• Mikayıl Cabbarov Misir Mərdanovdan geri qalmır - Təhsil şöbələri korrupsiya bataqlığında!

    Mikayıl Cabbarov Misir Mərdanovdan geri qalmır - Təhsil şöbələri korrupsiya bataqlığında!

    Xəbər verildiyi kimi, bir neçə gün əvvəl Hesablama Palatası İmişli rayon Təhsil Şöbəsində ciddi maliyyə nöqsanları aşkarlayıb

    Palatadan bu barədə yayılan məlumatda deyilirdi ki, əməyin ödənilməsi ilə bağlı fəaliyyətin araşdırılması nəticəsində lazımı avadanlıqlarla təchiz edilmədiyi halda tədris kabinetinə rəhbərliyə görə, kompüterlərə xidmət üçün laborant ştatlarının fəaliyyət göstərməsinə baxmayaraq informatika fənnini tədris edən müəllimlərə kompüterlərə xidmət üçün, normadan artıq saxlanılmış tədris kabinetinə rəhbərliyə görə, şagirdlərin sayı normadan az olan siniflərin yarımqruplara bölünməsi və dərslərin normadan artıq tarifləşdirilməsi səbəbindən Şöbə tərəfindən artıq əmək haqqı ödənidiyi müəyyən olunub.

    Bundan başqa, audit prosesində əvəz edilməmiş, lakin əvəz edilməsi rəsmiləşdirilmiş dərs saatlarına görə, həmçinin əvəzetmə zamanı əvəz edən müəllimlərə düzgün olmayaraq dərnək, uşaq birliyi təşkilatı, sinif və kabinet rəhbərlikləri üzrə vəzifələrin əvəz olunmasına görə də əlavə haqq müəyyənləşdirilərək ödənildiyi üzə çıxarılıb. (qaynarinfo)Az kontingentli ibtidai siniflərin komplektləşdirilməsinin düzgün aparılmaması və siniflər üzrə şagirdlərin say həddinin gözlənilməməsi nəticəsində artıq və paralel siniflər yaradılıb və nəticədə artıq büdcə vəsaiti icra edilib. Şöbə tərəfindən məzuniyyət günləri ilə üst-üstə düşən bayram günlərinin məzuniyyətin təqvim günlərinə daxil edilməsi və artıq hesablanmış iş günləri üçün əmək haqqı ödənilməsi, gənc mütəxəssislər üçün əlavə güzəştlər və stimullaşdırıcı tədbirlərin müəyyən edilməsi ilə bağlı müvafiq qərarla təsdiq edilmiş müddətlərin gözlənilməməsi səbəbindən artıq əmək haqqı və kompensasiya ödənilməsi hallarına yol verilib.

    Həmçinin, bir sıra hallarda vəsaitin satınalma metodlarından istifadə edilmədən xərcləndiyi, alınan malların faktiki alış qiymətlərinin yekun protokolda təsdiq edilimiş qiymətdən yüksək olması, həmçinin malların (işlərin və xidmətlərin) alış qiymətinin orta bazar qiymətlərindən əhəmiyyətli dərəcədə fərqlənməsi nəticəsində artıq xərcə yol verildiyi müəyyən olunub. Əsaslı təmir işlərinin ehtimal olunan dəyərinin düzgünlüyü müvafiq mərkəzi icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilməyib, əvəzsiz qaydada verilmiş mallar uçota alınmayıb. İstismara verilən 2 məktəb binası balansa götürülsə də, təhvil-təslim aktı ilə məktəblərə verilmiş inventar və avadanlıqlar balansa götürülməyib, əsaslı təmir xərci, cari təmir xərcinin müəyyən edilmiş həddən artıq olan məbləği binaların balans dəyərinə əlavə olunmayıb. Bir neçə halda məktəb binalarına artıq amortizasiya hesablanaraq binaların balans dəyəri azaldılıb. 2015-ci ildə kreditor borcun məbləği 19,7 dəfə artaraq 132,7 min manat olub, həmin məbləğin 98,6%-ni əməyin ödənişi ilə bağlı yaranmış borclar təşkil edib.

