• BŞDYPİ-nin «fenomen» adamı: RƏŞADƏT BABAYEV

    BŞDYPİ-nin «fenomen» adamı: RƏŞADƏT BABAYEV

    250 min manatlıq «besedka»da dincələn Bakı Alayının rəisi «sərxoş sürücü» biznesinin başında dayanır

    Ötən gün Bakı Şəhər Baş Dövlət Yol Polisi İdarəsində (BŞDYPİ) «sərxoş sürücü» biznesinin mövcud olduğu, il ərzində milyonlarla manat pul qazanıldığı barədə məlumat vermişdik. Həmin məlumatlarda aparılan müqayisələndirmə də təsdiqləyirdi ki, Alkoqol Sərxoşluğunun Müayinə Məntəqəsinin statistikası ilə BŞDYPİ-nin açıqladağı rəqəmlər arasında təxminən 70 faizlik fərq var.

    İdeya müəllifi kimdir?

    Məsələ ilə bağlı apardığı araşdırlamalar zamanı ortaya çıxan məqamlarda o qədər ilginc tərəflər var ki, saymaqla bitən deyil. Məsələ odur ki, «sərxoş sürücü» biznesi ideyasının müəllifi elə də kiçik fiqur deyil. Bakı Alayının rəisi Rəşadət Babayev sözün həqiqi mənasında bu məsələdə «fenomen» sayıla bilər.(jam.az)Bir müddət Baş Dövlət Yol Polisi İdarəsində (BDYPİ) işləyən, lakin «ideya»larını həyata keçirməyə macal verilməyən Babayev, sonradan yeznəsi, deputat Eldar İbrahimovun sayəsində BŞDYPİ-yə transfer olunub. Arxasında dayanan güclü adamın sayəsində karyera sahibi olan Babayev, qısa müddətdə Nuşirəvan Səfərovun da «gözünə girməyə» nail olub. İş o həddə çatıb ki, yeni-yeni «ideya»ların həyata keçirilməsi də bütünlüklə ona həvalə edilib.
    «Sərxoş sürücü» biznesinin formalaşdırılması, araya-ərsəyə gətirilməsi, habelə qazanc yerinə çevrilməsi də Rəşadət Babayevlə bağlıdır. Onun ən incə detallarına qədər hazırlayıb, ortaya çıxaraq bu şəxsin sayəsində bu gün BŞDYPİ rəhbərliyi il ərzində milyonlara sahib olur. Elə Rəşadət Babayevin özünü də kasıb saymaq ağılsızlıq olardı. Çünki onun da imkanları həddindən artıq böyükdür.

    250 min manata «besedka»

    Araşdırmaları zamanı məlum olub ki, Bakı Alayının rəisi Rəşadət Babayevin maliyyə imkanları həddindən artıq böyükdür. Onun Bakıda bir xeyli obyektinin və evlərinin olmasına dair məlumatlar var və hazırda tərəfmizdən yerləri müəyyənləşdirilməkdədir. Amma bu şəxsin maddi imkanlarını ehtiva edən bir başlıca məqam daha var.
    Əldə etdiyimiz məlumatlara görə, Rəşadət Babayev bağ evlərindən birində həddindən artıq bahalı «besedka» quraşdırıb. İddia edilir ki, alay komandiri həmin istirahət guşəsini hazırlatmaq üçün düz 250 min manat xərc çəkib. Üstəlik, bu işi görən ustalara da xüsusi imtiyazlar tanıyıb. Babayevin «besedka»sının bu qədər baha olmasının səbəbi istifadə olunmuş materallarla bağlıdır. Belə ki, həmin istirahət guşəsinin söykənəcəkləri, tutacaqları və bəzi yerləri qızıldan hazırlanıb. Bəzi hissələri qızıldan olmasa da, qızıl suyuna salınıb. Aylın əmək haqqısı 1000-2000 manat aralığında dəyişən Alay komandirinin bu qədər geniş maddi imkanlara sahib olmasının səbəblərini izah etməyə isə gərək yoxdur.
    Qeyd edək ki, Babayevin bağındakı «besedka»nın fotoları əlimizdə olsa da, onlarla bağlı bəzi dəqiqləşdirmələr aparıldıqdan sonra yayımlanmasını nəzərdə tutmuşuq.

    «Hal şahidi» oyunu

    Ötən yazımızda Alkoqol Sərxoşluğunun Müəyyən Edilməsi Məntəqəsində hal şahidləri ilə bağlı məsələyə toxunmuşduq. Bununla bağlı aparılan araşdırma zamanı ortaya çıxan ilginc məqam hal şahidlərinin ümumiyyətlə olmamasıdır. Belə ki, sərxoş halda saxlanınan sürücünün məntəqədə içkili vəziyyətdə olduğunu müəyyən etmək üçün aparılan analizlərlə yanaşı, DYP əməkdaşları həm də prosesi hal şahidlərinin iştirakı ilə həyata keçirməlidirlər. Qanunlara əsasən ən azı 4 hal şahidi olmalıdır ki, yazılmış protokol təsdiqlənsin və əsaslı hesab edilsin.
    Yenə qanunlarımıza əsasən hal şahidi qismində polis əməkdaşı çıxış edə bilməz, onlar yalnız mülki şəxslər ola bilərlər. Elə bununla bağlı BŞDYPİ-nin yayımladığı görüntülərdən də aydın görünür ki, məntəqədə sərxoş sürücülərlə bağlı rəy verilərkən, yalnız polislər görünür, hal şahidlərindən isə xəbər yoxdur. Amma məntəqənin qeydiyyat kitabında onlarla hal şahidinin adı var. Bəs, onlar kimdirlər?
    DYP işçiləri etiraf ediblər ki, sərxoş vəziyyətdə olan sürücünü saxlayandan sonra onları qeydiyyata almaq üçün sözügedən məntəqəyə apardıqda heç bir hal şahidindən istifadə etmirlər. Daha doğrusu, kitaba elə öz qohum-əqrəbalarının adlarını yazdırıb, onları hal şahidi olaraq göstərirlər. DYP əməkdaşları bildirirlər ki, bunu etməkdə məqsədləri bir neçə yerə bölünür. Birincisi, hətta ayıq vəziyyətdə saxladıqları sürücünün məhkəmədə üzünə duran adamların özlərinki olmasıdır ki, sonra sürücü boyun qaçıra bilməsin və məhkəmə «hal şahid»lərinin dediklərini əsas götürüb, qərar çıxarsın. İkincisi isə saxlanılma saxlanılma zamanı 4 hal şahidinin tapılmasının problem olduğunu nəzərə alaraq, öz qohumlarının adlarını qeydiyyata saldırırlar ki, qanunvericiliyi «pozmasınlar».

    rublika.az


    Facebook-da paylaş