• Texniki Universitetdə rektor Havar Məmmədovun SƏRGÜZƏŞTLƏRİ - Universitetə ayrılan pullar Novxanıda necə peyda oldu?

    Texniki Universitetdə rektor Havar Məmmədovun SƏRGÜZƏŞTLƏRİ - Universitetə ayrılan pullar Novxanıda necə peyda oldu?

    Rektor Havar Məmmədovun «sağ əli» olan Zakay təhsil ocağında xüsusi qaydalar yaradıb

    Hələ bir müddət əvvəl universitetlərdə durumun faciəvi olduğu barədə məlumat vermişdik. Bu yaxınlarda Dövlət Neft və Sənaye Universitetinin bir qrup tələbəsi rektor Babanlıdan şikayətçi düşərək, oxuduqları təhsil ocağında bazar açıldığını vurğulamışdılar. Analoji durum Azərbaycan Texniki Universitetdə də (ATU) yaşanır. Sadəcə, forma və məzmunda bir qədər fərq olmaqla.

    Universitetdə Zakay «sindromu»

    ATU-nun əsas fiqurlarından biri Zakay adlı şəxsdir. Universitetin Tədris Hissə müdiri olaraq çalışan sözügedən şəxs, həmçinin rektor Havar Məmmədovun da «sağ əli» hesab olunur. Zakay dekanlardan tutmuş, müəllimələrə qədər hər kəsə nəzarət etmək hüququna sahibdir. Eyni zamanda, imtahan vaxtı qiymətləri müəyyənləşdirmək, pulları yığmaq da onun səlahiyyətində olan məsələdir.
    Əldə etdiyimiz məlumata görə, Havar Məməmmədovun «sağ əli» olan Zakay müəllim yay imtahan sessiyası dövrü üçün qiymətləri 200-300 manat aralığında müəyyən edib. Belə ki, ATU-da da digər universitetlərdə olduğu kimi, Boloniya sisteminə keçilib. Və tələbələrə qarqı tələ kimi istifadə olunur. Zakay müəllim isə təmsil etdiyi universitetdə konkret qiymət müəyyənləşdirib və həmin məbləği ödədikdən sonra imtahan verib, keçid balını toplamaq mümkündür. Pul verməyənlər isə 1 və ya 2 balla «ilişib» qalır, sonra da kredit ödəməklə bu «bəla»dan yaxasını qurtara bilmir.

    Universitetin təmiri niyə yarımçıq qaldı?

    ATU-nun təmir-bərpa işlərinin yarımçıq qaldığını görmək üçün bircə dəfə universitetin yanından keçmək kifayətdir. Bir neçə ildir davam edən, hələ də başa çatmayan prosesin nəylə bağlı olduğu hələ də bir çoxlarıyçun müəmma olaraq qalıb.
    Araşdırmalarımız zamanı bir müddət əvvəl məlum olmuşdu ki, burada problemin kökündə dayanan əsas amil maliyyə çatışmazlığıdır. Amma maraqlıdır ki, ATU-ya təmir-bərpa işləri üçün külli miqdarda pul da ayrılmışdı. Bəs, belə olan təqdirdə, hansı maliyyə çatışmazlığından sözbət gedə bilər?
    Araşdırmamız zamanı məlum olub ki, ATU-da binanın təmir işləri iki hissəyə bölünüb. Birincisi, binanın daxilinin təmir edilməsidir ki, həmin proses üzrə tenderi keçmiş deputat Xəlilbəy Günəşovun şirkəti udub.(jam.az)İkincisi isə binanın fasad işlərinin təmiridir ki, bu tender idə Prezidentin iqtisadi məsələlər üzrə müşaviri Əli Əsədovun himayəsində olan «Azimport» şirkəti reallaşdırıb. Amma binanın nə daxili, nə də xaricindəki təmir işləri başa çatmayıb və belə davam edərsə, başa çatacağı da inandırıcı görünmür.Bir müddət əvvəl bununla bağlı məlumat daxil olmuşdu ki, Havar Məmmədov təmir işlərini həyata keçirmək üçün tələbələrin təqaüdlərinin 3 aylıq hissəsini verməyib. Hətta məsələylə ballı redaksiyamıza müraciət edən tələbələr də bəyan edirdilər ki, aldıqları 80-100 manatla güzaranlarını qismən qura bildikləri halda, həmin imkanları əllərindən alınıb. Ancaq universitetin mühasibatlığından açıqlama verildi ki, belə bir hal yoxdur, hətta aprelin pulu belə tələbələrin hesabına köçürülüb.
    Bunu xatırlatmaqda məqsədimiz odur ki, Havar Məmmədov binanın təmiri üçün maliyyə axtarır və çıxış yolunu tələbələrin cibində görüb. Amma həmin işlər üçün ayrılmış milyonlarla manatın aqibətinə aydınlıq gətirmək istəmir.

    Novxanıda tikilən villa

    ATU-nun rektoru Havar Məmmədovun fasad işləri üçün ayrılmış pulların niyə çatmadığı barədə açıqlama verməməsi anlaşılandır.Məsələni araşdırarkən maraqlı bir çox məqamların üzərini açıb. Məlum olub ki, ATU-nun təkcə fasad işləri üçün ayrılmış pulun böyük bir qismi elə rektor Məmmədovun şəxsi məqsədlərinə sərf olunub.
    Belə ki, həmin pullarla Havar Məmmədova Novxanı yolunun üzərində çoxmərtəbəli villa inşa edilib. Yəni, «Azimport» şirkətinə ayrılmış pullar dədə malı kimi yarı bölünüb. Beləliklə də tərəflər arasında nə təmir işlərinə, nə də başqa işlərə ehtiyac qalmayıb.

    ANONS

    - ATU-da fəaliyyət göstərən iki qruplaşmanın başında kimlər dayanır?
    - Havar Məmmədov MTN-in tələsinə necə düşüb?
    - Özünü həbsxanada asan keçmiş MTN polkovniki İlqar Əliyev ATU-nun rektoruna kimi tapşırıb?
    - MTN-in adamı olan Namiq adlı şəxs kimdir?
    - Yığılan milyonlarla manat vəsait hara gedir?
    - Havar Məmmədovun biznesini nələr əhatə edir?
    Bu və digər maraqlı məsələlərlə bağlı növbəti günlərdə geniş yazımış olacaq.


    Rublika.az


    Facebook-da paylaş