• Xırda məmurdur, amma Sabunçunu bir-birinə qatıb -Sabunçu Mənzil Kommunal Təsərrüfat Birliyindən NARAZILIQ

    Xırda məmurdur, amma Sabunçunu bir-birinə qatıb -Sabunçu Mənzil Kommunal Təsərrüfat Birliyindən  NARAZILIQ

    Oruc Qaraş oğlu Əhmədovun rəisi olduğu Sabunçu Mənzil Kommunal Təsərrüfat Birliyi (MKTB) ilə bağlı son zamanlar müxtəlif səpkili informasiyalar dolaşmaqdadır. Belə ki, adıçəkilən qurumun fəaliyyətində çoxsaylı nöqsanların, neqativ halların müşahidə olunduğunu vurğulayan məlumatlı şəxsin saytımızla paylaşdığı bilgilərdə deyilir ki, hazırda Sabunçu MKTB-nin işində ciddi çatışmazlıqlar mövcuddur. Oruc Əhmədovun rəhbərlik etdiyi qurumun tabeliyində olan mənzil kommunal istismar sahələrinin Sabunçu sakinlərinə əlavə problemlər yaratdığını, üzərinə düşən işləri lazımı səviyyədə icra etmədiklərini qeyd edən mənbənin sözlərinə görə, Sabunçu Mənzil Kommunal Təsərrüfat Birliyində vətəndaşların şikayətlərinə vaxtlı-vaxtında baxılmır: «Deyilənlərə görə, dövlət büdcəsindən Sabunçu Mənzil Kommunal Təsərrüfat Birliyinə ayrılan vəsaitlər təyinatı üzrə xərclənmir, bu məsələdə bir sıra əyrintilərə yol verilir. Vətəndaşlar müraciət etdikdə isə Oruc Əhmədov hər dəfə «büdcədə pul yoxdur» deyib vətəndaşları yola salır. Onu da qeyd edim ki, Sabunçu Mənzil Kommunal Təsərrüfat Birliyinin rəisinin imkanları həddindən artıq genişdir və o, bütün bu imkanları məhz himayəsində olduğu nüfuzlu şəxslərdən birinin sayəsində əldə edib. Ümumiyyətlə, rəhbərlik etdiyi qurumu istədiyi kimi idarə edən Oruc Əhmədov himayədarına arxalanaraq hər il dövlətin yüz min manatlarla vəsaitini müxtəlif işlərin görülməsi adı altında mənimsəyərək öz şəxsi biznesini çiçəkləndirməklə məşğul olub. Dəfələrlə icra başçısı onu vəzifəsindən uzaqlaşdırmaq istəsə də sonda buna gücü çatmayıb. Çünki Sabunçu Mənzil Kommunal Təsərrüfat Birliyinin rəisinin himayədarı kifayət qədər nüfuzlu və yetərincə təsir imkanı olan birisidir». Oruc Əhmədovun paytaxtın müxtəlif rayonlarında obyektlərə və çoxlu sayda mənzillərə sahib olduğu iddia edən məlumatlı şəxs bildirir ki, Sabunçu Mənzil Kommunal Təsərrüfat Birliyinin rəisinin mal varlığı milyonlarla manatın üzərindədir: «Deyilənlərə görə, onun sərvəti bəzi oliqarxların mal varlığından heç də geri qalmır. Belə ki, Oruc Əhmədov Sabunçu rayonunda onlarla biznes obyektinin ya sahibi, ya da şərikidir. Nəzərinizə çatdırım ki, Sabunçu Mənzil Kommunal Təsərrüfat Birliyinin rəisi sahibi və ya şəriki olduğu obyektlərin əksəriyyətini müxtəlif şəxslərə icarəyə verib. Bildirilir ki, Oruc Əhmədovun ən kiçik obyektinin aylıq kirayə haqqı 1500-2000 manatdır. Bütün bunlar bir daha onu deməyə əsas verir ki, Sabunçu Mənzil Kommunal Təsərrüfat Birliyinin rəisi büdcə vəsaitləri hesabına özünə külli miqdar sərvət toplamağa müvəffəq olub». Bu arada, mövzu ilə bağlı əldə etdiyimiz məlumatlarda həmçinin, o da qeyd olunur ki, Oruc Əhmədovun rəisi olduğu Sabunçu Mənzil Kommunal Təsərrüfat Birliyi müxtəlif yollara baş vuraraq vergidən yayınır. Belə ki, ötən ilin fevral ayının 4-ə olan borclu vergi ödəyicilərinin siyahısı Vergilər Nazirliyinin saytında yerləşdirilib. Həmin məlumatda qeyd edilib ki, Bakı şəhərinin bir sıra rayonları kimi Sabunçu rayon Mənzil Kommunal Təsərrüfatı Birliyi də vergi borcunu ödəmir.(gundelik-baku) Bundan başqa, Oruc Əhmədovun vətəndaşların problemlərilə maraqlanmaq, onları həll etmək, yaranmış nöqsanları aradan qaldırmaq əvəzinə onun qəbulunda olan insanlarla saymazyana davrandığını deyən məlumatlı şəxs iddia edir ki, Sabunçu Mənzil Kommunal Təsərrüfat Birliyinin ərazisindəki zibil qutuları ağzınadək dolub daşır: «Deyilənlərə görə, əsasən yay aylarında bu cür vəziyyət, yəni zibillərin vaxtında təmizlənməməsi rayon ərazisiqdə anti-sanitariyanın yaranmasına gətirib çıxarır. Lakin hələ də yaranmış vəziyyətə bir əncam çəkən, problemi həll edən yoxdur. Görünür, sakinlər anti-sanitariya ilə üz-üzə qalması Sabunçu Mənzil Kommunal Təsərrüfat Birliyinin rəisi Oruc Əhmədov üçün bir o qədər də əhəmiyyətli deyil…»

    rublika.az


    Facebook-da paylaş