45 saniyəlik zəlzələ: 17 min insan qurban getdi
Türkiyədə baş vermiş 17 avqust Mərmərə zəlzələsindən 17 il ötür.
1999-cu il avqustun 17-də Türkiyənin Mərmərə bölgəsində baş vermiş 7,5 bal gücündə zəlzələdən 17 il ötür.
Bu gün zəlzələ olan bölgələrdə - Kocaeli, Gölcük, Adabazarı, İstanbul, İzmir və İzmitdə hadisə zamanı vəfat edənlərin anım mərasimi təşkil edilib.
Qeyd edək ki, 45 saniyə çəkən zəlzələ nəticəsində 17 min 480 nəfər həyatını itirib. 23 min 781 nəfər yaralanıb, 505 nəfər şikəst qalıb.
Rublika.az
Facebook-da paylaş