    Bu, Hesablama Palatasının İmişli təhsilində aşkarladığı və korrupsiyadan xəbər verən nöqsanların bir hissəsidir. Araşdırmalarımız son vaxtlar yerli təhsil şöbələrində şəffaflıq sarıdan vəziyyətin ürəkaçan olmadığını və bunun rəsmi şəkildə təsdiqləndiyini göstərir.

    …Lənkəran təhsili də!

    İki ay öncə isə Hesablama Palatası Lənkəran şəhər Təhsil Şöbəsində apardığı monitorinq nəticəsində ilginc faktlar aşkarlayıb. Həmin faktlardan bir hissəsinə göz ataq: əmək haqlarının ödənilməsi ilə bağlı araşdırılma nəticəsində müəyyən edilmişdir ki, Şöbə tərəfindən mövcud təlimat və qaydaların tələblərinə düzgün əməl edilməyərək tədris-təcrübə sahəsinə rəhbərlik, kabinə müdirliyi, emalatxanaya rəhbərlik üçün əlavə haqq, şagird sayı normadan az olan siniflərin yarımqruplara bölünməsi nəticəsində artıq tarifləşdirilmiş dərs saatları, həmçinin şagirdlərin sıxlığının gözlənilməməsi və az komplektli ibtidai siniflərdə komplektləşmə aparılmaması nəticəsində paralel və artıq saxlanılmış sinif komplektləri üçün artıq əmək haqqıödənilmişdir. Məzuniyyət günləri iləüst-üstə düşən bayram günlərinin məzuniyyətin təqvim günlərinə daxil edilməsi və artıq hesablanmış iş günləri üçün əmək haqqıödənilməsi, gənc mütəxəssislər üçün əlavə güzəştlər və stimullaşdırıcı tədbirlərin müəyyən edilməsi ilə bağlı müvafiq qərarla təsdiq edilmiş müddətlərin gözlənilməməsi səbəbindən artıq əmək haqqı və kompensasiya ödənilməsi hallarına yol verilib.

    Təhsil şöbəsi tərəfindən auditin əhatə etdiyi dövrdə keçirilmişümumilikdə 48 satınalma prosedurunun araşdırılması ilə alınmış malların (işlərin və xidmətlərin) qiymətinin orta bazar qiymətindən və respublikanın digər rayon (şəhər) təhsil şöbələri üzrə eyni növ malların alış qiymətindən fərqli olduğu, satınalmalar zamanıəksər hallarda yeni yaranmış, müvafiq sahədə təcrübəsi olmayan, nizamnamə kapitalıçox az olan, bir sıra hallarda isə dövriyyəsi olmayan müəssisələrin qalib elan edildiyi müəyyən olub.

    Nə dəyişib?

    Sözün qısası, Hesdablama Palatasının son illərdəki auditləri demək olar əksər rayon və şəhər təhsil şöbələrində korrupsiyanın “at oynatdığından” xəbər verirdi. Belə görünür, ölkədə təhsil naziri dəyişsə də, təhsil sistemində müsbətə doğru dəyişən çox şey yoxdur.

    Halbuki Mikayıl Cabbarov təhsil naziri postuna gətirildikdən sonra bir çoxları xeyli optimist idi: onlar hesab edirdilər ki, sabiq təhsil naziri Misir Mərdanovun dövründə təhsil sistemini ağuşuna alan rüşvət və korrupsiya halları aradan qalxacaq. Amma necə deyərlər, “sən saydığını say…”

    Təkcə Hesablama Palatasının mütəmadi açıqladığı hesabatlar rayon və təhsil şöbələrinin yeyinti, mənimsəmə caynağında çapaladığını ortaya qoyur. Belə məlum olur ki, ölkə təhsili ilə bağlı son illərdə dəyişən ancaq sahəyə cavabdeh nazirin kimliyidir. Bu sahədə korrupsiya və rüşvətxorluq isə olduğu kimi qalır. Obrazlı desək, “köhnə hamam, köhnə tas”

    Rublika.az


    Facebook-da paylaş