• Türkiyədə 2700 hakim istefa verdi

    Türkiyədə 2700 hakim istefa verdi

    16:11 / Hakimlər istefa verdi

    Türkiyədə dövlət çevrilişinə cəhddən sonra 2700 hakim vəzifəsindən azad edilib.
    Bu barədə Anadolu agentliyi xəbər yayıb.


    Rəsmi məlumata görə, həbs edilən hərbçilərin sayı 2900-ə çatıb.

    14:21 / Binali Yıldırım ölüm cəzası haqqında

    Türkiyədə ölüm cəzasının bərpa edilməsinə dair danışıqlar başalaya bilər. ANS PRESS-in məlumatına görə, Ankarada mətbuat kofransında jurnalistin sualını cavablandıran baş nazir Binali Yıldırım deyib ki, Türkiyənin
    Konstitusiya şurası dövlət çevrilişinə cəhdindən sonra ölüm cəzasının tətbiqinə yenidən baxılacaq.


    Ankaradakı mətbuat konfransı
    13:34 / Baş nazir açıqlama verdi

    Türkiyədə Hərbi çevrilişin qurbanlarının sayı 161 nəfərə çatıb. ANS PRESS-in məlumatına görə, bu barədə Baş qərargah rəisi Hulusi Akar ilə birgə Ankarada baş tutan mətbuat konfransında Türkiyənin Baş naziri Binali Yıldırım deyib.

    "Bu üsyan yatırılıb, amma şəhidlərimiz var. Hazırda olan məlumata görə, onların sayı 161-dir, yaralıların sayı 1440 nəfər təşkil edir."

    Baş nazir həmçinin qeyd edib, dövlət çevrilişinə cəhddə şübhəli bilinən 2839 nəfər hərbçi saxlanılıb.


    Binali Yıldırımın sözlərinə görə, bu Türkiyə demokratiyası tarixində ən böyük dövlət çevrilişi cəhdidir. "Amma ölkə nəzarət altındadır. Həbs edilənlər və axtarışlar var. Çox gözəl bir çalışma örnəti göstərilib. Rəcəb Tayyib Ərdoğan da deyib ki, ölmək var dönmək yoxdur. Bir bədəl ödəniləcəksə biz ödəcəyik” -deyə Yıldırım bildirib.

    Daha əvvəl Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi əvəzi, 1-ci ordunun komandanı, ordu generalı Ümit Dündar məlumat verib ki, qiyamçılarda 104 nəfər öldürülüb.


    Türkiyənin baş naziri və Baş Qərargah rəisi
    12:14 / Çevrilişə cəhd alınmadı

    Türkiyədə dövlət çevrilişin qarşısı alınıb.

    ANS PRESS-in Hürriyətə istinadən verdiyi məlumata görə, Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi əvəzi, 1-ci ordunun komandanı, ordu generalı Ümit Dündar deyib ki, prezidentin, baş nazirin, TBMM-nın və Türkiyə Silahlı Qüvvətlərinin bir-birinə dəstəyi ilə demokratiya və hüququn tərəfində duraraq bu çevrilişin qarşısı alınıb.

    Dündarın sözlərinə görə, Türkiyədə baş vermiş hərbi çevriliş cəhdi zamanı 41 polis, 2 hərbçi və 47 mülki şəxs, ümumilikdə 90 nəfər həlak olub.

    Ü. Dündar 104 qiyamçı hərbçinin öldürüldüyünü bildirib. O, çevriliş cəhdinin qarşısının alındığını bəyan edib.

    11:26 / Generallara qarşı cinayət işi

    Türkiyədə dövlət çevrilişinə cəhd edən hərbçilərlə bağlı vətənə xəyanət maddəsi ilə cinayət işi açılıb.

    ANS PRESS-in Milliyətə istinadən verdiyi məlumata görə, vətənə xəyanət maddəsi ilə ittiham olunan şəxslər arasında sabiq Hərbi Havva Qüvvətləri komandanlığının generalı Akın Öztürk və Xəbərləşmə və Dəstək Təhsili Komandiri General-leytenant Mətn İyidil də var.


    İttiham edilən generallar
    10:12 / Həbs edilənlərin sayı artır

    Türkiyənin Daxili İşlər Nazirliyi həbs edilən hərbçilərin rəsmi sayını açıqlayıb.

    Rəsmi olaraq 336 nəfər həbs edilib. Qeyri-rəsmi məlumatlara görə isə bu rəqəm iki dəfə çoxdu - 734.

    Eyni zamanda hökümət qüvvələrinə təslim olan qiyamçı əsgərlərin görüntüləri yayılıb.

    Əsgərlər Boğaziçi körpüsündə təslim olublar.

    Təslim olan əsgərlərin üzərində axtarış aparılıb.


    9:37 / Onu təhlükəsiz yerə aparıblar

    Türkiyənin baş qərargah rəisi Hulusi Akarın girovluqdan azad edildiyini bildirilir.

    Qərargah rəisi Akıncılar Hava Bazasına həyata keçirilən əməliyyat zamanı azad edilib.

    Akarın təhlükəsiz bir yerdə olduğunu deyilir.

    Türkiyə polisi 16 əsgərin öldürülməsi barədə məlumat yayıb.

    “Milliyət” saytına istinadla verilən məlumata görə, əməliyyat Jandarma Ümumi Komandirliyində həyata keçirilib.

    Həmçinin 200 nəfərin həbs edildiyi bildirlir.
    Silahlı toqquşmanın sona çatmaq üzrə olduğu barədə də məlumatlar yayılıb.

    9:31 / 200-dən çox hərbçi həbs edildi

    Türkiyə polisi 16 əsgərin öldürülməsi barədə məlumat yayıb.

    Əməliyyat Jandarma Ümumi Komandirliyində həyata keçirilib. Jandarma Ümumi Komandirliyi qiyamçılardan azad olunub.

    Həmçinin 200 nəfərin həbs edildiyi bildirlir.

    Silahlı toqquşmanın sona çatmaq üzrə olduğu barədə də məlumatlar yayılıb.

    9:28 / Baş nazir məlumatı təsdiqlədi

    Türkiyə dövlət çevrilişinə cəhd edən ordu rəsmilərinin həbsinə başlanılıb.

    Artıq Silahlı Qüvvələrinin 5 generalı və 29 polkovniki saxlanılıb.

    Hələ də Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Hulusi Akarın yeri məlum olmadığı üçün onun vəzifəsini icra etmək başqa generala tapşırılıb.

    Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahı rəisi vəzifəsini icra etmək üçün I Ordu Komandanı, ordu general Ümit Dündar təyin edilib.

    Bu barədə Türkiyənin baş naziri Binali Yıldırım TRT-də çıxışı zamanı deyilib.

    rublika.az


    Facebook-da paylaş