindəki 2014 və 2015-ci illər üzrə rəsmi hesabatlarda Beyləqan rayon İcra Hakimiyyətinin büdcə vəsaitlərinin qanunun tələblərinə uyğun olaraq necə xərclənməsinə dair rəqəmlərdən məlum olur ki, Beyləqan Mərkəzi Stadionunun əsaslı təmirinə dair bir maddə belə yoxdur. Elə bu yeyintilərin nəticəsində istifadəyə verilən rayon mərkəzi stadionu bir müddət sonra çökdü. Əslində, çökən təkcə stadion yox, dövlət büdcəsinin pulları idi. Maraqlıdır ki, bu qədər yeyinti faktlarına və şikayətlərə baxmayaraq, Vaqif Abdullayev qanunsuz əməllərindən əl çəkmək bilmir ki, bilmir. Rayondan gələn məlumatlar isə belə deməyə əsas verir ki, artıq beyləqanlıların səbr etməyə dözümü qalmayıb. Əgər Vaqif Abdullayev və ona yaxın olan məmurlar dövlət büdcəsinin vəsaitlərini dağıtmaqdan, insanları incitməkdən və onlara əlavə problemlər yaratmaqdan əl çəkməsələr, rayonda vəziyyət qəlizləşə bilər. Odur ki, icra başçısı özbaşına əməllərinə dərhal son qoymalıdır.

    rublika.az


    Facebook-da paylaş