• Dələduzluq faktlarına görə sorğulanacaq icra başçısı “cadu-piti” ilə ağız "bağlatdırır"...

    Dələduzluq faktlarına görə sorğulanacaq icra başçısı “cadu-piti” ilə ağız "bağlatdırır"...

    Artıq xeyli müddətdir ki, adı "vurulmuş” MTN çetesində hallanan, Ağdam ictimaiyyəti tərəfindən ciddi şəkildə qınaq obyektinə çevrilmiş rayon icra başçısı Raqub Məmmədovun paytaxta çağrıldığı və sorğulandığı bildirilir.

    Raqub Məmmədov məhz bəzi dostlarının köməkliyi ilə rayona icra başçısı təyin olunmuşdur. Raqub Məmmədovun Ağdam təhsilinə zərbəsi kimi başçının Mətanət Misirxanova ilə razılaşaraq onu Təhsil şöbəsinin müdir vəzifəsinə gətirməsi olub. Daha sonra növbə səhiyyəyə çatır. Ağdam Rayon Xəstəxanasının baş həkimi Gülnar Abbasovanı hədəfə götürür, onun barasində özünə yaxın media orqanlarına davamlı olaraq kompromat ötürür. Nəhayət istədiyinə nail olur. Az sonra Ağdamda Raqub Məmmədovun qardaşı Şahin Məmmədovun Ağdam rayon Mərkəzi Xəstəxanasının baş həkimi vəzifəsini ortalığa çıxardığı baradə söhbətlər dolaşmağa başlayır. Nəhayət 09 yanvar 2016-cı il tarixində Ağdam rayon Mərkəzi Xəstəxanasına baş həkim təyin edilir. Yeni baş həkim isə Haqverdiyev Bəxtiyar Davud oğlu bundan öncə Yevlax rayon Mərkəzi Xəstəxanasının cərrahiyə şöbəsinin müdiri vəzifəsində işləyirmiş. Əslən Xocalıdan olan Bəxtiyar Haqverdiyevin baş həkim postuna təyinat ala bilməsində isə icra başçısı Raqub Məmmədovun qardaşı, Yevlax rayon Polis Şöbəsi rəisinin müavini Şahin Məmmədovun xüsusi rolunun olduğu deyilir. Ağdam RİH başçısı Bəxtiyar Haqverdiyevin Ağdam rayon xəstəxanasının baş həkimi təyinatına nail olmaq üçün bir dəfə Səhiyyə Nazirliyinə təqdimat göndərsə də onun namizədliyi təsdiqlənməmişdi. Buna baxmayaraq inadından dönməyən Raqub Məmmədov yanvar ayının əvvəlində bu məsələni çözməyi bacarıb. Sonda xatırladaq ki, buna qədər mətbuatda icra başçısı və qardaşının baş həkim vəzifəsini nələrin müqabilindəsə təklif etməsi haqda iddialar səslənib. Bəxtiyar Haqverdiyevin həmin vəzifəyə ikinci cəhddə təyinatı isə Məmmədov qardaşlarının maddi umacaqlarının təmin olunması ehtimalını gücləndirir.(gundelik-baku)Redaksiyamıza daxil olan başqa məlumatda deyilir ki, Ağdam icra başçısı rayondakı abadlıq işlərini tələbə yoldaşı ilə xalası oğluna həvalə edib. Ağdamdan daxil olan məlumata görə rayonda “təkrar” abadlıq işlərinə başlayana qədər icra başçısı bu işləri öz yaxın adamlarına həvalə edir. Bildirilir ki, icra başçısı Raqub Məmmədov rayondakı təmir-tikinti, abadlıq-quruculuq işlərini tələbə yoldaşı Tahir Əliyevə və Xıdırlı kəndindən olan xalası oğlu Adil adlı şəxsin şirkətlərinə verir. Tahir Əliyevlə bağlı məlumatda bildirilir ki, bu "kiçik iş adamı" keçmiş icra başçısı Nizami Sadıqovun dövründən rayondakı abadlıq tikinti işləri ilə məşğul olurdu: "Tahir Əliyev Nizami Sadıqovun dövründə o qədərdə böyük tenderlərin qalibi ola bilmirdi. İndi yeni icra başçısı Raqub Məmmədovun sayəsində dəyəri yüz min manatlarla ölçülən iri layihələr həyata keçirtməyə başlayıb. “Ağdam-1” MMC, “Ayaz-A” MMC, “Quzanlı-1” MMC, “Aysu-2007” MMC, “Tikinti-2011” MMC və digər onlarla kiçik müəssisələr Tahir Əliyevə məxsusdur. İş adamı Nizami Sadıqovun dövründə olduğu kimi, yenə də köhnə ampulasındadır. O görüdüyü işlər üçün ayrılan vəsaitin 50 faizini yeni icra başçısı, tələbə yoldaşı Raqub Məmmədova verdiyi deyilir. Raqub Məmmədovun Ağdam rayonuna icra başçısı təyinatından sonra həyata keçirilən bütün abadlıq tikinti işləri məhz Tahir Əliyevin şirkətləri vasitəsi ilə həyata keçirilir. Həmin abadlıq işlərində isə Tahir Əliyevlə Raqub Məmmədovun yaxşı qazanc əldə etdikləri bildirilir".
    Raqub Məmmədov Tahir Əliyevlə “sıcaq quruculuq” münasibətlərinə görə onun qardaşını bu yaxınlarda Alıbəyli 2 kənd qəsəbəsin icra nümayəndəsi təyin edib. İcra başçısı xalası oğlu Adili də rayondakı tikinti işlərinə qoşmaqla bütün məmurların “istəyini” ürəyində qoyub. Çünki dövlət büdcəsindən ayrılan pullar məhz xalası oğlu Adilin və tələbə yoldaşı Tahir Əliyevin 10 manatlıq müəssisələrinə axır. Pulların yarısından çoxu isə 10 manatlıq müəssisələrdən icra başçısının cibinə girir. Bundan başqa Raqub Məmmədovun başqa səbəblərdən də dindiriləcəyi söylənilir. Məsələ ondadır ki, icra başçısı öz adamları vasitəsilə müxtəlif vəzifələri hərraca çıxarıb. Vəzifəyə qoymaq bəhanəsi ilə 70-dən çox vətəndaşdan böyük həcmdə rüşvət alınıb. Həmin vətəndaşlar öz “təyinat”ların gözləsələr də bu baş verməyib. Üstəlik verdikləri pulları da geri ala bilməyiblər. Hazırda Ağdam rayonundan bu dələduzluq faktları ilə bağlı yuxarı instansyalara edilən şikayətlərin ardı-arası kəsilmir. Əli hər yerdən üzülən və çətin durumda olan şəxsin çıxış yolu kimi Xındırıstanda falçı yanına getdiyi və “cadu-piti” ilə şikayətçilərin ağzını “bağlatdırmağa” çalışdığı deyilir.

    Rublika.az


    Facebook-da paylaş