Ermənistanda yüksək rütbəli məmurlar tutuldu
Ermənistan Səhiyyə nazirliyinin üç yüksək rütbəli məmuru saxlanılıb. Bu barədə Ermənistan İstintaq Komitəsi xəbər verib.
Verilən məlumata görə, səhiyyə nazirliyinin nəzdində fəaliyyət göstərən Dövlət agentliyinin rəisi Saro Tsaturyan, agentliyin İrəvan şəhər mərkəzinin rəisi Arsen Sedrakyan və sabiq tibb xidmətləri üzrə rəis Samvel Xarazyan xidməti vəzifələrindən sui-istifadə etməkdə şübhəli bilinirlər. Saxlanılanlar saxta sanatoriya putyovkalarının hazırlanması və satışı ilə məşğul olublar.
Son iki ay ərzində Ermənistan hakimiyyətində rüşvət alma və vəzifəsindən sui-istifadə hallarına görə bir neçə yüksək rütbəli məmur və hərbçi vəzifəsindən azad olunub.(ans)
İyunun 7-də Ermənistan Mülki Aviasiyasının Baş İdarəsinin rəhbəri Artyom Movsesyan vəzifəsindən kənarlaşdırılıb. Bu barədə ölkənin "Qraparak" qəzeti xəbər yayıb. Qəzet yazıb ki, bir gün əvvəl nəşrdə dərc olunan informasiyanı Mülki Aviasiya Baş idarəsi təkzib etməyib. O, rüşvət almaqda ittiham olunur.
Ermənistanın yüksək rütbəli hərbçiləri həbs edildi
Bir neçə gün əvvəl erməni polkovnik-leytenant Şant Avetisyan rüşvət aldığı üçün həbs edilib. O, 5000 dollar rüşvət alarkən saxlanılıb. Mayın 20-dən bəri Serj Sarkisyanın əmri ilə Ermənistanın müdafiə nazirinin müavini, müdafiə nazirinin maddi-texniki təchizat üzrə müavini Alik Mirzəbekyan, baş qərargahın kəşfiyyat idarəsinin rəisi general-mayor Arşak Karapetyan, rabitə qoşunlarının və avtomatik idarəetmə sistemlərinin rəisi, general-mayor Komitas Muradyan, ordumuz tərəfindən dağıdılan Madagiz polkunun komandiri, polkovnik Arutyun Əmirxanyan vəzifəsindən azad edilib.
Həmçinin ordunun generalı Melsik Çilingəryan vəzifəsindən azad olunduqdan sonra polkovniklər Armen Markaryan və Mqer Papyan vəzifə başında həbs ediliblər. Mayın 18-də isə Ermənistan silahlı qüvvələrinin polkovniki David Abrahamyana vəzifəsindən sui-istifadə etmə maddəsi ilə cinayət işi açılıb.
rublika.az
Facebook-da paylaş